Müxbir olmaq

RÜFƏT SOLTAN
47593 | 2015-10-28 20:19

Belə birdeyim var: Qulaq gündə bir söz eşitməsə kar olar. Bu məsələ müxbir gözüylətamaşa etsək başqa cür hallandırmaq olar: Qulaq gündə bir söz eşitməsə gözlərkor olar. Bunun da bir açıqlaması var. Gündəlik həyatımızda hadisələr mətbuatorqanlarının tirajlarında dərc olunur. Heç kim deyə bilməzki, streotiplər hərzaman doğru çıxır. Araşdıran müxbir üçün bu streotipləri reallaşacağı sualaltındadır. Əgər doğru məlumat səsləndirilibsə, doğru informasiya dərcolunacaq. Bəzi hallarda isə müxbiringözləri onun qulağına söz çatmadan "kor olur”. Bu bir başa psixoloji vəziyyətiaşkara çıxarır. Belə ki, yolda gedərkən qarşına yerdə uzanmış bir meyit çıxır.Lakin həyatın səni gecikdirdiyini hesab edirsən, çünki hadisə yerində səndənbaşqa polis orqanlarının əməkdaşları və əhali yığışıb bu ölmüş insana tamaşaedir. Ancaq həmin meyitə vətəndaş yox, müxbir gözü ilə baxası olsan, deməli səninbəxtin gətirib. Vəsiqəni polis məmuruna göstərirsən və fotoşəkillərlə işinicrasınıbaşa vurursan. Gündəlik qəzetlərdə dərc olunan yazılar bu tip hadisələri əksetdirir. Gəlin qəhamanlarımızı alqışlayaq, onlar müxbirdirlər. Peşə sevgisi,işgörmə əmsalının yüksək olma hissi bəzən müxbiri axtarışa vadar etmir. Səbəblərinsanı tapan kimi, hadisələr də müxbiri tapır.

Müxbir sənətiAzərbaycanda əsas peşə sahələrindən biridir. Peşəkarmüxbir üçün fərqi yoxdur, əyləşdiyi yerdən başını sola və ya sağa döndərib hərhansı hadisənin şahidi ola bilər. Amma gərək daim fotoaparatı və qələm-kağızıyanında olsun. Çünki oxucu beynini yükləyən informasiyanın 90 faizini mövzu iləbağlı olan şəkillər və yazılar təşkil edir. Bu sənəti layiqincə yerinə yetirməyibacaran fədakarların yetişməsi və yağışda, çovğunda, istidə işinin öhdəsindən gələbilən həvəskar və təcrübə qazanmış müxbirlər bizə lazımdır.

Gənc Müxbirüçün hər şey xəbərdir. Onun yazmaq qabiliyyətini də üstünə əlavə edəsi olsaqperspektivli gələcəyin şahidi olacayıq. Gəzməkdən yorulmayan, fiziki cəhətdəngümrah və ünsiyyətcil, o cümlədən yaradıcı insanlar müxbir peşəsini seçə bilər.Açıq fikirlər, müsahibləri hər zaman danışmağa vadar edir. Sadəcə bir müxbirəlazım olan amil bu fikirləri düzgün və ahəngli şəkildə həmsöhbətinə ünvanlayabilməsidir. Cəngavər qılıncını tərəddüt etmədən qınına sala bilirsə deməli buad ona əbəs yerə verilməyib...

Müxbirmüxtəlif janrlara müraciət edir. Onutanıdan əsas janrlardan biri reportaj janırıdır. Yuxarıda qeyd etdiyimizyaradıcılıq bacarıqlarını üzə çıxarmağın əsl vaxtıdır. Gözləri ilə şahid olduğuhadisələrə yaradıcılıq duyğularını və emosialarını əlavə edərək reportajhazırlayır. Müxbirin ayrılmaz dostu onun qələm-kağızı ilə bərabarfotoaparatıdır. Çünki sözü gedən janrın tərkibində görüntülərin olmasıinformasiyanın dolğunluğunu üzə çıxaran əsas amillərdən biri hesab olunur.Müxbir həm də turistdir, o gəzintini sevir, gördüklərini özünəməxsus tərzdəreportaj halına salıb oxuculara təqdim edir. Bu da zəhmət və yazmaqda səbr tələbedən faktorlardan biridr. İstedadlıolmaq bir səhifə deyil bir neçə səhifə yazmaqdır. Hər hansı bir müxbirin yazabilməyəcəyi reportaj yoxdur, təcrübəsiz bir müxbir də gözəl bir cümlə qura bilər.Bundan sonra sadəcə qələmi götürüb səbrlə kağızı doldurmaq qalır. Güclü olanlarheç bir zaman işi yarımçıq buraxmazlar, masa arxasında oturar, tərləyərlər,amma sona qədər gedərlər. Heç bir vəchlə işə başlaya bilməyən tənbəllərləistedadlı müxbirləri ayıran budur...

Müxbir xəbərincanlı informasiya daşıyıcısıdır...

Rüfət SOLTAN


  • Oktyabr:
  • 3

TƏQVİM / ARXİV