4 hindistanlı həkim Azərbaycana təxliyə edilib - YENİLƏNİB
İrandan martın 18-i saat 13:00-15:00 aralığında daha 11 nəfər Azərbaycana təxliyə edilib.
Adalet.az xəbər verir ki, onların 3-ü Azərbaycan, 4-2 Hindistan, 2-si Çin, 1-i Polşa, 1-i isə Rusiya vətəndaşıdır.
***
13:07
İrandan martın 18-i saat 12:00-13:00 aralığında Hindistandan olan 4 həkim Azərbaycana təxliyə edilib.
Adalet.az xəbər verir ki, onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.
***
12:15
İrandan martın 18-i saat 08:00-dan 12:00-dək dörd ölkə vətəndaşı Azərbaycana təxliyə olunub.
Adalet.az xəbər verir ki, onların keçidi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.
Bunlar Almaniya və Hindistanın hər birinin 2, Kanada və Pakistanın hər birinin 1 vətəndaşıdır.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

