adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ƏFƏNDİCƏSİNƏ DÜŞÜNƏ BİLMƏK DƏ ƏSLİNDƏ NAİLİYYƏTDİR - İlqar Rəsul yazır

İLQAR RƏSUL
2538 | 2023-08-10 10:58

Biri deyir Rasim Balayev mənim düşündüyüm kimi hərəkət etməli idi. Halbuki adam Azərbaycan kinosunun da yox ey, incəsənətinin, mədəniyyətinin sütunlarından biridir. Və bu mərtəbəyə ağlı, istedadı ilə qalxıb.

O biri Ramiz Rövşənin kimdənsə şeir oğurladığına eyham vuran paylaşım edir. Halbuki adam özü istəsə də, istedadı belə hərəkətə imkan verməz.

Ən maraqlısı da odur ki, dolayısı ilə hakimiyyətin hesabına ev-eşik, imkan sahibi olanlar da Fuad Poladovun (Allah rəhmət eləsin) prinsipiallığından danışır, onu guya heç nə almamaqda örnək göstərir.

VƏ NƏHAYƏT

Üzeyir Hacıbəylidən tutmuş üzü bəri - Müslüm Maqomayev, Həsən Məmmədov, Şahmar Ələkbərov və digərləri də hakimiyyətdən (ƏSLİNDƏ DÖVLƏTDƏN) haqları olan, boylarına biçilən, istedadlarına layiq olan nələrsə almışdılar. Bu o deməkdir ki, onlar Fuad Poladovdan əskik adamlar idi?

Fuad Poladov özü bu sənətkarların hamısına ehtiramla yanaşıb. Nəhənglərin qiymətini nəhənglər daha yaxşı verər əlbəttə.

Məncə insan gərək nə danışdığının fərqinə vara bilsin. İllah da o insanlar ki, özlərinin hansısa ciddi nailiyyəti yoxdur.

P.S. Amma bu o demək deyil ey, mən kimsəyə bunu yazma, onu yaz, deyirəm. Qətiyyən. Mən yaxşı dərk edirəm ki, sosial şəbəkə hamının ərazisidir və burada hər kəs özünü, düşüncəsini ifadə etməkdə sərbəstdir.

Sadəcə bu da mənim düşündüklərim idi.

TƏQVİM / ARXİV