adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

POEZİYAMIZIN AĞ ÇİÇƏYİ - VAQİF YUSİFLİ yazır

VAQİF YUSİFLİ
1233 | 2023-12-19 09:59

Nurəngiz  Günü   ilk   dəfə  televiziyada, aparıcı kimi  görmüş  və  sevmişəm.  heyranlıqdan  doğmiuşdu. Sonra  onun     bir  sıra  verilişlərdə  oxuduğu  şeirlər  mənim heyranlığımı  daha  da  artırdı, o, sanki  şeir  oxumurdu, oxuduğu  şeiri  özü  yazırdı.  Azərbaycan tamaşaçılar da televiziyada onun səsinə heyran kəsilmişdilər. On beş il televiziyada diktor kimi çalışdı, beş il də İncəsənət Universitetində nitq mədəniyyəti kafedrasında müəllim kimi fəaliyyət göstərdi.

 43 yaşında ədəbiyyata gəldi. 1981-ci il-«Ulduz» jurnalının aprel nömrəsində «Tanrı bəşər övladıdır» adlı povesti oxuculara təqdim edildi. Və bu povest çoxları üçün gözlənilməz hadisəyə çevrildi.  Təbii ki, yaşın burada heç bir önəmi yox idi. Çünki bu povest «mən yazıçı olmaq istəyirəm» havasına yazılmamışdı. O əsərdə bir qadının ömür yolu,həyatının dramatik-faciəli anları təsvir edilirdi, burada nəsrə məxsus  bütün elementlərə riayət edilmişdi. Az sonra povest kitab halında da nəşr olundu və hamıdan qabaq Xalq yazıçısı Mirzə İbrahimov «Ədəbiyyat və incəsənət» qəzetində bu əsər barədə öz sözünüdedi:. Povesti oxuyanda çox zaman adama elə gəlir ki, müəlliflə üz-üzə oturub söhbət edirsən.  Sanki o, həyatda, insanlararasında  gördüklərini, eşitdiklərini, şəxsən yaşadıqlarını sənə nəql edir, hətta ürəyini boşaldıro. Yaz, qızım Nurəngiz, yeni uğurlar sənə».

 Əlbəttə, böyük Xalq yazıçısının bu xeyir-duasından sonra Nurəngiz xanım gərək qələmə sarılıb yeni-yeni povestlər, romanlar yazaydı.Amma o, ədəbiyyata nəsrlə gəlsə də, nasir kimi yox, ŞAİR kimi tanındı və sevildi. Çünki onun povesti lirik-psixologi üslubda qələmə alınmışdı və həm qəhrəmanın öz daxili dünyası, həm də müəllifin təhkiyəsində, obrazların qarşılıqlı münasibətlərində bir şeiriyyət havası vardı. Az əonra Nurənciz Günün «Ağ qanadlar» şeirlər kitabı ( «Yazıçı», 1986) çap olundu. Bu şeirlər kitabı yeni bir poetik istedadın ədəbiyyata gəlişiydi. Adətən, özü də əksər hallarda,  hər hansı şairin ilk şeirlər kitabı ədəbi aləmdə o qədər də ciddi bir reaksiya doğurmur. Elə Nurəngiz xanımın  «Ağ qanadlar» şeirlər kitabı da sükutla qarşılandı. Amma bu şeirlər kitabı ədəbi tənqidin sükutu ilə qarşılansa da, əslində, «Ağ qanadlar» şeirimizə böyük uçuşa hazırlaşan bir şairin start vəziyyətindəki hazırlığını aşkara çıxardı. Mən Nurəngiz xanımın bu ilk şeirlər kitabı ilə sonuncu şeirlər kitabları arasında təbii poetik inkişafı görürəm, amma sizi inandırım ki, «Ağ qanadlar»da toplanan şeirlərdə şairənin bütün poeziyasına xas olan bir sıra keyfiyyətlər diqqəti cəlb edir. Deyim tərzindəki sərbəstlik, həyat hadisələrini daha dərin və mürəkkəb şəkildə anlamağa çalışmaq və bunun üçün assosiasiyalara meyl, fikir və hiss vəhdətindən doğan obrazlı ifadə tərzi, bədii təsvir vasitələrindəki orijinallıq onun sonrakı şeir kitablarında da öz əksinqi tapdı. İlk növbədə onu qeyd edim ki, Nurəngiz Gün müasir şeirimizdə məzmun zənginliyi  ilə diqqəti cəlb etdi. Şair hər şeydən yaza bilərmi? –bu suala  Nurəngiz Günün şeirlərində cavab tapsaq, deyə bilərik ki, yalnız könüldən keçən, ürəyi titrədən, həyəcanlandıran nə varsa, şeirin məzmununda öz əksini tapacaq. Yəni həyat hardadırsa, poeziya da ordadır. Nurəngiz Gün üçün gördüyü, müşahidə etdiyi və yaşadığı həyat bütün mürəkkəbliyi və ziddiyyətləri ilə şeirlərində öz ifadəsini tapırdı, həm də poetikliyit ilə. Demək istədiyim budur ki, Nurəngiz Gün şeir aləminə hazırlıqlı gəlmişdi. Şair üçün mütaliə, dünya və milli ədəbiyyatımızdan bol-bol faydalanmaq başlıca amillərdən biridir.Nurəngiz Gün ilk əsərini yazana qədər bu yolu artıq keçmişdi. Amma onun poeziyasında hansı şairinsə  təsiri yoxdur, amma bizim milli poeziya örnəklərindən bəhrələnmək, böyük türk şairi  Nazim Hikməti bitr ustad kimi sevmək və ondan öyrənmək dərslərini keçib.

