7 azərbaycanlı tələbə Küveyt Universitetində təhsil alacaq

2025/2026-cı tədris ilində Küveyt Dövlətinin ayırdığı təqaüd proqramı çərçivəsində 7 nəfər Azərbaycan Respublikası vətəndaşı Küveyt Universitetində təhsil almaq hüququ qazanıb.
Bu barədə Adalet.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, yekun qərar nəticəsində seçilən tələbələr universitetin Dillər Mərkəzində birillik ərəb dili üzrə təkmilləşdirmə kursuna cəlb olunacaqlar.
Qeyd edək ki, təqaüd çərçivəsində tələbələrin təhsil, yaşayış və beynəlxalq nəqliyyat xərcləri tam şəkildə Küveyt Dövləti tərəfindən ödəniləcək.
Digər Xəbərlər

Yardımlı Xeyriyyə Cəmiyyəti tələbə adını qazanan məzunları mükafatlandırdı - FOTOLAR

“Yaxşı edib pul almışam” deyən direktor işdən ÇIXARILDI

Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Təranə Məmmədova ilə bağlı araşdırma başlanıldı

DİM buraxılış imtahanlarının proqramlarını təqdim etdi

“Pul almışam, yaxşı eləmişəm” - Daha bir direktorun səs yazısı yayıldı

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib
