adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Peyvənd olunanların sayı açıqlandı

542 | 2023-01-31 16:40

Azərbaycanda son sutkada 444 nəfər vaksinasiya olunub.

Adalet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 150, ikinci doza vaksinlərin sayı 121 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 144-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 29 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 942 575 olub.

TƏQVİM / ARXİV