 Bu yazının adını niyə «Poeziyamızın ağ çiçəyi» adlandırdım.  Bunun iki mənası var. Birincisi: Nurəngiz Gün bir şeirində yazırdı:

Ən çox sevdiyim ağ çiçəklərdi,

   Mənim o ağ çiçəklərim.

   Tükənib o ağ çiçəklərim,

   payızda da tükənirlər,

   yazda da,

   yayda da,

   Çünki qırğındadılar,

   qırılıb, dərilib, axırda qara torpaq olurlar.

   Mənim o ağ çiçəklərim qara torpaqdılar indi.

   Bir söz deyirəm,

   «Məni bağışlayın, ağ çiçəklərim.

   Sizi qoruya bilmədim, bilmirəm, bilməyəcəm»

Bizim poeziyanın zərifləri içərisində eləsi tapılmaz ki, güllərə, çiçəklərə şeir həsr etməsin, o güllərə və çiçəklərə öz ürək lərindən sevgilər bəsləməsin. Bu sevgiləri mən daha çox üç şairimizdə-Mirvarid Dilbazidə, Mədinə Gülgündə və Nigar Rəfibəylidə  müşahidə etmişəm. Nigar xanımın  «Nərgiz gülü», «Yasəmən», «Lalə», «Çiəklər», «Qərənfillər», «Hollandiya çiçəkləri» şeirləri ilə Nurəngiz Günün ağ çiçəkləri təkcə təbiətə –onun gözəlliklərinə məftuniyyət hisslərini ifadə eləmir, həm də çiçəklərinin ömrünün belə tez bitməsinə bir hüzn var. Nigar xanım hər gecə yuxuda qərənfillər görür, «elə bil iki damla qan sızır ürəyimin yarasından», «solanda narın çiçəklər Gözüm yaşla dolmasınmı»deyirdi. Nurəngiz Gün də çiçəkləri sevir, ağ çiçəklər onun şeirlərində ürəyinin gizlinlərində yatıb qalan sirlərin üzə çıxmasıdı.

   «Tükənib ağ çiçəklərim, əldə qalan budaq oldu, çaşdı əsən ruzgarlarda qopub varaq-varaq oldu. Gözlərim gölə çevrildi, vüsal məndən uzaq oldu, Nə gəldi qüssədən gəldi, məni üzən fəraq» oldu» deyir. Fikrimcə, Nurəngiz Günün poeziyası bu AĞ ÇİÇƏKLƏR poetik obrazı ilə sıx bağlıdır. O, bu ağ çiçəklərin dünyasından Dünyaya baxır, cəmiyyətə, təbiətə, insanlar aləminə,  yaşadığı Vətənə boylanır.

 Nurəngiz Günün bütün şeirvə poemaları onun 2019-cu ildə çap olunmuş «Seçilmiş əsərləri»nin I cildində toplanıb. İlk şeiri 1979-cu ildə qələmə alınıb-«Salam çörəyə, gülə, günəşə». Onun poeziyası həm mövzusu, həm də sənətkarlıq baxımından rəngarəngdir, çoxçeşidlidir. Bitr-birini təkrar edən şeirlər yoxdu bu sırada. Hətta mövzuca yaxın olan şeirlərin də hər biri digərindən asılı deyil, müstəqil şeirdir.

