adalet.az header logo
  • Bakı -°C

Fazil Mustafa AQTA-nın bu təşəbbüsünə qoşuldu - VİDEO

110 | 2026-03-18 16:11
A- A+

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa “Erkən kəsimə son” kampaniyasına qoşulub.

Adalet.az xəbər verir ki, Millət vəkili videomüraciətində vurğulayıb ki, statistik rəqəmlərə əsasən, son illər ölkədə həm iri, həm də xırdabuynuzlu heyvanların sayında ciddi azalma müşahidə olunur. Bu tendensiya Azərbaycanın ərzaq təhlükəsizliyi üçün risklər yaradır. Eyni zamanda kənd təsərrüfatının, xüsusilə qoyunçuluq və maldarlığın inkişafına mənfi təsir göstərir.

Millət vəkilinin sözlərinə görə, müvafiq dövlət qurumlarının bu istiqamətdə həyata keçirdiyi tədbirlərə cəmiyyət üzvləri və ziyalılar tərəfindən də dəstək verilməsi vacibdir.  Erkən kəsim yalnız ərzaq təhlükəsizliyi baxımından deyil, həm də mənəvi məsuliyyət prizmasından qiymətləndirilməlidir. Heyvanların yetkinləşmədən, bala vermədən və məhsuldarlığını ortaya qoymadan kəsilməsi uzunmüddətli ərzaq problemlərinə yol açır.

Fazil Mustafa cəmiyyətə çağırış edərək bildirib ki, hər kəs bu məsələdə məsuliyyətli davranmalı, erkən kəsimə qarşı mövqe sərgiləməli və bu prosesin qarşısının alınmasına öz töhfəsini verməlidir.

 

TƏQVİM / ARXİV