"Sabah" səfərdə "Turan Tovuz"u məğlub etdi
"Sabah" Misli Premyer Liqasında "Turan Tovuz"u səfərdə məğlub edib.
Adalet.az-ın məlumatına görə, XV turun oyunu Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qonaqların heyətində 31-ci dəqiqədə Coy Lens Mikels hesabı açıb. 68-ci dəqiqədə Velko Simiç fərqi iki topa çatdırıb. 79-cu dəqiqədə Umarali Raxmonaliyev komandasının üçüncü qoluna imza atıb.
Tovuz klubunun heyətində Filip Ozobiç 82-ci dəqiqədə adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 31-ə çatdıran "Sabah" hələlik birinci pillədə qərarlaşıb. "Turan Tovuz" 24 xalla beşinci sıradadır.
Günün ilk görüşündə "Zirə" səfərdə "Şamaxı"ya uduzub - 1:2.
Qeyd edək ki, tura dekabrın 15-də yekun vurulacaq.
Digər Xəbərlər
02 Mart 2026 19:16
"Qalatasaray"ın 8 futbolçusu kubok matçında oynamayacaq
02 Mart 2026 16:43
Bəhlul Mustafazadə əməliyyat olundu
02 Mart 2026 15:33
"Hər klubun 3 haqqı var" - AFFA-dan "Neftçi"nin iddialarına cavab
02 Mart 2026 13:39
«QARABAĞ»IN BAŞI ÜZƏRİNDƏ BİR KABUS DOLAŞMAQDADIR
02 Mart 2026 11:59
"Əgər öz peşəmi sevmirəmsə və hörmət etmirəmsə..." - Qurban Qurbanov
02 Mart 2026 09:40
"Bizi tək qoymayın" - "Traktor" Azərbaycandan yardım istədi
02 Mart 2026 09:30
"Roma" - "Yuventus" matçında 6 qol vuruldu - VİDEO
01 Mart 2026 22:26


Bakı -°C

