Fazil Mustafa AQTA-nın bu təşəbbüsünə qoşuldu - VİDEO
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa “Erkən kəsimə son” kampaniyasına qoşulub.
Adalet.az xəbər verir ki, Millət vəkili videomüraciətində vurğulayıb ki, statistik rəqəmlərə əsasən, son illər ölkədə həm iri, həm də xırdabuynuzlu heyvanların sayında ciddi azalma müşahidə olunur. Bu tendensiya Azərbaycanın ərzaq təhlükəsizliyi üçün risklər yaradır. Eyni zamanda kənd təsərrüfatının, xüsusilə qoyunçuluq və maldarlığın inkişafına mənfi təsir göstərir.
Millət vəkilinin sözlərinə görə, müvafiq dövlət qurumlarının bu istiqamətdə həyata keçirdiyi tədbirlərə cəmiyyət üzvləri və ziyalılar tərəfindən də dəstək verilməsi vacibdir. Erkən kəsim yalnız ərzaq təhlükəsizliyi baxımından deyil, həm də mənəvi məsuliyyət prizmasından qiymətləndirilməlidir. Heyvanların yetkinləşmədən, bala vermədən və məhsuldarlığını ortaya qoymadan kəsilməsi uzunmüddətli ərzaq problemlərinə yol açır.
Fazil Mustafa cəmiyyətə çağırış edərək bildirib ki, hər kəs bu məsələdə məsuliyyətli davranmalı, erkən kəsimə qarşı mövqe sərgiləməli və bu prosesin qarşısının alınmasına öz töhfəsini verməlidir.
Digər Xəbərlər
18 Mart 2026 16:48
Prezident xalqımızı TƏBRİK ETDİ
18 Mart 2026 15:39
SOMDA-da MAXE qəbulu başladı
18 Mart 2026 15:08
4 hindistanlı həkim Azərbaycana təxliyə edilib - YENİLƏNİB
18 Mart 2026 14:49
Parlamentdə müəllimlərin maaş artımından danışıldı
18 Mart 2026 14:15
Azərbaycanın Hörmüz boğazında gəmisi varmı? - RƏSMİ CAVAB
18 Mart 2026 13:17
"Prioritet istiqamət təhsilin keyfiyyətinin yüksəldilməsidir" - Adil Kərimli
18 Mart 2026 12:45
"İnsanlıqdan başqa, istedad olmalıdır" - Polad Bülbüloğlu
18 Mart 2026 12:25


Bakı -°C

