Məlum olduğu kimi, insanlar qan qrupuna görə dörd yerə bölünürlər. Və bu qrupların özlərinin də rezusa görə yarım qrupları var. Bu gün elmin inkişafı hətta insanların qan qrupu ilə onların xasiyyətlərini müəyyənləşdirməyə nail olub.
Birinci qan qrupu: Bu qrupun A-sı, B-si, mənfisi, müsbəti var. Ümumilikdə isə birinci qan qrupu ən ali, ən gözəl qan qrupudur ki, onun da özlərinə məxsus xüsusiyyətləri var. Bu qan qrupunun daşıyıcıları öz insani keyfiyyətləri ilə ətrafdakılardan daima seçilirlər. Mərd, gözəl, alicənab, dini etiqadlara qulluq edən bu şəxslər həddən ziyadə təmizkar, eyni zamanda vasvasıdırlar. Hər şeyin yerini bilən, etibarlı, sözübütöv olan bu insanlara bel bağlamaq olar. Ailəni həyatda hər şeydən üstün tutarlar, şöhrətpərəstdirlər. Eyni zamanda da sadədirlər. Onların düşmənləri dostlarından çox olur. Hamıya can yandırır, hər kəsin qayğısına qalır, dərdinə şərik olurlar. Dava-dalaşdan qaçan bu insanlara kin-küdurət, yalan, böhtan, xəyanət anlayışı yaddır. Əvəzində isə ətrafdakılardan, hətta ən yaxınlarından bunun qarşılığında əksini görərlər. El arasında belə insanlara deyərlər: "Çörəyinin, əlinin duzu yoxdur". Və yaxud "beş barmağının beşini də bal eləsən, deyərlər acıdır".
Birinci qan qrupunun daşıyıcıları daxilən qısqanc adamlardır. Sevdikləri şəxsi hər şeyə qısqanarlar. Amma səbr edib çərçivədən kənara da çıxmazlar. Bu insanlar sərbəstliyi hər şeydən üstün tuturlar. Nadir hallarda səhv edərlər, buna görə də üzr istəməyi xoşlamazlar. Nəyə və kimə görə yaşadıqlarını yaxşı bilərlər. Onlar istəsələr nəinki daşdan pul çıxararlar, hətta xarabalıq olan bir yeri gülüstana çevirə bilərlər. Qeyd edək ki, donor kimi birinci qrup daşıyıcıları həm öz qruplarına, həm də digər üç qrupa qan verə bilirlər. Özləri isə ancaq və ancaq birinci qrupun uyğun rezuslu qanını qəbul edirlər.
İkinci qan qrupu olan insanların xasiyyətləri çox qəribə olur. Bəzən özləri-özlərinə belə yad olur. Qisas, intiqam və paxıllıq hissi onlarda ikrah oyadacaq dərəcədədir. Amma bu bütün qan qrupu daşıyıcılarına şamil edilə bilməz. Belə ki, bu qan qrupu insanlar arasında yaxşı xasiyyətə malik insanlar da çoxdur və onlara bel bağlamaq olar. Ailəcanlı, eyni zamanda tələbkar olan bu şəxslər bir çox xüsusiyyətlərinə görə birinci qrupdan heç də geridə qalmırlar. Lakin ikinci qrupa məxsus olan bəzi insanlarda işləmək, qrup yaratmaq, əziyyət çəkmək həvəsi olmur. Bu da onların ərincəkliyindən irəli gəlir. El arasında belə şəxslərə "hazırına-nazir" deyirlər. Amma bu qrup daşıyıcıları öz ailələrini hər şeydən üstün tuturlar. Ətrafdakıları daima aldatmağa hazır olduqları halda qazanclarını evlərinə apararlar. Öz güzəranlarını düzəltmək üçün hər şeyə hazır olurlar. Müxtəlif xasiyyətlərə malik olan bu insanlar adətən özlərini hamıdan çox sevərlər. Xasiyyətcə bəzən mülayim, bəzən tünd olarlar. Bir sözlə, bu qrupa daxil olan bu şəxslər iki qismə bölünür: bir qismi dost, yoldaşcanlı, digər qismi isə paxıl, qisascıl. "Döymə taxta qapımı, döyərəm dəmir qapını" misalı bu şəxslərə şamil edilir.
Üçüncü və dördüncü qan qrupu: Bu qrupa daxil olan insanların xasiyyətləri demək olar ki, eynidir. Həm orqanizmlərində, həm də əhval-ruhiyyələrində tez-tez dəyişkənlik olur. Bəzən qayğıkeş görünən bu insanlar eyni zamanda qisascıl ola bilərlər. Ətrafdakılarla münasibətlərdə daima "pərdə" saxlayarlar. Özləri, yaxınları üçün yaşasalar da, sinir sistemləri gərgin vəziyyətdə olur. Sirrlərini heç kimə verməzlər. Əksinə, başqaları haqqında danışmaqdan çəkinməzlər. Əsasən təsərrüfat işləri ilə məşğul olarlar. Alqı-satqı, əkin-biçin üçün doğulan bu insanların ruziləri elə torpaqdan çıxır. Qapalı olduqları qədər də müəmmalıdırlar. Çox vaxt nədənsə narazı və gileylidirlər. Başqalarının paxıllığını çəkməkdə ikinci qrupu daşıyıcılarına bənzəyirlər.