Kərim Novruzov
Ağdam rayon 95 nömrəli tam orta məktəbin direktoru
Təhsil insanlara öz əcdadlarının əsrlər boyu əldə etdiyi təcrübə və biliklərə bir neçə il ərzində yiyələnmək imkanı verir. Yaşadığı dövrün tələbləri səviyyəsində durmağa, hər dəfə sıfırdan başlamaq deyil, özündən əvvəlki nəsillərin işini davam etdirməyə insan yalnız təhsil sayəsində müyəssər olur.Müasir informasiya cəmiyyəti şəraitində gənc nəslin təhsili,bilikləri və mənəvi keyfiyyətləri əhəmiyyətli rol oynayır və onun aldığı təhsilin keyfiyyəti onun rifahı (uğurlu və dayanıqlı sosiallaşma sayəsində) və cəmiyyətin inkişafındakı qanunauyğunluqların bilinmə dərəcəsi ilə müəyyən edilir.Mövcud təhsil sistemində təhsil fəlsəfəsi təhsil təcrübələri və tətbiqi texnologiyalar cəmiyyətin intellektual potensialının inkişafı üçün konseptual əsaslar kimi təqdim olunur. Digər tərəfdən, təklif olunan təhsil formalarından istifadənin bu sahədə irəliləməsini asanlaşdıran və ya maneə ola biləcək məhdud imkanlarının fəlsəfi bir təhlilinə ehtiyac yaranır.
Müasir təhsilin məzmununu əsasən elmi biliklər təşkil edir. Əlbəttə, hər bir insana adi məişət bilikləri, əməli biliklər,vərdişlər də lazımdır. Lakin bu bilik və vərdişlərin çoxu ailədə öyrədilir. Məktəb isə daha çox dərəcədə nəzəri biliklərin sahələr üzrə və sistemli şəkildə öyrədilməsinə üstünlük verir.Bəzən elə olur ki, insanın gələcək həyat və fəaliyyətində lazım olan bilik və vərdişlərin bir qismi nə ailədə, nə də məktəbdə məmimsədilmir,insan bunları müstəqil şəkildə öyrənməli olur.Digər tərəfdən,məgər oxumaqla, savad almaqla, çox bilməklə alim olmaq olurmu? Necə ki,alim olmaqla ziyalı olmaq olmur...Görkəmli Azərbaycan filosofu S.Xəlilov qeyd edir ki:" Bütün elmlərin bünövrəsi təhsillə qoyulur".Elmə gedən yol təhsillə qoyulsada müəyyən bir mərhələyə çatanda bunların arasında müstəqillik formalaşması baş verir.
Elmi fəaliyyət yaraddıcı bir işdir və yeni elmi biliklər əldə olunmasına yönəldilmişdir. Təhsil isə artıq məlum olan biliklərin mənimsənilməsi prosesidir.Unutmaq olmaz ki, yaxşı qurulmuş təhsil prosesi yaradıcı təfəkkürü də inkişaf etdirir və gənclər hələ şagird ikən tələbə-ali məktəb, tələbə ikən elmi fəaliyyət mühitinə uyğunlaşdırılırlar.Lakin təhsilin məqsədi alim hazırlamaq deyildir. Təhsil bütün sahələr üzrə ictimai tələbata uyğun mütəxəssislər yetişdirmək və əsl vətəndaş yetişdirmək üçündür.Qərb təhsili müvafiq ixtisas üzrə praktik fəaliyyətlə sıx surətdə bağlı olur. Bizdə isə yalnız nəzəri bilik öyrətmək və tələbələrin( şagirdlərin də) başını lazımlı-lazımsız informasiya ilə doldurmaqla məşğuluq.Filosofun fikrinə istinadən demək olar ki,əgər elmin əsası təhsillə qoyulursa təhsilin əsası da məhz orta məktəbdə qoyulur.Şübhəsiz ki, orta məktəbdə alınan bilik axtarış üçün bəs deyil və sonradan təkmilləşdirilir. Lakin biliksevərlik,vətənsevərlik, insansevərlik məhz orta məktəbdə mükəmməl olmalıdır .
Ölkə rəhbərinin bu sahəyə xüsusi diqqət yetirdiyinin nəticədir ki,təbii sərvətlərindən əldə olunan gəlirlərin insan kapitalının inkişafına, təhsilə və elmin tərəqqisinə yönəldilməsi əsas hədəf kimi götürülür.
Gənclərin dünyanın nüfuzlu universitetlərində təhsil alması ölkənin gələcək inkişafı və kadr potensialının gücləndirilməsi üçün vacib faktor hesab olunur.Gənc nəslin yüksək intellektlə yanaşı, milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə olunması daim diqqətdə saxlanılır ki,bunu bizim yerləşdiyimiz coğrafiya qaçılmaz etmişdir.Pragmatizm fəlsəfi cərəyanının və funksional psixologiyanın banilərindən biri olan tanınmış Amerikalı filosof və pedaqoqu Con Dyui qeyd edir ki,:"Amerikanı güclü,qüdrətli,möhtəşəm edən şey həmişə məhz insan amilinin ön plana çəkilməsi olmuşdur. Təhsilə münasibətdə də belədir. İnsanlar təhsil üçün yox,təhsil insanlar üçündür və o konkret insanların konkret ehtiyaclarına uyğunlaşdırılmalıdır".Pedaqoji nəzəriyyə və praktika ilə yanaşı, ümumilikdə dünya sivilizasiyasının, xüsusən də ölkəmizin ümumi mədəni və tarixi inkişafının ümumi kontekstində fəlsəfi düşüncə olmadan təhsil sisteminin bir çox problemi həll edilə bilməz.
Təhsil fəlsəfəsinin müstəqil bir tədqiqat sahəsi olaraq ortaya çıxması obyektiv və tarixi baxımdan XX əsrin fəlsəfəsində baş verən xüsusi bir mədəni təkamülün nəticəsi olaraq şərh olunur. Təhsil fəlsəfəsi - fəlsəfə, pedaqogika və praktik təhsilin kəsişməsində yerləşən fənlərarası tədqiqat sahəsidir. Bu səbəbdən onun formalaşdırılması və yerləşdirilməsinin əsas prinsipi, qarşıdurma və sərhədləri deyil, əlaqəli elmi fənlərin qarşılıqlı inteqrasiyasıdır. Fənlərarası, hər bir elmin öz mövzusunu nümayiş etdirməsini, dünya haqqında elm bilikləri birləşdirməyin yollarını tapmağı nəzərdə tutur.Bu sistemli inteqrasiyanı nəzərdə tutur. Bu struktur bölməsinin müxtəlif fənlərin məlumatverici təcrübələrin nəticələrini sintez etdiyi ümumi bir problem ola bilər. Beləliklə, problemin açıqlanması, əslində, bu biliklərin qarşılıqlı əlaqədə olduğu və bir-birinə qarşı çıxmadığı bir bilik təşkil etmə üsuludur.İnformasiya cəmiyyətinin epistemoloji və fəlsəfi-antropoloji problemlərinin hərtərəfli təhlili və təhsilin inkişaf strategiyaları sahəsindəki nəzəri axtarışlar dəyər əsasının, məzmununun formalaşdırılması prinsiplərinin müəyyənləşdirilməsidir
.Təhsil fəlsəfəsi daha çox bilik yönümlü və informativ şəkildə pedaqogikanı yeni bilik, metod, üsul, məqsəd ilə təmin edilən, təhsil prosesi vasitəsilə müəyyən bir nəslin daxili dünyasının formalaşmasında özünə yer tutan “gələcəyin adamı” imicini formalaşdırır.Təhsil fəlsəfəsinin mövcud olma ehtimalı təhsil sahəsinin özünün ümumbəşəri fəlsəfi problemlərin mənbəyi olması ilə müəyyən edilir. Təhsil fəlsəfəsinin əsas vəzifəsi təhsilin nə olduğunu başa düşmək və onu (mümkünsə) insan və onun ehtiyacları baxımından əsaslandırmaqdır.Təhsil mədəniyyətin nəsildən-nəslə ötürülməsini təmin edən və fərdin formalaşmasının tərkib hissəsi kimi fəaliyyət göstərən xüsusi bir sosial-mədəni təcrübə sahəsidir.
