
Rəhmətlik Maykla sözüm yox. Hətta Mayklın ruhunun bütün bu gəlişmələrdən dolayı acı, əzab içində qıvranacağını bütün din adamları söyləyə bilərlər. Yəhudi, xristian, müsəlman, hindu, budda, şaman, ateist -filan da fərq eləməz. Bir insanın ölüsü bu qədər kullanılmaz. Ayıbdı, yazıqdı, günahdı. Barış Mançomuz, Cem Karacamız, Kamal Sunalımız, Barış Akarsumuz və daha nə qədər sənətçilərimiz köçdü bu aləmdən. Hamısı da mənə görə Maykldan daha çox ulduzdu, daha xeyirliydi, daha bir iz buraxmışdı könüllərimizdə. Bu aləmdən nə qədər belə sənətçilərimiz gəldi-keçdi.
İndi iki yön var düşünməmiz gərəkən. Birincisi sanıram Maykl tabu, ilahi, olağan üstü bir ruh, övliya, peyğəmbər kimi alqılatılmaq istənir. Bu birinci yön başarılarsa, ikinci yönün təməli də sağlam atılmış olur. İkinci yön nədi? Bu cənazədən cibini doldurmaq istəyənlər. Bu ölümdən qazanclı çıxmaq istəyənlər. Bunlara modern, ölü soyğunçuları, çağımızın məzar soyğunçuları deyə bilərik.
Ağlıma "La İlahə İl Allah" sözü gəlir. Quranın təməli olan söz - Allah sözü. Yəni büt yox, Tanrı yox, iman gətiriləcək kimsə yox, ancaq Allah var demək istənir. Ancaq Mayklın cənazəsinə yapılanlar rəhmətliyi bir büt, bir tabu halına gətirmək və ona tapınmaqdan başqa bir şey deyil. Bizim diyanət başkanlığımız, Vatikan papalığı, yəhudilərin ən böyük sinaqoq sorumlusu baş ravvin bu konuda açıqlama yapmalı deyilmidir? Məncə eləməlidir. Neçə gün oldu bu cənazə hələ basdırılmadı. Yazıqdı, ayıbdı, günahdı.
"Sən də yazacaq bir mövzu bulamadınmı, kardeşim?!"- deyə bilərlər. Yaxşı düşünsək bu konular çox ciddi konulardı. Rəhmətlik Möhsün Yazıçıoğlunun nəşi televizorlarda və qəzetələrdə böyləsinə önəmsinərək ciddiyyətlə, şövqlə, eşqlə, diqqətlə işləndimi, ey Türk milləti? Allah eşqinə, əlinizi vicdanınıza qoyunuz, sonra daha bitmədi. Nə bitmədi? Bu cür fanatiklərin bizə nələrə başa gəldiyini anlatmam daha bitmədi. İzləmişsinizdir. Birisi 15-16, digəri də 17-18 yaşlarında iki qızcığaz. Elit ailədən-filan da deyillər. Düzgün anaları, doğru-dürüst ataları var. EMOçu olmuşlar. EMO-nun nə olduğunu da bu vəsilə ilə 51 yaşımda öyrənmiş oldum. Yəni bizim zamanımızda xippilər vardı, bunlar da o zamanın xippilərinin yeni versiyası. Macəra üçün İstanbulda evlərindən qaçıblar və İzmirdə İnternet mesajlarından tanış olduqları, özləri kimi iki avara oğlanla macəra arayışlarına giriblər, sonra da İzmir polisi onları tutub ailələrinə təslim edib. Amma İzmir polisindən əvvəl uyuşdurucu, qadın, fahişə mafiyasının da əllərinə keçə bilərdilər. Verilmiş sədəqələri varmış, anaları-ataları qızları üçün çox dualar edibmiş. Amma televizyonçumuz qızlara elə gic-gic suallar verir ki, qızlar elə bil zəfər qazanmış kimi, EMOçuların lideri kimi ərköyün bir havada, saçma-sapan tövrlərlə saçma-sapan cavablar verirlər. Yüz minlərlə avara qız və oğlan da bu hadisəni böyük bir cazibə ilə izləyiblər. Mütləq belə olur. İlətişim fakültələrində, xalqla ilişkili fakültələrində bunları öyrətməzlərmi? Xəbər yapacağım deyə toplumun anasını, arvadını ağlatmağın bir aləmi varmıdır? Qızları televizyona çıxarmağa gərək varmıdır? EMO olayını beləcə çox ilginc, həyəcanverici, gəncliyin vaz keçilməzi kimi işləməyə nə gərək vardır? Diyanət, Papalıq nə iş yapar? Bu konuda gərəkən xəbərdarlıq, televizyon kanallarına niyə yapılmır? Mayklın cənazəsi hələ neçə gündü gömülmədi və ölü bədəni bir büt, ilah halına gətirilib sityaiş ediləcək bir hava, bir atmosfer yaradılmaya çalışılırkən Diyanət, Papalıq, Ravvinlik, Şamanlıq, Buddalıq haralardadı?
