Mourinyo bu milli ilə razılığa gəldi

Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi Joze Mourinyo milliyə rəhbərlik etmək üçün Portuqaliya Futbol Federasiyası ilə razılığa gəlib.
Adalet.az "HT Spor"a istinadən xəbər verir ki, mütəxəssis iyunda Millətlər Liqasının final mərhələsindən sonra yığmaya dəvət oluna bilər.
Hazırda Portuqaliya millisinə Roberto Martines başçılıq edir.
Qeyd edək ki, J.Mourinyonun "Fənərbağça" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Əvvəllər "Portu" (Portuqaliya), "Çelsi", "Tottenhem", "Mançester Yunayted" (hamısı İngiltərə) "İnter", "Roma" (hər ikisi İtaliya) "Real" (İspaniya) kimi komandalarda çalışmış 62 yaşlı portuqaliyalı mütəxəssis heç vaxt milli komandalarda baş məşqçi olmayıb.