Təhsil mədəniyyət konsepsiyası ilə sıx əlaqəlidir və nəticədə təbii meylləri və insan imkanlarını dəyişdirmək üçün insanın özünəməxsus yolunu göstərir.İnsanın varlığı yolu kimi fəaliyyət göstərən təhsil, bir tərəfdən subyektivliyin təsdiqlənməsinə kömək edir, digər tərəfdən də insanlarla razılığa və həmrəyliyə nail olmaq imkanı verir. Ümumiyyətlə insanın xarakterik xüsusiyyəti onun dərhal və təbii ilə əlaqəsini kəsməsidir. Universal yüksəliş ümumiyyətlə insan zəkasının əsas tərifini əhatə edir. İnsan tərbiyəsinin ümumi mahiyyəti ondan ibarətdir ki, insan hər mənada özünü mənəvi varlıq halına gətirir. Ümumdünya səviyyəsinə qalxmaq üçün fəlsəfi təhsil almaq insanın vəzifəsidir. Bu problem ümumi və xüsusi üçün fədakarlıq tələb edir.Tərbiyə etmək, ilk növbədə bir model nümayiş etdirmək və bir resept qurmaq və ya mövcud meyilləri formalaşdırmaq deməkdir. Lakin bu şərt sarsılmaz ağılın mübahisəsiz gücünə və onun təməllərinə inama əsaslanmalıdır.
Lakin, birincisi, bu, ekzistensialist, tarixi və eyni zamanda proyektiv birlikdə yaşamağa, ekzistensialist təcrübələrlə qarşı çıxır. İkincisi, indi heç kim ağılın mübahisəsiz gücünə inanmır, çünki elmi biliklərin cəmiyyət həyatındakı rolu və əhəmiyyəti kökündən dəyişmişdir. Bunlar fərqli nəzəriyyələrin bir nümunəsidir.Təhsil, həm də şəxsiyyətin tərbiyə və öyrədilməsi sistemi, həmçinin əldə edilən biliklər, bacarıqlar, vərdişlər, dəyər yönümləri, fəaliyyət təcrübəsi və kompetensiyaların( bacarıq,səriştə) məcmusudur.
Geniş mənada təhsil insanın zəka, xarakter və fiziki qabiliyyətlərinin formalaşdırılması prosesi və ya nəticəsidir. İnsan təcrübəsi fərdin ölümü ilə itmədiyi, cəmiyyət daxilində toplanaraq qorunduğu və inkişaf etmiş zəka ilə ünsiyyət qabiliyyəti sayəsində ötürüldüyü üçün bu yolla mədəniyyət adlı hadisə meydana gəlmişdir.Mədəniyyət fərdi yox, bütövlükdə cəmiyyətin təcrübəsini ifadə edir. Təhsil məhz bu biliklərin, yəni mədəniyyətdə toplanmış təcrübənin yeni nəsillərə ötürülməsi prosesidir. Təhsil cəmiyyət tərəfindən məqsədyönlü şəkildə məktəbəqədər müəssisələr, məktəblər, kolleclər, universitetlər və digər təhsil ocaqları vasitəsilə həyata keçirilir. Bununla yanaşı, xüsusilə internetin geniş əlçatanlığı şəraitində, özünütəhsil imkanları da istisna olunmur.Məişət anlamında təhsil əsasən müəllimin şagirdləri öyrətməsi və tərbiyə etməsi ilə eyniləşdirilir.
Bu zaman oxuma, yazma, riyaziyyat, tarix və digər elmlərin öyrədilməsi nəzərdə tutulur. Dar ixtisaslaşmış müəllimlər, məsələn astrofizika, hüquq, coğrafiya və ya zoologiya sahələrində yalnız həmin fənləri tədris edirlər. Təhsil prosesi şagirdlərin yaşca böyüməsi ilə paralel olaraq getdikcə ixtisaslaşır. Bundan başqa, peşə bacarıqlarının, məsələn, avtomobil idarəetməsinin öyrədilməsi də təhsilə daxildir. Formal təhsillə yanaşı, internetdən istifadə, mütaliə, muzeylərə gediş və şəxsi təcrübə yolu ilə həyata keçirilən özünütəhsil də mümkündür. Təhsilin ümumi və xüsusi səviyyəsi istehsalatın tələbləri, elm, texnika və mədəniyyətin vəziyyəti, həmçinin ictimai münasibətlərlə şərtlənir.Müasir dövrdə təhsil hüququ həm milli qanunvericilikdə, həm də beynəlxalq hüquqi aktlarda təsbit olunmuşdur.
Bu sıraya Avropa İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Konvensiyası, habelə BMT tərəfindən 1966-cı ildə qəbul edilmiş İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq pakt daxildir.Məcburi təhsilin insanın şəxsiyyətini zəiflətmə vasitəsi kimi istifadəsi ehtimalı demokratik cəmiyyətlərdə dövlət məktəblərindən kənar, hətta ailə təhsilinə yönəlmiş hərəkatların yaranmasına gətirib çıxarmışdır. Bununla yanaşı, orta məktəb proqramlarına şagirdlərin (valideyn və müəllimlərin iştirakı ilə) daha çox seçmə kurslarının daxil edilməsi, özünütəhsilə, insanın ömür boyu fasiləsiz təhsil almasına, məktəbdənkənar, distant və əlavə təhsil formalarına dəstək də geniş yayılmışdır. Yuxarıda təhsil ilə mədəniyyətin əlaqəsindən,qarşılıqlı əlaqə və inkişafından söz açdıq və onun davamı olaraq Ulu Öndərimizin dediyi fikirləri qeyd etmək tamamilə məqsədə uyğun olardı:"Biz həm milli tariximizdən aldığımız mənəvi sərvətlərdən istifadə etməli, həm də bəşəriyyətin yaratdığı mənəvi dəyərlərə yiyələnməliyik, o cümlədən Avropa mədəniyyətindən, Rusiya mədəniyyətindən, Şərq mədəniyyətindən istifadə etməliyik.”
Mədəniyyət insanla birgə yaranmışdır və daim inkişaf edir. Mədəniyyət insan həyatının fundamentidir. Mədəniyyət insanda dıgər növ canlılardan keyfiyyətcə fərqlənən hər nə varsa, onları özündə cəmləşdirir. Mədəniyyət (cultura) sözü ilk dəfə Qədim Romada işlədilmişdir. Bu sözün ilk mənası torpaqşünaslıq və bitkiçilik məsələlərini özündə ehtiva etmişdir. Sonralar isə bu söz mənaca dəyişərək insanın şəxsi ləyaqəti və mükəmməlləşməsi mənasında işlədilməyə başlamışdır.
