“Azərsun Holdinq” “Yaşıl dağ” aksiyasını dəstəklədi
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası təşkil olunub.
Adalet.az xəbər verir ki, Şamaxı "ASAN Həyat" kompleksində baş tutan tədbir ASAN könüllülərinin “Yaşıl ASAN” ekoloji proqramının, IDEA İctimai Birliyinin və “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası”nın birgə təşkilatçılığı ilə keçirilib.
Məqsəd kağız tullantılarının təkrar emalını təşviq etməklə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına dəstəkdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, müxtəlif rayonların ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Aksiyada 200 tondan çox kağız tullantıdan hazırlanmış “Yaşıl dağ” təqdim edilib. Burada ASAN könüllülərinin və məktəblilərin tullantılardan hazırladığı əl işləri və mədəniyyət guşəsi nümayiş etdirilib, eləcə də müxtəlif musiqi nömrələri səsləndirilib.
7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyasına Azərbaycanın 30-dan çox şəhər və rayonundan olan idarə və təşkilatlar, vətəndaşlar, məktəblilər qoşulublar.
Proqram çərçivəsində 11 il ərzində 2400 tondan çox kağız tullantısı təkrar emala göndərilib və nəticədə 40.800-dən çox ağacın kəsilməsinin qarşısı alınıb, 600-dən çox ekoloji istiqamətdə layihə, 200-dən çox təmizlik və ağacəkmə aksiyası baş tutub.
Digər Xəbərlər
21 Sentyabr 2026 16:09
Fövqəladə Hallar Nazirliyində “Sülh Aylığı” çərçivəsində tədbir keçirilib
21 Sentyabr 2026 16:08
1840,3 ha ərazi minalardan təmizlənib
21 Sentyabr 2026 13:41
Bakı-Ağstafa-Bakıya əlavə qatar reysləri təyin edildi
21 Sentyabr 2026 12:36
Pensiyaçılara ŞAD XƏBƏR
21 Sentyabr 2026 12:08
"Boşalan kəndlərimizə qayıdış proqramı lazımdır" - Komitə sədri tıxacdan danışdı
21 Sentyabr 2026 10:52
“Şəhərdəki tıxaclara görə vətəndaşlardan üzr istəməlidirlər”
21 Sentyabr 2026 10:09
Zakir Həsənov hərbi polisin döyüş hazırlığını izləyib - VİDEO
21 Sentyabr 2026 10:04


Bakı -°C

