Müğənni Vəfa Şərifova sənətə gəldiyi ilk vaxtlardan dəstək aldığı həmkarlarından danışıb.
Adalet.az xəbər verir ki, o, ən çox duet ortaqlarının adını çəkib:
“Akşin Fatehlə çox sevilən duetlərimiz olub. Hətta bu duetlərə görə daha çox toylara getmişik. Amma İfratla dostluğumuz uzun illərə söykənir. İfratın bir neçə mahnısını ifa etmişəm. Və həmin mahnılarla Vəfa Şərifova olaraq sevilmişəm. Bunu deməsəm günah olar. Həmin mahnılar məni tamaşaçıya sevdirib”.
Əntiqə


Bakı -°C