Tarixdə Maarifçilik əsri kimi tanınmış XVIII əsrdə mədəniyyət anlayışı ancaq mənəvi mədəniyyət statusunda işlədilmişdir. Bu mənada “cultura” termini ilk dəfə kifayət qədər geniş mənada başa düşülürdü. Burada ən əsas məsələ isə o zaman insanın savadlı, bilikli, tərbiyyəli, düşüncəli, xoş ünsiyyətli olmasını bildirməkdən ibarət olmuşdur.
Qədim Yunan filosofları hesab etmişlər ki, insanın savadlı və bilikli olması çox vacib şərt olsa da, təkcə bu faktorlarla onu mədəni hesab etmək kifayət deyildir. Bu məqsədlə də, alimlər mədəniyyət anlayışını tam açıqlamaq üçün müxtəlif fikirlər söyləmışlər.
Müxtəlif dövrlərdə sual olunmuşdur ki, kimi, həqiqətən, mədəni adam saymaq olar? Cavablar da müxtəlif olmuşdur. Qədim yunanlar hesab etmişlər ki, “mədəni adam o adamdır ki, insanların, əşyaların, fikirlərin arasından özünə həqiqi yol yoldaşı seçə bilir”. Orta əsrlərdə hesab etmişlər ki, “mədəni adam o adamdır ki, Bibliyanı (Tövrat və İncil) oxuya bilsin”. Hegel isə demişdir ki, “Digərlərinin elədiklərini etməyi bacaran adam mədəni adamdır”.
XX əsrdə mədəniyyət terminini ətraflı öyrənməyə daha çox maraq artdığından, alimlərin geniş tədqiqat obyektinə çevrilmişdir.
Amerikalı filosoflar A.Kröber və K. Klakxonun hesablamalarına görə “Mədəniyyət nədir? sualına XX əsrin əvvəllərində 10, ortalarında 150, sonunda isə 500 tərif verilmişdir.
Maarifçilik dövrünün bir çox filosofları insanda daxili mənəvi varlığı əsas götürərək mədəniyyət anlayışını insanda insanlığın olması səviyyəsi kimi başa düşmüşlər.
İngilis alimi E.Taylor 1871-ci ildə “İbtidai mədəniyyət” adlı kitab yazmışdır. Kitabda mədəniyyət anlayışı biliklərin, dini görüşlərin, incəsənətin, qanunların, adət-ənənələrin və cəmiyyətin üzvü olan hər bir fərdin əldə etdiyi dəyərlərin toplusu hesab edilmişdir.
Alman filosofu F.Nitsşe mədəniyyəti xalqın həyat tərzi kimi başa düşmüşdür. Amerikalı filosof D.Bell mədəniyyəti xalqın estetik baxışlar sistemi, mənəvi həyat tərzi və fərdin təkrarolunmaz xüsusiyyəti hesab etmişdir.
Rus filosofu N. Berdyayev mədəniyyəti “xalqın canlı taleyi” sanmışdır. Bir çox digər filosoflar da mədəniyyəti müxtəlif mənalarda izah etmişlər: hafizə; yaddaş; yaradıcılıq; hər hansı fəaliyyətin mənəvi ölçüsü; xalqın həyat tərzi və s.
Mədəniyyət haqqında deyilmiş müxtəlif mülahizələri ümumiləşdirərək demək olar ki, mədəniyyət anlayışı üç əsas mənada işlədilmişdir: 1) bitkiləri becərmək, yaradıcılıq, istehsal; 2) təhsil, tərbiyyə, inkişaf; 3) sitayiş, ehtiram, dini ayinlər.
Ən geniş mənada isə mədəniyyət anlayışı insan fəaliyyətinin bütün sahələrini özündə cəmləşdirir. Qədim Roma filosofları hesab etmişlər ki, vəhşi təbiətdən fərqli olaraq, insanlar “ikinci təbiət” də yaratmışlar. Ona görə də, maddi mədəniyyətlə yanaşı, mənəvi mədəniyyət də vardır. Bu fikri ilk dəfə ortaya atan məhşur filosof və natiq Mark Siseron olmuşdur. O demişdir ki, torpağı, bitkini becərmək mədəniyyəti olduğu kimi, insan ruhunu, insan qəlbini becərmə mədəniyyəti də vardır.
Beləliklə də, mədəniyyət anlayışı əsasən iki geniş sahəni əhatə edir. Maddi mədəniyyət buraya daxildir maddi istehsal və onun strukturu: texnika, texniki qurğular, infrastruktur, mənzil, məişət əşyaları, geyim-kecim və s. daxildir. Mənəvi mədəniyyət – buraya daxildir mənəvi istehsal və onun nəticələri: din, fəlsəfə, əxlaq, elm, incəsənət, bədii ədəbiyyat və s. daxildir.
Alimlər hətta heyvanda da mədəniyyət vardır fikrində yekdil olmuşlar. Onlar hesab etmişlər ki, heyvanlarda da ünsiyyət vasitəsi olan nitq və digər mədəni fərqlənən müxtəlif xüsusiyyətlər mövcuddur. Lakin insanlarda mədəniyyət heyvanlarda mədəniyyətdən keyfiyyətcə fərqlənir.
Heyvanlarda mədəniyyətin əsasını və bir-birinə keçməsini instinkt, yəni qeyri-iradi olaraq işgörmə qabiliyyəti təşkil edir. Insanda mədəniyyət isə şüur vasitəsi ilə yaranır və simvolik sistem təşkil edir. Mədəniyyət insanın və cəmiyyətin həyatında çox mühüm funksiyaları yerinə yetirir ki, onlarsız nə insanın, nə də cəmiyyətin yaşaması mümkündür. Mədəniyyətin cəmiyyətdə əsas funksiyası – insanın sosiallaşması funksiyasıdır, yəni insanın tərbiyələnməsi, formalaşması, ənənəvi qəbul edilmiş normaları, qanunları öyrənərək, onlara uyğunlaşması funksiyasıdır. Daha doğrusu, insanı təkrar istehsal etmək funksiyasıdır. Dünyaya yeni göz açan körpə mədəniyyətə yiyələnmədən insan ola bilməz. Alimlər öyrənmişlər ki, yeni doğulan uşaqlar iki yaşından on iki yaşına qədər normal insan həyatından məhrum olarsa, onlar əbədi olaraq heyvan kimi qalırlar. İnsanlar ancaq mədəniyyət vasitəsi ilə əsrlər boyu qazanılmış sosial təcrübəyə və bəşəri dəyərlərə yiyələnməklə cəmiyyətin tamhüquqlu vətəndaşı olurlar. Burada əsas rol oynayan dəyərlər: vərdiş, adət-ənənə, bilik, bacarıq və s.
Mədəniyyətin ikinci funksiyası – varlığı, dünyanı dərk etmək və onun haqqında məlumat toplamaqdan ibarətdir. Mədəniyyət dünya haqqında tarixən əldə edilmiş bilikləri toplamaq və gələcək nəsillərə çatdırmaq imkanına malikdir. O, burada bəşəriyyətin sosial və intellektual hafizəsi rolunu oynayır. Ona görə də burada birmənalı olaraq təhsil sistemi önə çəkilir.
Mədəniyyətin üçüncü funksiyası – requlyativ və normativdir. Bu funksiyalar vasitəsilə mədəniyyət insanlararsı münasibətləri təşkil və requlə edir. Bu proses əxlaq və hüquq qaydaları, normaları, qanunları vasitəsilə həyata keçirilir. Bu qayda-qanunlara riayət etmək insanların yaşamasının və birgə yaşama tərzinin əsas şərtidir.
