adalet.az header logo
  • Bakı 13°C

Putin bu yürüşü ilə özünü və Rusiyanı məhv elədi - İlqar Rəsul yazır

İLQAR RƏSUL
3221 | 2022-03-10 11:55

ƏZİZ HƏMVƏTƏNLƏR!

Sizləri yanlış düşünməyə, yəni dolayısı ilə öz "dərnəklərinə" - 5-ci kalona üzv eləməyə çalışanlar iddia edirlər ki, guya Ukrayna NATO ya meyllənməsiydi, Rusiya ona qarşı belə davranmazdı.

Bilməyənlərin məlumu olsun ki, Ukrayna Rusiyadan canını qurtarmaq üçün NATO-ya meyllənmişdi. Rusiya artıq 2000 ci il ərəfəsində bəyan edirdi ki, Ukrayna ilə Belarus olmadan postsovet məkanında hər hansı birliyin mənası yoxdur.

Əslində doğrudan da bu belədir. Ancaq SSRİ dağılandan dərhal sonra Ukraynanın Rusiyadan uzaqlaşacağı tarixdən anlayanlara bəlli idi.

İndi qayıdaq dövrümüzün hadisələrinə.

Ukraynada baş verənlərin səbəbi çox sadədir:

Rusiya Azərbaycanda, Gürcüstanda, Moldovada yaratdığı problemlərin birini də Ukraynada yaratdı, üstəlik Krımı da işğal etdi. İndi də baş verənlər həmin planın ardıdır. Dərd Donbas idisə, Kiyev ətrafında niyə döyüşlər gedir? Demək ki, dərd Ukraynadır. Nə qədər ki, Rusiyanın bu dərdi var, Ukraynanı mələklər də idarə etsə, Putin onları "faşist" adlandıracaq. Yox bir, Putin Ukrayna xalqının dərdini çəkib onları faşitlərdən xilas edirmiş.

Elə canıyanan idisə ilk növbədə öz xalqını özü kimi bir faşistdən xilas etməli idi. Unutmayın, faşistin öldürdüyü faşist ola bilməz (olarsa da, yolundan sapmış faşist olar). Necə ki, Nemtsov faşist deyildi...

Necə ki, Putinin Bəşər Əsədi müdafiə etməsi təəccüblü deyil, eləcə də Zelenskinin üzərinə getməsi təəccüblü deyil. Ağıllı adamlar bilirlər ki, Putin bu yürüşü ilə özünü və böyük Rusiyanı məhv elədi. O ki, qaldı ağılsızlara, belə hadisələr, onları tanımaq və unutmamaq baxımından çox faydalıdır.

TƏQVİM / ARXİV