Anar Ələkbərov "44" filminin çəkiliş meydançasında - FOTOLAR

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Vətən müharibəsinə həsr olunan “44” adlı tammetrajlı bədii filmin çəkilişləri davam edir.
Adalet.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çəkiliş aparılan ərazidə olub.
Qeyd edək ki, Vətən müharibəsindəki tarixi Zəfərə gedən yolu ekranlara gətirən bədii filmdə baş rolları Azərbaycanın istedadlı aktyoru İbrahim Çingiz və Türkiyənin tanınmış aktrisası Özge Gürel canlandırırlar. Çəkilişlər Bakı şəhəri ilə yanaşı, Ağdam, Cəbrayıl, Füzuli, Gəncə, Hadrut, Xankəndi, Xocavənd, Şuşa və digər bölgələrdə aparılır.
Digər Xəbərlər

“Sirli dolça” premyeraya hazırlaşır

Rusiyalı sənətçilər “Dream Fest”dən uzaqlaşdırıldılar - FOTO

Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi

Məşhur bəstəkar vəfat etdi

Bitlis -tarixlə təbiətin qovuşduğu Anadolu incisi

“Qal, sənə qurban” mahnısının erməni musiqisi kimi təqdim edilməsinin qarşısı alındı

"21 AZƏR İNQİLABI" - İRADƏ TUNCAYIN FİLMİ - VİDEO