Mədəniyyətin dördüncü funksiyası – kommunikativ (əlaqə, məlumat) adlanır. Bu funksiya, ilk növbədə, insanların əsas ünsiyyət aləti olan nitq vasitəsilə həyata keçirilir. Təbii nitqlə yanaşı, insanlar mədəniyyətin ayrı-ayrı sahələri olan elm, incəsənət və texnikada da özləri yaratdıqları xüsusi dillərindən də istifadə edirlər ki, onlarsız da bütövlükdə tam mədəniyyətə sahib olmaq qeyri-mümkündür.
İnsanların əcnəbi dilləri bilməsi isə digər xalqların mədəniyyəti və bütövlükdə dünya mədəniyyəti ilə də tanış olmağa geniş imkanlar yaradır. Sadıqov H.Ş., Məmmədov R.S. 42
Mədəniyyətin beşinci funksiyası aksioloji (dəyərlər, sərvətlər) funksiyasıdır. Burada insanlarda dəyərləndirmə və qiymətləndirmə mədəniyyəti formalaşır və onlara kömək edir ki, yaxşını pisdən, xeyri şərdən, gözəli eybəcərdən seçməyi bacarsınlar.
Mədəniyyətin altıncı funksiyası yaradıcılıq funksiyasıdır. Burada insanlar yeni dəyərlərə, biliklərə, elmi kəşflərə, adət-ənənlərə, vərdişlərə və s. sahib olurlar.
Müasir dövrdə mədəniyyətlərin yaranmasında və dərindən dərk olunmasında onun milli-etnik ölçülərinin xüsusi rolu vardır. Həqiqətən də, hər bir mədəniyyət müəyyən etnosa, xalqa məxsusdur və milli mədəniyyət statusu almışdır ki, bu da mədəniyyətdə milliliyi göstərir. Lakin haqqında danışılan məsələdə alimlərdə yekfikirlilik olmamışdır.
Hələ qədim zamanlarda etnomilli mədəniyyət haqqında iki fərqli fikir olmuşdur: etnosentrizm və kosmopolitizm. Etnosentrizmdə hər hansı bir etnos öz mədəniyyətini nümunə, etalon hesab edir və onu başqalarından üstün tutur, digər xalqların mədəniyyətlərinə isə etinasızlıq və bəzən də düşmənçilik münasibətləri göstərir.
Kosmopolitizmin xarakterik xüsusiyyəti isə ondan ibarət olmuşdur ki, öz etnik
mədəniyyətinin çərçivəsindən və dövlətinin vətəndaşlığından çıxıb dünya vətəndaşı sayılsın. Kosmopolitdə vətən sevgisi, etnik sevgi, milli patriotluq və milli qəhrəmanlıq hissləri olmur. Qədim Yunanıstanda Etnosentrizm cərəyanının tərəfdarı məhşur yunan tarixçisi, əsərləri antik mədəniyyətə gözəl incilər verən Herodot olmuşdur. O demişdir: “Dünyada hamıdan yaxşı bizik. Yerdə qalanlar nə qədər bizdən uzaqdırsa, o qədər pisdir”.
Kosmopolitizm cərəyanının tərəfdarı Qədim Yunan mədəniyyətinin incilərindən olan “İliada” və “Odisseya” əsərlərinin müəllifi Homer olmuşdur. O isə demişdir: “Bizdən uzaqlarda olan xalqlar ən ləyaqətli və ən xoşbəxtdirlər. Bizim özümüzdə isə hər şey pisdir”.
Tədqiqatçıların fikrincə, XVIII əsrdən başlayaraq milli və dünyəvi mədəniyyətlərarası məsələlərə münasibət dəyişir və yeni cərəyanlar yaranır: mədəni relyativizm (mədəniyyətdə nisbilik) və mədəni universalizm (mədəniyyətdə universallıq) Ümumilikdə mədəniyyət və təhsil cəmiyyətin inkişafını təmin edən iki əsas sütundur: biliklərin ötürülməsi, mənəvi dəyərlərin qorunması və şəxsiyyətin formalaşması. Bu sahələrin əlaqəsi və idarə olunması dövlət səviyyəsində tənzimlənir...
Təhsil fəlsəfəsinin müstəqil bir tədqiqat sahəsi olaraq ortaya çıxması obyektiv və tarixi baxımdan XX əsrin fəlsəfəsində baş verən xüsusi bir mədəni təkamülün nəticəsi olaraq şərh olunur. Təhsil fəlsəfəsi - fəlsəfə, pedaqogika və praktik təhsilin kəsişməsində yerləşən fənlərarası tədqiqat sahəsidir. Bu səbəbdən onun formalaşdırılması və yerləşdirilməsinin əsas prinsipi, qarşıdurma və sərhədləri deyil, əlaqəli elmi fənlərin qarşılıqlı inteqrasiyasıdır. Fənlərarası, hər bir elmin öz mövzusunu nümayiş etdirməsini, dünya haqqında elm bilikləri birləşdirməyin yollarını tapmağı nəzərdə tutur. Bu sistemli inteqrasiyanı nəzərdə tutur. Bu struktur bölməsinin müxtəlif fənlərin məlumatverici təcrübələrin nəticələrini sintez etdiyi ümumi bir problem ola bilər. Beləliklə, problemin açıqlanması, əslində, bu biliklərin qarşılıqlı əlaqədə olduğu və bir-birinə qarşı çıxmadığı bir bilik təşkil etmə üsuludur.Təhsil fəlsəfəsi daha çox bilik yönümlü və informativ şəkildə pedaqogikanı yeni bilik, metod, üsul, məqsəd ilə təmin edilən, təhsil prosesi vasitəsilə müəyyən bir nəslin daxili dünyasının formalaşmasında özünə yer tutan “gələcəyin adamı” imicini formalaşdırır.Təhsil fəlsəfəsinin mövcud olma ehtimalı təhsil sahəsinin özünün ümumbəşəri fəlsəfi problemlərin mənbəyi olması ilə müəyyən edilir. Təhsil fəlsəfəsinin əsas vəzifəsi təhsilin nə olduğunu başa düşmək və onu (mümkünsə) insan və onun ehtiyacları baxımından əsaslandırmaqdır.Təhsil mədəniyyətin nəsildən-nəslə ötürülməsini təmin edən və fərdin formalaşmasının tərkib hissəsi kimi fəaliyyət göstərən xüsusi bir sosial-mədəni təcrübə sahəsidir.
Təhsil mədəniyyət konsepsiyası ilə sıx əlaqəlidir və nəticədə təbii meylləri və insan imkanlarını dəyişdirmək üçün insanın özünəməxsus yolunu göstərir.İnsanın varlığı yolu kimi fəaliyyət göstərən təhsil, bir tərəfdən subyektivliyin təsdiqlənməsinə kömək edir, digər tərəfdən də insanlarla razılığa və həmrəyliyə nail olmaq imkanı verir. Ümumiyyətlə insanın xarakterik xüsusiyyəti onun dərhal və təbii ilə əlaqəsini kəsməsidir. Universal yüksəliş ümumiyyətlə insan zəkasının əsas tərifini əhatə edir. İnsan tərbiyəsinin ümumi mahiyyəti ondan ibarətdir ki, insan hər mənada özünü mənəvi varlıq halına gətirir. Ümumdünya səviyyəsinə qalxmaq üçün fəlsəfi təhsil almaq insanın vəzifəsidir. Bu problem ümumi və xüsusi üçün fədakarlıq tTərbiyə etmək, ilk növbədə bir model nümayiş etdirmək və bir resept qurmaq və ya mövcud meyilləri formalaşdırmaq deməkdir. Lakin bu şərt sarsılmaz ağılın mübahisəsiz gücünə və onun təməllərinə inama əsaslanmalıdır.
