Türkiyə XİN rəhbəri Qəzzada atəşkəsə çağırdı

“Antalyada Qəzzadakı vəziyyəti də müzakirə etdik”.
Adalet.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
Nazir bildirib ki, bölgədə atəşkəsə ehtiyac var.
“Qəzzada sülhə nail olunması və humanitar yardımların göndərilməsi üçün atəşkəsə ehtiyacımız var. HAMAS-ın ABŞ vətəndaşını sərbəst buraxması mühüm addımdır. Atəşkəs də bölgədə gərginliyin azaldılması və diplomatik danışıqların önünün açılması üçün də lazımdır. Türkiyə olaraq, atəşkəs üçün səyləri dəstəkləməyə davam edəcəyik. Atəşkəsin ardından Qəzzanın yenidən bərpası və iki dövlətli həll üçün də əlimizdən gələni etməyə hazırıq”, - Türkiyə XİN rəhbəri vurğulayıb.
Digər Xəbərlər

Hakan Fidan ABŞ dövlət katibi ilə görüşüb

Pakistan Hindistanla atəşkəsi mayın 18-dək uzatmağa hazırdır

Zelenski Ərdoğanla görüşü ilə bağlı paylaşım edib

Zelenski: İstanbulda danışıqlar bu gün və ya sabah keçirilə bilər

İstanbulda olan Rusiya tərəfindən ilk açıqlama - VİDEO

Zelenski: Putin olmadan İstanbul danışıqlarında iştirakım mənasızdır

Ərdoğan: Rusiya-Ukrayna danışıqları üçün tarixi fürsət yaranıb
