BMW 720 mindən çox avtomobili geri çağırır
Almaniyanın BMW avtomobil konserni yanğın riski səbəbindən ABŞ-da 720 796 avtomobili geri çağırır.
Adalet.az ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyasına (NHTSA) istinadən xəbər verir ki, avtomobillərdə yanğın təhlükəsi yarada biləcək texniki nasazlıq müəyyən edilib.
Qurum avtomobil sahiblərinə nasazlıq aradan qaldırılana qədər nəqliyyat vasitələrini açıq havada, binalardan və digər avtomobillərdən uzaqda saxlamağı tövsiyə edib.
BMW problemin aradan qaldırılması istiqamətində iş aparır. Şirkətin məlumatına görə, 2024-cü ildə su nasosu ilə bağlı nasazlıq səbəbindən geri çağırılaraq təmir edilmiş avtomobillərdə sonradan 10 yanğın hadisəsi qeydə alınıb.
NHTSA bildirib ki, geri çağırılma 2012–2018-ci illərdə istehsal olunmuş BMW 3 və 5 seriyalı avtomobillərə, X1, X3, X4, Z4 və bəzi digər modellərə şamil ediləcək.
Digər Xəbərlər
12 Noyabr 2026 18:23
Bu yollarda sıxlıq var -SİYAHI
12 Noyabr 2026 09:00
Bakıda bu yollarda tıxac var - SİYAHI
11 Noyabr 2026 11:51
Çin avtomobillərinə bu qadağanı qoydular - Casusluqda şübhəli bilinirlər
11 Noyabr 2026 08:50
Bu 15 yolda tıxac var - SİYAHI
10 Noyabr 2026 09:48
Bu yolda xətlənmənin olmaması sürücüləri çətin vəziyyətə saldı - VİDEO
10 Noyabr 2026 00:50
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
09 Noyabr 2026 20:07
Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" açıqlandı
06 Noyabr 2026 09:05


Bakı -°C