Lakin, birincisi, bu, ekzistensialist, tarixi və eyni zamanda proyektiv birlikdə yaşamağa, ekzistensialist təcrübələrlə qarşı çıxır. İkincisi, indi heç kim ağılın mübahisəsiz gücünə inanmır, çünki elmi biliklərin cəmiyyət həyatındakı rolu və əhəmiyyəti kökündən dəyişmişdir. BunlÜmumiyyətlə post-sənaye adlanan müasir inkişaf etmiş cəmiyyətlərdə son onilliklərdə müəyyən bir sosial-mədəni təkamülə meyl olmuşdur, sosial həmrəylik, sosiomədəni əsaslarının parametrləri daxil olmaqla tipologiya şəxsiyyətin status xüsusiyyətlərini müəyyənləşdirmişdir. Bu tendensiya ümumiyyətlə translokal, həmrəyliyin tarixi ətalətinin aradan qaldırılmasına yönəldilmiş. Qarşıdurma növü (yəni "bizim" yalnız "özümüzün deyil" əleyhinə çıxdıqda) kimi xarakterizə olunurİnformasiya cəmiyyəti kütləvi şüur və mədəniyyətlə əlaqəli olaraq vurğunu kökündən dəyişdirməsi üçün xarakterikdir. Populyar mədəniyyət qlobal və bütöv hala gəlir. Əvvəllər elitalar tərəfindən kütlələr sadəcə nəzərə alınmırsa, vətəndaş həyatı sahələrindən kənarlaşdırılırdısa, indi cəmiyyət mədəniyyət, ictimai həyat və təhsildə mümkün qədər çox insanla maraqlanır.
Müasir insan, cəmiyyəti standartlaşdırma probleminə, bilik və istehlak sifarişinə, məlumat ötürülməsi üçün mobil bir mexanizmə ehtiyac duyulmasına səbəb olan getdikcə artan informasiya axını ilə məşğul olur – yalnız kütləvi mədəniyyət bu vəzifələrin öhdəsindən gələ bilər. "İnformasiya bolluğu" şəraitində kütləvi mədəniyyət hər kəsin öz mədəni identifikasiya kodunu seçə biləcəyi semantik "qarderob" rolunu oynayır. Kütləvi mədəniyyət simasız, homogen, ortalama bir mədəniyyət deyil, son dərəcə müxtəlifdir, inanılmaz "mutasiya" qabiliyyəti göstərir.ar fərqli nəzəriyyələrin bir nümunəsidir.ələb edir.
E.Tofflerə görə gələcək qəribə hadisələrin, sensasiyalı kəşflərin, inanılmaz münaqişələrin və tamamilə yeni ziddiyyətlərin sonsuz bir ardıcıllığı kimi açılacaqdır. Bu o deməkdir ki, bu gün yaşayanların çoxu “futuroşok”a məhkumdur(4). Müasirlik insanı heç bir şeydə məhdudlaşdırmır, ondan sərt və ağrılı bir vəhdət tələb etmir. Əksinə, təhsil, fərdi böyümə, macəra və həzz üçün bir çox yeni imkanlar açır. Bununla birlikdə, hər bir insanın problemi, sərhədsiz sərbəstlik və "həddindən artıq seçim" şəraitində yaşamaq probleminə çevrilir. Axı biz hamımız, bütün mədəni irsin bənzərsiz bir versiyasını daşıyan kompleks bir quruluş kimi qəbul edilən, yüksək savadlı və bütöv bir şəxsiyyət olan ənənəvi mətndən danışıq mədəniyyətinin nümayəndələriyik. Ancaq indi hamımız kompleks daxili sıxlığın yenisi ilə necə əvəz olunduğunu müşahidə edirik.Ənənəvi olaraq təhsil sistemi struktur və mahiyyət etibarilə elmə yönəlmişdi, lakin bu gün elm ciddi tənqidə məruz qalır.
Elm, rasional idrak metodlarını mütləqləşdirməklə yanaşı, digər metodları - intuisiyanı, təsəvvürü, mistik təcrübəsini görməməzlikdən gəldiyinə görə tənqid olunur.Təhsil fəlsəfəsi nöqteyi-nəzərindən təhsilin əsas meyarı bir sıra elmi biliklərin tələbələr tərəfindən mənimsənilməsidir. Fərdi keyfiyyətlər daha geniş sosial gerçəklikdə lazımdır (əks halda insan külək əsən yerə uçan balonu xatırladır), o cümlədən özünütəsdiq prosesində. Pifaqora görə, öyrənən biliyin yatırıldığı bir gəmi kimi deyil, alovlandırılacaq bir məşəl kimi qəbul edilməlidir. Axı, təhsil prosesi tək bir şəkildə tənzimlənən və müəllimdən asılı olan proses deyil, öyrənən həm təhsil prosesinin obyekti, həm də fəal subyekt rolunu oynadığı zaman qarşılıqlı bir prosesdir.Əks təqdirdə, təhsil müəssisələrinin divarları arasında məqsədyönlü şəkildə aldığımız hər şey içimizə “uçan” və eyni zamanda təhlükəsiz “uçan” “xam” məlumatlardır.
Bundan əlavə, müasir məktəblərdə və universitetlərdə çox tanış bir fenomen - sözdə unutqanlıq meydana gəlir.Ancaq təhsil mərkəzləri "bilik mərkəzləri" olduqlarını iddia edirlər ki, təməlləri və gələcək inkişafı isə orta məktəb tərəfindən qoyulmalıdır. Kolleclər, institutlar, universitetlər məlumat mərkəzinə çevrilir. Yalnız tələbə məlumatı aktivləşdirməyə, onu görməyə və onunla yaradıcılıqla işləməyə çalışdıqda, məlumat bilik olur - təhsil fəaliyyəti mövzusunda möhkəm bir "oturacaq", biliyə çevrilən "əsas"dır. Bilik passiv bir elm təbəqəsi deyil, fərdi mövqe olmadan, səmimi maraq olmadan, şəxsi inam olmadan mümkün olmayan aktiv fəaliyyətə rəhbərdir.
Həqiqətən, natamam məlumatlara sahib bir oyunda üstünlük əlavə məlumatı bilən və ya əldə edə bilən tərəfindən qazanılır. Ancaq müasir informasiya əsri bizi "həddindən artıq informasiya" vəziyyətinə salır. Ancaq hərtərəfli məlumatlara sahib bu cür oyunlarda əlavə informasiyalar artıq kənardan "əldə edilmir", yeni bir informasiya təşkilatı üçün "texnika" kimi əldə edilir. Bu yeni təşkilat bir-birindən müstəqil hesab edilən informasiyaları birləşdirərək əldə edilir. Bu qabiliyyət həyat təcrübəsi, həqiqi səriştə ilə veMüasir bilik dünyası prinsipcə, bütün mütəxəssislər üçün mövcud olduğu mənasında hərtərəfli məlumatlara sahib olan, oyuna əsaslanan bir dünyadır. Biliyə bərabər giriş şəraitində, bilik istehsalında səmərəliliyin artması onun əldə edilməsində deyil, ya məlumatların yeni bir "texnika" yerinə yetirilməsinə, ya da oyun qaydalarını tamamilə dəyişdirməyə imkan verən həyat təcrübəsində yaranır.
Əgər tədris yalnız səriştələrin təkrar istehsalını deyil, həm də onların irəliləməsini təmin etməlidirsə, onda bilik ötürülməsinin yalnız məlumat ötürülməsi ilə məhdudlaşmaması, ənənəvi bilik təşkilatının bir-birindən qısqanclıqla təcrid etdiyi sahələri ifadə etmək qabiliyyətini artırmağa kömək edən bütün prosedurları öyrətməsi lazımdır..Həmçinin təhsilin məqsədi bizə qədər yığılmış biliklərin ötürülməsinə dayanmalıdır. Bunlar müəllim vasitəsilə şagirdlərə ötürülməlidir. Təhsil uşağın maraqlarına dayana bilməz, çünki bu keçicidir, təhsildə nizam-intizam olmalıdır. Təhsilin mərkəzində müəllim var.
Uşaq dünyanı tanımaq, həyata hazırlanmaq üçün məktəbə gedir, onu öz halına buraxa bilmərik Çünki tarix boyunca yığılmış biliklər, onun öz yaşayışı ilə tapacaqlarından daha vacibdir. Bu fəlsəfə görə təhsil mədəniyyəti qorumalı, davamlılığına imkan yaratmalı, cəmiyyətin qəbul etdiyi dəyərlər təhsil vasitəsilə yeni nəsillərə ötürülməlidir. Təhsilin vəzifəsi əsrimizin mədəni krizini aşmaq üçün cəmiyyətin yenidən qurulmasıdır. Bu qurulma əsnasında bütün əsas dəyərlər yenidən araşdırılmalıdır. Yeni bir cəmiyyət yaratmaq üçün məktəb liderlik etməlidir.Müasir həyat içində sənaye sistemi, maddi və mədəni mənbələrin insanlar tərəfindən istifadəsi nəzarət altına alınmalıdır. Köhnə təhsilin işə yaramayan tərəfləri atılmalı, təhsildə məqsəd və vasitələr yenidən qurulmalıdır. İçində olduğumuz sənaye dövrünə uyğun bir mədəniyyət yaratmalı və yeni cəmiyyət demokratik olmalıdır. Müəllim şagirdləri demokratik şəkildə dəyişməyə hazırlamalıdır..
Dövrünün görkəmli maarifpərvərlərindən olan Nəriman Nərimanov vaxtilə yazırdı: "Əgər tarixə nəzər salsanız, yəqin edərsiniz ki, heç bir xalq qılınc və silahla irəli getməyibdir. Hansı millət ki, gedib qabağa, tərəqqi edibdir, yalnız elmin, təhsilin gücünə xoşbəxt olubdur”.
Xoşbəxt o xalqdır ki, özünə rəhbər seçib taleyini etibar etdiyi Lider ona yolun ən düzgününü nişan verir. Bu, elm və təhsil yoludur. Bu sahəyə qayğı göstərən dövlət rəhbərləri bununla nəinki öz ölkələrinin iqtisadi və mədəni yüksəlişini təmin edir, həm də dünya elminə və təhsilinə böyük töhfələr verir.Tarix zaman-zaman sübuta yetirib ki, bir xalqın inkişafı üçün bu yoldan daha müqəddəs bir yol yoxdur. Dünyanın bütün qabaqcıl xalqları öz hədəflərinə yalnız elmin, təhsilin, biliklərin gücü ilə çatıblar. Xalqın yetirdiyi maarifçilər, mütəfəkkirlər də bütün həyatlarını insanlara məhz bu həqiqəti çatdırmağa sərf ediblər.
Təhsilin, elmin imkanlarının hər kəs üçün əlçatanlığı naminə yaşayıblar.Təhsil insanın fərdi azadlıqlarının əsas mənbəyidir. Amma o, insana təkcə fərdi azadlıqlar gətirmir. Fərdlərin aid olduqları mühiti də cəhalət girdabından qorumaqla cəmiyyətə maarifçilik ənənələri üzərində bərqərar olan ictimai azadlıqlBu baxımdan, sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsil alanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsil alanın cəmiyyətin layiqli üzvü olması üçün münbit zəmin yaradır.
Onu biliyi və etik davranışı sayəsində örnək olan həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.Ona görə də tarixin bütün dövrlərində təhsil insanların həyatında müstəsna əhəmiyyət kəsb etmişdir. Müasir dövrün qlobal çağırışları isə bu əhəmiyyəti daha da artıraraq təhsildə həlli vacib olan bir sıra məsələləri dövlət və cəmiyyət həyatının bir nömrəli prioritetinə çevirir. Çünki müasir dövrdə təhsilin inkişafı istənilən ölkədə əhalinin rifahının yaxşılaşmasının, fərdin həyatının daha yüksək səviyyədə qurulmasının alternativsiz təminatıdır. Bu gün dünyanın əksər ölkələrində təhsil sisteminin təkmilləşdirilməsi transformasiya dövründən keçir. Çünki müasir çağırışlar dünyada təhsil sistemini büsbütün dəyişir. Əmək bazarında tələb və təklif mütənasibliyi dəyişir. Bəzi peşələr sıradan çıxır, yerinə yeni peşələr və istiqamətlər yaranır. Bundan başqa, Azərbaycanda aparılan köklü islahatların özü də ayrı-ayrı sahələr üzrə beynəlxalq təcrübəyə, mükəmməl bilik və bacarıqlara malik peşəkar kadrlara tələbatı artırır.
Bu da təbiidir. Ölkəmiz qloballaşma proseslərinin fəal iştirakçısıdır. İqtisadiyyatımız dünya iqtisadi sisteminin tərkib hissəsinə çevrilib. Biz bu sistemlə birgə inkişaf etməliyik. Tərəqqi imkanlarını reallığa çevirən isə məhz peşəkar kadrlardır. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da elm və təhsilin maddi-texniki bazası, eləcə də kadr potensialı əsasən XX əsrdə formalaşmışdı. Son illərdə isə iqtisadiyyatımız, elmimiz, təhsilimiz, mədəniyyətimiz daha geniş inteqrasiya proseslərinə cəlb olunub. Həyata keçirilən tədbirlər sayəsində həm infrastruktur yenilənir, həm də kadr potensialı müasir dünyanın çağırışlarına uyğun tərzdə formalaşdırılır.Müasir mərhələdə ölkəmizin iqtisadi qüdrəti gənclərimizin yeni bilik, bacarıq, informasiya və texnologiyaları qavraması qabiliyyəti ilə bilavasitə bağlıdır. Ona görə də Prezident cənab İlham Əliyev mövcud intellektual potensialın zənginləşdirilməsini, elm və təhsil ocaqlarımızın iqtisadi islahatlarla həmahəng inkişaf etdirilməsi məsələsini öz çıxışlarında dönə-dönə aktuallaşdırır..
Ölkədə aparılan təhsil siyasəti prosesi göstərir ki, bu sahədə infrastrukturun müasirləşdirilməsi hələ işin yarısıdır. Təhsildə keyfiyyətin təmin olunması üçün də paralel tədbirlərin görülməsi vacibdir. Azərbaycan Prezidenti təhsildə keyfiyyət amilini şərtləndirən əsas məsələlərdən biri kimi məhz müəllimlərin peşəkarlığını önə çəkir. Həqiqətən, təhsilin səviyyəsi müəllimlərin peşəkarlığından keçir. Biliyi şagirdə, tələbəyə əxz etdirən, ötürən, gəncləri insan, vətəndaş, peşəkar kimi yetişdirən məhz müəllimlərdir. Bəzən bir peşəkar müəllim aid olduğu icmada çox böyük dəyişikliklər yarada bilir. Buna görə də biz bu gün müəllim hazırlığına milli dəyərlərimizin, milli həyat gücümüzün yenidən yaradılması məsələsi kimi baxmalıyıq. Çünki müəllimlər təhsildən, onun islahatlarından gözlədiklərimizin canlı yaradıcısı, canlı daşıyıcısı, kamil, hərtərəfli insan yetişdirilməsini təmin edən zəngin bir mənbə olmalıdır.Müasir dünyamızda təhsil sürətlə dəyişən, yeni inkişaf tendensiyaları ilə zəngin sahələrdəndir. Təhsil sahəsində inkişafa nail olmaqdan ötrü bu tendensiyalarıın davamlı izlənməsi, çevik addımların atılması çox vacibdir. Azərbaycan Prezidenti də təhsillə bağlı dünyada gedən müsbət tendensiyalara daim fikir verilməsini vacib sayır.
İnkişaf etmiş ölkələrdə aparılan islahatların dərindən təhlil olunmasını, uyğun təcrübələrin Azərbaycanda tətbiqini mühüm vəzifə kimi qarşıya qoyur.Eyni zamanda təhsilin vasitəsilə ölkəmizdə intellektual potensialın artırılması ilə yanaşı, əmək bazarındakı tələbatların da nəzərə alınmasını zəruri hesab edir. "Xüsusilə ali məktəblərə qəbul mərhələsində bütün bu məsələlər dərindən təhlil edilməlidir. Bizə hansı sahə üzrə nə qədər mütəxəssis lazımdır?!Əmək bazarındakı peşə ehtiyaclarının öyrənilməsini zəruri edən bir mühüm amil də var. Bu, əhalimizin artması, demoqrafik tərkibin yenilənməsi ilə bağlıdır. Azərbaycanda gənclər əhalinin böyük qismini təşkil edir. Bu baxımdan, Azərbaycan xalqı dünyanın ən gənc xalqlarındandır.
Belə bir resurs, gəncliyin enerjisi və fərdi inkişaf istəyi, ölkənin gələcək tərəqqisi üçün çox böyük perspektiv deməkdir. Sadəcə olaraq onlara müasir çağırışlara uyğun bilik və bacarıqlar, innovativ texnologiyalarla iş vərdişləri öyrətmək lazımdır ki, həm işsizlik problemləri yaranmasın, həm də gənclərimiz qlobal inkişaf proseslərinin bir hissəsi kimi öz imkanlarını reallaşdıraraq həyatlarını təmin edə bilsinlər. Bu baxımdan, peşə təhsili müəssisələrinin çox böyük potensialı var. Təhsil həm də bir mühitdir. Bu mühiti yaradan təkcə məktəblər, ali və orta ixtisas təhsili müəssisələri deyil. Ümumilikdə hər bir fərddir, ailələrdir, icmalardır, biznes qurumlarıdır, kütləvi informasiya vasitələridir. Bir sözlə, ölkədə təhsilin inkişaf etmiş səviyyədə olmasını istəyən hər kəsdir. Ona görə də bu mühitin formalaşması üçün cəmiyyətdə təhsillə bağlı ictimai müzakirələrin daha da genişlənməsinə ehtiyac var. Əlbəttə ki, lazımi təhsil mühitinin formalaşması cəmiyyətimizin öz gələcəyini daha hazırlıqlı, daha peşəkar qarşılamasına böyük töhfələr verə biləcək..
Gənclərimizin təhsili ilə yanaşı, milli ruhda tərbiyəsi, onlarda daim Vətənə sevginin olması çox mühüm məsələdir. Əslində elə milli təhsilimizin ali məqsədi də milli ruhlu kamil vətəndaşlar yetişdirməkdir. Sözdə bu, aydın, konkret iş proqramıdır, amma əməldə, pedaqoji praktikada tədris prosesinin bütün üsul və formalarını əhatə edən həm yaxın, həm də son hədəfdir. Ona görə təhsil müəssisələrində keçirilən hər bir dərsin həm məzmununda, həm formasında, həm də mütəşəkkil xüsusiyyətlərində hər şeydən əvvəl milli ruh, milli mühit öz əksini tapmalıdır.Bu, ilk növbədə, konkret şəxsiyyətin bütün varlığında yaşatdığı dəyərlərə bağlılığıdır. Həm də bu bağlılıq bir bilik deyil və ancaq bilikdən də doğan amil deyil. Bəlkə ondan da qat-qat yüksək olan mənəvi-emosional bağlılıqdır.
Qloballaşma dövründə gənclərimizi yalnız bu bağlılığın gücü ilə ziyanlı təsirlərdən qoruya bilərik. Gənclərimiz milli köklərə nə qədər bağlı olsalar, özlərini bir o qədər güclü, sarsılmaz hiss edəcək, eyni zamanda, Vətən üçün faydalı olmağa cəhd göstərəcəklər.Azərbaycan Respublikasının Prezident İlham Əliyev bu barədə deyir: "Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə bu məsələyə çox böyük diqqət verilməlidir. Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm. Mən görürəm ki, yeni, müasir nəsil yetişir.
Müstəqillik dövründə doğulmuş və ya formalaşmış nəsil yetişir. Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi, firavanlığı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə Dövlət rəhbərimizin təhsilin inkişafı sahəsində gördüyü işlər gələcəyin etibarlı təminatıdır. Çünki təhsil gələcəyin təməlidir. Sabahını düşünərək qarşıya qoyduğu hədəflərə doğru irəliləyən insan nə qədər əzmkar və nikbin təsir bağışlayırsa, gələcəyi üçün bu gündən daha etibarlı, möhkəm təməl formalaşdıran, vətəndaşları üçün layiqli həyat tərzi qurmağa çalışan dövlət də bir o qədər qüdrətli görünür. "Elm və təhsildən bəhrələnməyi bacaran cəmiyyət həmişə firavan yaşayır”.
Xalqın, dövlətin sabahı belə bir bünövrə üzərində bərqərar olur.
Təhsilə, elmə marağı ilə bu təməli yeni nailiyyətlərlə möhkəmləndirmək isə hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur..
Lakin unutmaq olmaz ki, bütün bunların hamısı müəllim əməyinin nəticəsində hasil və cəm olur. Müəllim nüfuzu nə qədər yüksək tutularsa cəmiyyətdə o qədər inkişaf edəcəkdir..
NƏTİCƏ
Təhsil sahəsində istənilən dəyişikliklər yüz ölçülüb,bir biçilməlidir.Təhsilin daxili inkişaf məntiqindən və məqsədindən irəli gəlməyən, sadəcə islahat görüntüsü yaratmaq üçün aparılan islahat təhsilə ən böyük zərbədir.
Təhsilin məqsədinin konkretləşdirilməsi, hər bir şəxsin, millətin və bütövlüyükdə ölkənin inkişafında təhsilin rolunun müəyyən edilməsi isə çox mürəkkəb məsələdir və xüsusi elmi-fəlsəfi tədqiqat və araşdırma tələb edir.
