adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Ömrümə bir il qalıb – Oğuz Ayvaz yazır...

OĞUZ AYVAZ
19395 | 2018-11-20 11:49

Təsəvvür edin ki, bir gün telefonunuza mesaj gəlir: Ölümünə 1 il, 2 gün, 4saat qalıb. İnsan bu həqiqətlə necə barışar? Necə yaşayar?

Bu mesaj dünyanın dörd tərəfinə göndərilərsə, insanlar yəqin ki, işlərindənçıxar, yaşamağın qulpundan yapışarlar. Müharibələr də dayanar. ABŞprezidentinin nəyinə lazım daha Əfqanıstanı bombalamaq? Terrorçuların nə işinəgərək kütləvi ixtişaşlar etmək?

Hər kəs, bütün insanlar ancaqbir şey haqda düşünəcək: qısa ömrümdə nəsə etmək, edə bilmədiyim işləri həlletmək. Nədənsə yaşamaqdan danışanda Tolstoyun "İvan İliçin ölümü”, Cek Londonun"Həyat eşqi” hekayəsi, rejissor Kurasavanın "Yaşamaq” filmi, bir də NazimHikmetin "Yaşamğa dair şeir”i yadıma düşür. Şəxsən mənim ömrümə 3-4 il qalsa,bu illər ərzində həyatımın qalan hissəsini təbiətin qoynunda keçirərdim.Təbiətə köçər, orada yaşayardım. Ən incə detallardan belə zövq alar, hər günümüsonmuş kimi yaşamağa çalışardım.

Bir fikirləşin, xəstə bir adam yataqda can verir, yaşamağına ümid yoxdur.Ona qulluq edən baxıcının isə ölümünə 90 gün qalıb. Tutaq ki, xəstə adamsağalacaq, uzun illər yaşayacaq. Həyat bu cür qəribədir. Baxıcı xəstəyə xidmətedərkən bu həqiqəti bilməyəcək. Axı o nə bilsin ki, ölümlə çarpışan xəstə yox,onun özü dünyadan köçəcək.

Hə... Onu deyirdim axı... Həyatın ədaləti yoxdu! Gözləmədiyimiz anda bizəamansız zərbələr endirir. Bir də baxırıq ki, ömür dediyimiz yol finişə çatıb.Bir də görürsən ki, bir daş yığınısan. Səndən geriyə 3-4 foto, bir az daxatirələr qalıb. O fotolarla xatırlanırsan, sənə ağlayırlar. Bu da olsun, biril. Şairin dediyi kimi, ən böyük kədərlər bir il çəkər.

Həyat doğrudan da çox qısadır.Tək nəfəsdə keçib gedir və bunun fərqinə vardığımızda artıq gec olur. Gözünüaçırsan, günlər qatar sürəti kimi şığıyır.

Yadıma bir filmdəki dialoqdüşür.

Bir adam həkimin yanına gəlir:

- Mən yaşamaq istəmirəm.

- Nə danışırsan? Həyat çox gözəldi. Məsələn, mən dünən bir sirkə getdim,kloun məni xeyli əyləndirdi.

- Həkim, həmin kloun mən idim.

Başqa bir filmdən misal.Məşhur İran rejissoru Abbas Kiarostaminin "Gilasın dadı” filmi… İntiharetmək istəyən bir adamın hekayəsi. Qəhrəman maşını ilə yoldan keçən adamlardanməzarının üstünə torpaq atması üçün dil-ağız edir, üstəlik yaxşı pul da vədedir. Üç adamla ünsiyyətdə olur, yalnız biri onun təklifini qəbul edir. Təklifiqəbul edən qoca türk kişisi bir gün sübh tezdən tut ağacından özünü asmaqistəyən bir adamın hekayəsini danışır: "Tut ağacına dırmaşdım. Günəş yenicədoğurdu. Tutun qoxusu burnumu deşirdi. Dadına baxdım. Çox xoşuma gəldi. Yeməyəbaşladım. Bir də gördüm ki, gün parıldayır, quşların cikkiltisi qulaqlarımdacingildəyir. Məktəbə gedən uşaqlar ağacın ətrafında peyda oldu. Onlar da tutistədilər. Ağacı silkələdim. Uşaqlar da yedi. Sonra bir vedrə tut yığıbarvadıma, uşaqlarıma apardım və beləcə intihar etməyi unutdum. Bir tut həyatımıxilas etdi”.