La İlahə İl Allah!
Mən artıq televizyonların dəccal, internetin də Dəbbətül Ərz və televizyonçuların və qəzetəçilərin də Yəcuc, Məcuc olduqlarından zərrə qədər şübhə eləmirəm. Daşlar mənim ağlımda və məntiqimdə yerinə oturmağa başladı. Bu çağdan, bu aləmdən mən artıq həqiqətən qopmağa başladım.
Yaxınlarıma və cümlə aləmə vəsiyyətimdir. Hansı şəhərdə, qəsəbədə, kənddə ölərsəm, bax, orda basdırın məni. ölü bədənimi ruhumun kullanmaqdan vaz keçib tərk etdiyi əski, xurda bədənimi nəinki məmləkətimə, nəinki iqamət etdiyim məkana nəql etmək kimi zəhmətlər vermək-filan da istəməm kimsəyə. 24 saat keçmədən həmən basdırın mən. Otopsi-filan da istəməm, morq-filan da istəməm, dənizdə tərk etdimsə bədənimi fırladıb atın dənizin dibinə. Quruda öldüysəm torpağa qoyun. Havada öldüysəm, zatən parçam qalmaz. Yəni bu qədər abartmanın yeri yox. Deyəcəksiniz ki, "sən Mayklmısın ki, belə xəyallara, ssenarilərə, vəsvəsələrə qapdırmışsan özünü? Sən kimsən ki, sənin ölünə 5-10 kişi sahib çıxsın, səni əfəndicə basdırsınlar. Buna şükr et". Təbii ki, doğru sözdü, amma mən də ya cırcırama, ya atmilçəyi, ya da qarışqa da deyiləm əlbəttə. Mənim də bu verimli-verimsiz, enişli-yoxuşlu bir ömrüm oldu bu fani dünyada. Hətta xain terrorçuların cənazə törənlərində belə sayğı, etibar göstərilən bir dövrdəyik. Böyük danışmağa gəlməz. Bu fani dünyada 50-100 nəfər birdən gömülüb kirəc atılması da (mikrob saçmayalım deyə) söz konusu ola bilər. Kiçicik bit qədər bir gənənin dişləməsindən ölənlər belə basdırılır. Bir oturuşda bir donuzu yeyə biləcək iştahda olanlar və ya eyni anda 4-5 donuzla baş edəcək gücdə, qüvvətdə olanlar "donuz qripi"ndən məhv olur, onlar da karantin üsulu belə basdırılırlar. Nə isə, bir adam ölür və günlərlə onu basdırmırlar və biz də ölməkdən, basdırılmaqdan danışırıq. Basdırın artıq bu Adam balasını. Allah günahlarını bağışlasın, rəhmətini üzərindən əskik etməsin. Amin!
La İlahə İl Allah!