 Əlbəttə, mən bu şeirləri mövzular üzrə qruplaşdırmaq, hansı şeiri isə xüsusi fərqləndirmək kimi artıq şablona çevrilmiş bir üsuldan yayınıram. Mən onun poetik düşüncə tərzinin özünəməxsusluğunu  nəzərə çarpdırmaq istəyirəm. Əgər bu düşüncə tərzi şeirin gözəlliyini təmin edən bədii sənətkarlıqla süslənibsə, o şeir həm də sənin olur. Şairdən sənə qədər bir meridian xətti çəkilir,sən şairi dəçrk edirsən, ona inanırsan. Məsələn, Nurəngiz Günün ayrıca «Vətən»  və «Vətən, məslək, düşüncələr» adlı şeirləri var və bu şeirlərdə o dövrün vətən şeirlərində nəzərə çarpan şablon ifadələr yoxdur, gözəl şeirlərdir.Amma «Torpaq yuxularım» şeiri Vətən haqqında onun ənq gözəl, ən səmimi şeiridir deyirəm.

     Bu torpağın üstündən Araz adlı bir çay axar-

     Qubar dolu suyundan hönkürüb şərbət içmişəm.

     Kənarında dəmir çəpər var!

     Bu çəpərin küncündə

                 ölmək üçün

                    üç arşın yer seçmişəm.

     Bu çəpərin küncündə atamın ləpirləri!

     Bu çəpərin küncündə anamın həsrət əlləri!

     Bu torpaqda  nələr tapdım, nələri itirdim.

     Bu torpağın üstündə bir qoşa məzar var   

     Bürünüb göz yaşına,

Nurəngiz Günün şeirlərində bir çox simvolik obrazlar var ki, hətta deyərdim ki, bu obrazlarsız onun poeziyasını tam dərk etmək mümkün olmazdı.

     Ulu nənəm, Gün xanım hey!

     Bu torpağbın öncə Günəşi doğub,

     Bu torpaq sarı tellərdən yoğrulub,

     Günq xanım, Günəş xanım!

     Andım, Tanrım, imanım!

Gün-Günəşin qısa formasıdıfr. Azərbaycan şeirində Günlər çoxdur.  Məhsəti, Natəvan, Heyran xanım, Fatma xanım Kəminə, Umugülsüm, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Mədinə Gülgün,... Bunların poeziyada saçdıqları işığın ömrü əbədiyyət qədər olacaq. Nurəngiz Gün də  bu sönməyən Günlərin sırasındadır. Söhbətimi ona gətirirəm ki, Gün təxəllüsü əbəs seçilməyb, bu Nurəngiz Günün Günəşə sitayişi ilə bağlıdır. «Günəşin elçisi» adlı esse-monoqrafiyanın müəllifi –Nurəngiz  Gün poeziyasının pərəstişkarı Elçin İsgəndərzadə bu bağlılığı geniş izah edib.

Nurəngiz Günün şeirlərinin çoxdan çoxu sərbəst şeirlərdir və o, böyük şairimiz Rəsul Rzanın XX əsr Azərbaycan şeirində tamamladığı –Yola  çevirdiyi sərbəsi şeir keçən əsrin ikinci yarısında özünün istedadlı ifaçılarını tapdı. Onların biri də Nurəngiz Gün idi. Təfərrüata varmıram, yalnız onun «Qəfəs bülbülü» şeirindən bir parçanı misal gətirirəm. Şeirdə şair  bir bülbülü mahir ovçunun şikarından xilas etməsi və sonra da onu qəfəsdən azad edib uçurmasından söz açılır:

      Üç, uç!

      Aldım bu qəfəsi,

      açdım bu qəfəsi,

      Açdım və buraxdım səni.

      Uç, uç!

      Geniş ormanlar yaxşıdır.

      Baxma ki, pələngi, aslanı var.

      Və əgər,

      İşdi-şayəd,

      pulum daha çox olarsa,

      onda açıb buraxacam

      dünyadakı

      bütün

      haqsız qəfəs düçarlarını!

Bir qəfəs bülbülünü azadlığa buraxan Nurəngiz Günün özü də Azadlıq aşiqi idi. Təkcə şeirlərində deyil,  «Salamat qal, Ağca yol», «Əsrin son yuxusu», «Xocalı simfoniyası», «Quzey  Kibris ruzgarları», Nazim Hikmətə həsr etdiyi «Qar romanı» poemalarında Azadlıq sevdalısı idi.

Mən Nurəngiz xanımın 85 illiyinə həsr etdiyim bu yazıda onun yaradıcılığı ilə bağlı çox məsələlərdən sizi hali etmədim. Onun şeirlərindən öncə özünün şeir dediyi zaman sanki ilahidən gələn Səsindən söz açmadım. Onun şeirlərindəki təravətli və orijinal təşbih, epitet və metaforaları incələmədim. N.Günün şeirlərində ayrı-ayrı poetik obrazlar,  şeir dilindəki səlislik, poetik leksikonunun zənginliyi haqqında da söz deməliydim. Qalsın sonraya deyirəm, çünki poeziyamızın bu hünərvər şairəsinin ədəbi irsi zəngindir….

 

TƏQVİM / ARXİV