Doğuluşum, kəndimiz,həyətimizdəki başı kirəmitli evimiz, bağçamızda aramsız hürən alabaş itimiz,uşaqlığım, ilk sevdiyim qız, dostlarım, atam, anam, hətta ilk gördüyüminsanlar, başıma gələn saysız-hesabsız, maraqlı-maraqsız əhvalatlar,başqalarının danışdığı cürbəcür hekayətlər, oxuduğum kitablar, getdiyim yerlər,baxdığım rəsm tabloları, son zəng, məktəbə getdiyim ilk gün, balaca vaxtıdörd-beş uşaqla dalaşıb ilk dəfə burnumun qanaması, güvəndiyim dostlarımınçıxıb getməsi, dünyada gedən hadisələr – bu və bu kimi minlərcə, bəlkə dəmilyonlarca sadalamadığım şeylərin hamısı mənim xatirimdədir və inanmıram ki,mən bir gün yaşadığım bu anları unuda biləcəm.

Şekpir necə deyirdi: "Hər şeydən əvvəl yaxşı yaşa. Sırf təsadüfən budünyaya gəlmiş kimi, söz olsun deyə günlərini keçirmə. Əgər gerçək sevginitanıyacaq qədər şanslısansa; bütün ürəyin, ruhun və bədəninlə sev. Həyatını eləyaşa ki; hər an öz əlini sıxa biləsən. Və hər gün heç olmazsa faydalı bir şeyet ki gecə yaxınlaşarkən örtüləri üzərinə çəkib öz-özünə mən əlimdən gələnietdim deyəsən”.

Həyat xatırlamaq üçündür. Bu haqda Markesin "Anlatmaq üçün yaşamaq” memuarromanı var. O romanda Markes bütün həyatını xatırlayır və belə bir qənaətəgəlir: gərək elə bir həyat yaşayasan ki, o həyatı danışa biləsən, kimlərləsəbölüşəsən. Yoxsa qupquru, mənasız bir həyatı kimə danışasan? O qədərətrafımızda adamlar var ki, əhvalatları yoxdur, danışacaq söhbət tapabilmirlər. Niyə? Çünki yaşamayıblar. Həyatı hiss etməyiblər. Eləcə vaxtöldürüblər.

Həyat bütövlükdə gözəldir. Kədər, sevinc, bədbəxtlik, tənhalıq və s. Bunlarbir-birinə bağlıdır və həyat bunlarsız boş çələngə bənzəyir. Siz heç kədəriolmayan bir xoşbəxt həyat görmüsünüz? Mən görməmişəm. Sezen Aksunun da dediyikimi, xoşbəxtlik həmişə çətinliklərdən sonra gözəl olur. Havayı xoşbəxtlikdənləzzət ala bilməzsən. Həyatındakı hər şeyə gərək ki, sinə gərəsən, onunləzzətini çıxarasan. Kədəri də, sevinci də...

Nə olur-olsun, bütün bunlar bizi bütövləşdirməyə, həyatımıza məna qatmağayarayır. O insan ki, kədərini də, sevincini də anlamır və yaxud onlarınhəyatında daşıdığı amalı başa düşmür mənə elə gəlir ki, o ömrü boyu yaşamayıb,sadəcə olaraq görüntüsü olub.

Şairin fikri ilə yazıma sonverirəm: "Yaşamaq şakaya gelmez”

TƏQVİM / ARXİV