Sükan arxasında yuxulayan  sürücülər...

91 | 2025-05-15 17:31

Elə bir gün olmur ki, respublikanın avtomobil yollarında, eləcək də Bakıda yol- nəqliyyat hadisələri baş verməsin və zaman ölənlər , xəsarət alanlar olmasın. Məhz buna görə də  Baş Dövlət Yol Polisi İdarəsi bu hadisələrin qarşısının alınması üçün davamlı olaraq qabaqlayıcı tədbirlər görür.

Baş İdarənin Yol Patrul Xidməti Alayının əməkdaşları demək olar ki, sutkanın  24 saatı  mütəmadi  bu profilaktik işlərin həyata keçirilməsini təmin edir. Alayın 12- çi  tağımın əməkdaşları Hacıqabul - Horadiz avtomobil yolunda hərəkətin təhlükəsizliyini bir  qayda olaraq yüksək səviyyədə  təmin etməyi bacarır. İlk növbədə onlar kobud qayda pozuntularının baş verməməsi, eləcə də bu qəbildən olan qayda pozuntularının  qarşısının alınması istiqamətində  bütün profilaktik tədbirlər  kerçəkləşdırır.  Sərxoş, yüksək sürətlə avtomobilləri idarə edən, qəza şəraiti yaradan , sürücülük hüququ olmadan sükan arxasında əyləşən, ötmə əməliyyatını pozan  sürücülərə qarşı operativ tədbirlər  görülür.

Amma bu o demək deyil ki, digər qayda pozuntularına qarşı mübarizə aparılmır,12- ci  tağımın komandiri Namiq Əzizov nizam- intizamı sevən, başqalarından da bunu tələb edən  peşəkar polis zabitidir.  N. Əzizov deyir ki, hər səhər növbə qəbul ediləndə əməkdaşlarımızı  təlimatlandırır,  onlara deyirəm ki, hərəkət iştirakçıları ilə nəzakətlə, mədəni davransınlar.Onlardan komek istəyən insanlara kömək etsinlər. Dəfələrlə stasionar postumuzda avtomobilini saxlayıb bizdən kömək istəyən xəstə adamlar olub. Əməkdaşlarımız onlara ilkin yardım göstərilib və sonra isə təcili tibbi yardımı hadisə yerinə çağırıblar.

Həkimlər operativ posta gəlib və ağır vəziyyətdə olan xəstənin həyatını xilas ediblər. Onlar da polisi və  həkimlərə öz təşəkkürünü bildirib.Bir sözlə, vətəndaş- polis münasibətləri yüksək səviyyədə təşkil edilib. Ona görə də , son vaxtlar xidmət apardığımız  avtomobil yolunda  ağır yol-nəqliyyat hadisələri azalıb. Bundan sonra da hərəkətin təhlükəsizliyi üçün bütün zəruri tədbirləri tağımın əməkdaşları yüksək səviyyədə yerinə yetirəcək!

Emil Faiqoğlu        

TƏQVİM / ARXİV