Tramp-Putin görüşünün nəticələri- PSİXOLOJİ ANALİZ

Bayaqdan ABŞ və Rusiya liderlərinin 15 avqustda Alyaskada baş tutan görüşünün nəticələri ilə bağlı bizim politoloq, adlı-sanlı jurnalist və siyasətçilərin fikirlərini oxuyuram.
Demək olar ki, bir çoxu düşünür ki, Putin hələ də qüdrətlidir, Putin qalibdi, Putin görüşün bütün idaretməsini psixoloji olaraq ələ keçirmişdi. Hətta köhnə siyasətçi Con Boltondan sitat
gətirlər ki, Alyaska görüşündə Tramp uduzmadı, amma Putin açıq-aşkar qalib gəldi.
Putin qalibdirmi? - Psixoloji üstünlük
Zənnimcə, Con Boltonun və bizim bəzi analitiklərin yanaşması çox yanlış yanaşmadır !
Putin bu görüşdə udmadı, təkəbbürü və professional psixoloji hazırliği ilə özünü ictimaiyyətə elə göstərə bildi!
Sual olunur: Putin qüdrətli idisə, qalib gələcəyinə inanırdısa əbədi düşmən olan ABŞ-n təşkil etdiyi Alyaska görüşünə niyə gedirdi? Özünə güvənən sərkərdə, yaxud müharibə edən tərəf daha qatı bir düşməninin ayağına, həm də Alyaska kimi ABŞ-a uduzdurulmuş rus torpağına gedərdimi?
Xeyir getməzdi!
Deyərdi ki, mən məqsədimə çatmaq üçün vuruşuram, heç bir danışıq məni məqsədimdən geri sala bilməz. Hamı bilir ki, Putin Zelenski ordusunun Alman ordusu kimi gəlib Kremlin qarşısında silahlarını onun ayaqları altında yerə atmasını istəyir. Putin kimi təkəbbürlü bir imperator bu məqsədini yüz illərdir Rusiya düşməni olan, ordusunu, şəhərlərini bilavasitə darmadağın edən ABŞ-a qurban edərmi?
Putin Rusiyada 1 rus qalana qədər ukraynalılarla müharibə aparacaq. Baxmayaraq ki, bu günə qədər Rusiya 1 068 040 hərbçi, 11 106 ədəd tank, 23 133 ədəd zirehli döyüş maşını, 31 498 ədəd artilleriya sistemi, 1 467 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 207 hava hücumundan müdafiə sistemi, 422 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 58 596 ədəd avtomobil texnikası, 51 190 ədəd PUA, 3 558 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 940 xüsusi avadanlıq itirib. Yolundan dönərmi?YOX!
Çünki, Suriyadan qovulmasını həzm edib sağalmadığı vəziyyətdəykən, Trampın Qafqaza ayaq açmasının travması keçməmiş , bu dəfə Alyaska da (məhz Alyaskada, başqa yerdə bu görüş baş tutsaydı Putin bu qədər təsirlənə bilməzdi)Trampın ayağına getməsi sizcə, Putin kimi güzəştsiz bir adamı sındırmaq deyildimi?
Putin bir imperator olaraq başlatdığı Ukrayna müharibəsində uduzduğunun fərqindədir. Uduzacağı da variantlar arasındadır. Çünki ona qarşı Avropa və ABŞ döyüşür.
Daha bir nüans :2025-ci ildən başlayaraq Zelenskiyə dəstək olan ölkələr arasında fikir ayrılıqları yaranmağa başlamışdı. Onların bir çoxu artıq Ukraynaya silah , humanitar yardım və əsgər göndərməkdən imtina etməyə hazırlaşırdı. Hazırda Putin- Tramp görüşünün nəticəsizliyi "kənar cızan" əsas oyunçuları yenidən meydana qaytaracaq. Yorulmuş, çökmüş Rusiyanın ikinci həmləyə çətin dözəcəyini Putin anlayır. Yeri gəlmişkən Avropadan gələn Sanksiyaların aktivləşəcəyi də sirr deyil.
Uzun sözün qısası, bu görüşdə ən çox uduzan və nokauta düşən biri varsa, o da Putindir!
