"Nə TƏBİB-dən, nə də icbari tibbi sığortadan müsbət cavab ala bilmirik" - Deputat
"İcbari tibbi sığortanın tətbiqi ilə bağlı regionlarda bəzi problemlərlə qarşılaşırıq. Nə TƏBİB-dən, nə icbari tibbi sığortadan, nə də aidiyyəti qurumdan müsbət cavab ala bilmirik".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, Gəncə şəhərində bəzi cərrahiyyə əməliyyatlarının dövlət xəstəxanalarında həyata keçirilməsi mümkün deyil: “Deyirlər ki, Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir. Dövlət xəstəxanalarından imtina cavabı aldıqdan sonra vətəndaş Gəncədə yerləşən və icbari tibbi sığorta çərçivəsində əməliyyat həyata keçirə bilən özəl xəstəxanalara müraciət edə bilmir. Məncə, aidiyyəti qurumlar bu problemin həlli ilə bağlı da çıxış yolu tapmalıdırlar. Hamını Bakıdakı xəstəxanalara toplamaqla böyük növbə yaratmağa ehtiyac yoxdur. Bakıdakı tibbi xidmətləri və imkanları digər böyük şəhər və rayonlara da köçürmək və ya regionlardakı ixtisaslı özəl xəstəxanalara dəstək olmaq lazımdır. Əks təqdirdə, regionlarda özəl xəstəxanalarda çalışan həkimlərin də Bakıya axın edəcəklərini görəcəyik".
Digər Xəbərlər
21 Sentyabr 2026 11:04
"Milli Məclisin deputatlarının səlahiyyətləri artırılmalıdır" - Səyyad Aran
21 Sentyabr 2026 10:49
"Gözləmək lazım deyil ki, şəhid valideyni müraciət etsin" - Deputat
21 Sentyabr 2026 10:42
"Həmin ölkədə Azərbaycan dili saatları azaldılır" - Deputat
21 Sentyabr 2026 10:07
MM-də bu istiqamətdə dinləmələr BAŞLAYIR
21 Sentyabr 2026 07:47
”Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə yeni mərhələ başlayıb”
20 Sentyabr 2026 13:38
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
20 Sentyabr 2026 11:14
Ceyhun Bayramov ABŞ-a getdi
19 Sentyabr 2026 11:47


Bakı -°C