Yeni müasir cəmiyyətə keçidin tələblərindən doğan islahat zərurəti və onun istiqamətləri nə köhnə inzibati idarəetmə sisteminin, nə də ənənəvi pedaqoji fikrin nümayəndələri tərəfindən müəyyənləşdirilə bilməz.
Daha doğrusu,islahat aparılmalı olduğunu hamı deyir. Lakin, fəaliyyət göstərirəm kimi görsənmək üçün nəyisə dəyişmək, başqa bir şeyə bənzətmək, ''qabaqcıl təcrübələri məmimsəmək " modern görünmək xatirinə " islahat " aparmaq başqa bir şey, ictimai inkişafın, yeni iqtisadi münasibətlərə keçidin daxili məntiqindən doğan zəruri islahat başqa bir şeydir.
Bu zərurətin məhz nədən ibarət olduğunu bilmədikdə isə ancaq islahat naminə islahat yaranır.
Zəruri islahat istiqamətlərinin düzgün müəyyənləşdirilməsi üçün isə əvvəlcə nəzəri tədqiqatlar aparılmalıdır.
Təhsil cəmiyyətdə elə bir sosial fenomendir ki, ona yalnız milli və ya ümumbəşəri hadisə kimi baxmaq olmaz.
Təhsilin mahiyyətindən irəli gələn və bütün dövrlər və bütün ölkələr üçün qorunub saxlanan əsas prinsiplərlə yanaşı, konkret dövrün, konkret ictimai situasiyanın və konkret milli gerçəkliyin, milli düşüncə tərzinin xüsusiyyətləri də mütləq nəzərə alınmalıdır.
Təhsil özü sosial institut olmaqla yanaşı, həm də daha çox dərəcədə ictimai şüurun inkişafını təmin etdiyi, onun strukturunun özünəməxsusluğunu qoruyub saxladığı üçün ictimai həyatın və milli məfkurənin ayrılmaz tərkib hissəsidir.
Təhsil eyni zamanda milli ruhun və milli mənliyin inkişafını təmin edən ən mühüm vasitələrdən biridir..
Almaniyanın böyük filosofu İ.Fixte istila ( 1807-ci ildə Almaniya Fransanın istilası altında idi) altında alçaldılmış, təhqir olunmuş, ruhdan düşmüş, biganəliyə qapanmış xalqını özünə qaytarmaq, ona ruh və inam vermək üçün müraciətlə çıxış etmişdir. Onun müraciətinin əsas ideyası, məqsədi bütün alman xalqını səfərbər etmək idi.
Ancaq maraqlı olan odur ki, söhbət hərbi səfərbərlikdən yox alman ruhunu yenidən yüksəltmək və biabırçı vəziyyətdən xilas olmaq üçün çıxış yolunu yeni milli təhsil sisteminin qurulmasında görürdü.
Azərbaycan xalqının Ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyev istənilən ölkədə olarkən, istənilən nümayəndə heyyəti ilə danışıq apararkən çağdaş Azərbaycanın real ictimai-siyasi durumunu əsasən iki aspektdə təqdim edirdi.
Birincisi, biz sosialist quruluşundan, kommunist ideologiyasından, sovet imperiyasından ayrılaraq yeni müstəqil inkişaf yolu tutmuş, demokratik dəyərlərə və bazar iqtisadiyyatına söykənən bir ölkəyik. İkincisi, torpaqlarının 20 faizi işğal olunmuş və vətəndaşlarının böyük bir qismi qaçqın və məcburi köçkün vəziyyətində olan bir ölkəyik.
Ulu Öndər Heydər Əliyev məhz bu cəhəti həmişə xüsusi vurğulayır və ön plana çəkməklə ilk növbədə beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq istəyirdi. Həmçinin bu mövzunun ölkə daxilində də daim aktual olması üçün lazımi təbliğat işlərinin aparılmasına xüsusi diqqət edirdi.Unutmaq olmaz ki,məhz bunun sayəsində biz sülh və müharibənin arasında, əsəblərin tarım çəkildiyi bir vəziyyətdə, hüquqları tapdanmış, aldadılmış və təhqir olunmuş bir vəziyyətdə 30 il müddətində psixikamızda unutqanlıq və biganəlik simptomlarının yaranmasına imkan vermədik.
Dünya xalqlarının tarixi göstərir ki, istər hərbi, istər siyasi və ya iqtisadi müstəvidə böhran keçirdikdən sonra yeni inkişaf əzmi,potensialı əldə etmək,milli gücü birləşdirib səfərbər etmək üçün ən mühüm vasitə insanların şüurunun yenidən yönəldilməsidir ki,bu da ilk növbədə təhsil sistemindəki müsbət və praqmatik islahatlar vasitəsilə həyata keçirilir.Lakin köhnə təhsil sisteminin içərisində yeni düşüncə, yeni məfkurə, məhz yeni dövrün tələblərinə uyğun islahatı həyata keçirə biləcək insanlar necə tapıla bilər,belə mütəxəssislərimiz varmi?-əlbttdə ki,var !
Məqsəd təhsili yeni cəmiyyətin tələblərinə uyğunlaşdırmaq olduğu üçün, bugünkü təhsildə gələcəyin təməlini qoymaq olduğu üçün bu məsələ gələcəyi görə bilən adamların və bütövlükdə cəmiyyəti proqnozlaşdıra biləcək baxışlara sahib kadrlara həvalə edilməlidir.Təhsil sisteminin içərisində oturb təhsili bir fazadan başqa bir fazaya keçirmək mümkün deyil və bu yanlış düşüncədir. Ən azından tənqid təfəkkür tələb olunur və etiraf edək ki, buna böyük ehtiyac duyulmaqdadır. Gələcəyimizi uğurla qurmaq üçün əvvəlcə bugünkü reallığın, onun müsbət və qüsurlu cəhətlərinin düzgün qiymətləndirilməsi tələb olunur. Mövcud təhsil sisteminin dəyişdirilməsi üçün də əvvəlcə meyarlar sistemi düzgün seçilməlidir. Biz yaxın gələcəkdə və uzaq gələcəkdə cəmiyyətimizi necə təsəvvür ediriksə, necə arzulayırıqsa, bu gələcəyin qurucuları olan insanları da məhz həmin yöndə hazırlamalıyıq, onlara məhz həmin məqsədlərə xidmət edə biləcək əqli və əməli keyfiyyətlər aşılamalıyıq..
Ədəbiyyat siyahısı :
1. Səlhəddin Xəlilov " Təhsil,təlim,tərbiyə "-Bakı-2005
2. Misir Mərdanov " Azərbaycan təhsil tarixi "Bakı-2011
3. Fərrux Rüstəmov " Azərbaycanda pedaqoji elm " Bakı-1998
4. Əjdər Ağayev "Təlim prosesi,ənənə və müasirlik " Bakı-2006
5. Səlahəddin Xəlilov " Təhsil sistemi, nəzəriyyə və praktika" Bakı-1999
6. Ə.S.Bayramov,Ə.Ə.Əlizadə"Sosial Psixologiya" Bakı-2003
7. Həmid İmanov " Fəlsəf" Bakı-2005
8. İ.Ə.Rüstəmov,Ə.F.Abbasov,İ.Ö.Vəliyev" Fəlsəfə" Bakı-1997
9.Səlahəddin Xəlilov " Həyatın özü və görünən üzü" Bakı-2013
10.Xudu Məmmədov " Qoşa Qanad" Bakı-1974


Bakı -°C