Bəziləri bunu görmür, çünki KQB mətbəxində mükəmməl şəkildə bişmiş Putin psixoloji cəhətdən özünü tənzimləməyi, ətrafa bunu aşılamağı bacarır. Professional KQB-şniklə təbii ki, pulgir bir biznesmenin belə gərgin bir ortamda psixoloji durumu eyni olmayacaq!
Beləliklə, bəzi politoloqların əksinə Putin qalib deyil, bu görüşdə heç nə əldə etməyib, bütün dünyanı da yenidən öz üzərinə qaldırdı, onları Zelenskinin tərəfində birləşdirdi.
Tramp niyə gərgin idi? Heç o da qalib deyildi
Con Bolton deyir ki, Tramp uduzmadı. Bəli, uduzmadı, görüşdə onun ölkəsinin taleyi həll olmurdu ki? Zənnimcə, Trampın dilxor olmasının da səbəbi heç də ortada bir razılıq olmaması deyil, sırf Trampın lovğalanaraq" Ukrayna- Rusiaya müharibəsini mən bitirdim" deyə bilməyəcəyidir.
Əslində heç Tramp da əvvəlcədən uğur əldə edəcəyini düşünmürdü. Çünki görüşə saatlar qalmış “Putin hesab edir ki, Ukraynaya hücumlar ona danışıqlarda güc verir, amma məncə, bu, ona zərər verir. Alyaska sammitində Ukrayna məsələsində irəliləyiş əldə edilməzsə, Rusiya ağır iqtisadi nəticələrlə üzləşəcək” açqlaması dediyimi təsdiq edir.
Tramp bu görüşlə əslində Rusiyanı necə deyərlər, sındırdı. Əbədi düşməni ayağına gətirdi, onun asılı vəziyyətə düşdüyün anlatdı, probleminin həllində əsas fiqur olduğunu, eyni zamanda müharibənin bitməsinin öz əlində olduğunu nümayiş etdirmək iki əbədi düşmən ölkənin birinin diğərindən əskik olmasını göstərir."Sənin həyatın mənim əllərimin arasındadır" mesajı. (Bu mesajın psixoloji yükünü anlamaq istəyirsinizlə əbədi bir düşməninizi gözünüzün qarşısına gətirin və onu səciyyələndirin!)
Amma, Tramp Putin qədər "bişmiş siyasətçi" olmadığı üçün onu Putinin psixoloji professionallığı tədirgin etdi. Bu sahədə Tramp Putinin şagirdi belə olmaz! kartlar Trampın əlində, oyunu yalnız Tramp başlada və bitirə bilər, amma görüşdən ayrılanda Putindən fərli olaraq Tramp daha gərgin və narahat idi. Hətta növbəti görüşün keçiriləcəyinə belə ağızucu , könülsüz cavab verdi.
Tramp bütün imperatorlar kimi qisasçı ruhuna malikdir. Baxmayaraq ki, "görüş çox yaxşı keçdi" deyir, amma sıxıntı və narahatçılıq keçirməsinin qisasını Putindən dərhal çıxacaq.
Zelenski arzusuna çatdı...
Burda qalib olan Zelenskidir. Çünki o bu görüşü istəmirdi, "ərazi mübadiləsi" olacağını qətiyyətlə düşünürdü. Elə Zelenskinin görüşdən əvvəl Almaniyaya, oradan da B.Britaniyaya getməsi Putinin torpaq acgözlülündən, Tramön mükafat aclığından doğan narahatçılığından xəbər verirdi. Yuxarıda qeyd etdiyim kimi, Zelenski " yan cızan" avropa ölkələri Putinə qarşı yenidən Ukraynanın tərəfində birləşəcəklər!Tramp isə özünü dünyaya sülhsevər göstərmək və Nobel mükafatı almaq xatirinə Rusiyaya qarşı aqressiya sərgiləməyəcək. Amma ən böyük oyunçu olaraq Ukraynaya hərtərəfli yarımı artıracaq!
Əntiqə Rəşid
Digər Xəbərlər

Prezident İsrailin yeni səfirinin etimadnaməsini qəbul edib

Gələn həftə deputatların tətili başa çatır

Rusiya bizdən nə istəyir?

Prezident indoneziyalı həmkarını təbrik etdi

Bilal Ərdoğan: Azərbaycanda türk dünyasından gələnlərin birliyini görməkdən məmnunuq

Ukrayna XİN Azərbaycana təşəkkür etdi

DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib
