adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

KAYIP CƏNAZƏLƏRiMiZ VAR

VƏDAT KUŞAKLI
17525 | 2009-07-18 02:56
Srebrenitsa soyqırımı üzərindən 14 il keçdi. Uluslararası utanç və üz qarası abidəsi halına gəlmiş Müsəlman məzarlığında 3000-dən çox günahsız insan gömülüydü. Bu günlərdə 500 nəfərdən daha çox müsəlman cənazəsini tapdılar və basdırdılar. Və hələ də kayıb cənazələr var. Bağrıları yanıq atalar, gözləri yaşlı analar, psixoloji dəngəsi pozulmuş eşlər və yavrular yaxınlarının hələ də aqibəti bilinməyən cənazəlini aramaqda davam edirlər.
   
   14 il keçdi aradan. Bu qətliamları, vəhşətləri, zülmləri yapan irqçi serblər və buna müsaidə edən Birləşmiş Millətlərin Sülhməramlı Qüvvələrinin əsgərləri əllərini, qollarını sallayaraq, hırıldayaraq, yeyərək-içərək, gəyirərək bu dünyada utanmadan və arsızca yaşamağa davam edirlər. Qətl edilənlərin suçları müsəlman olmaq, türk olmaqdı. Allahdan qorxan boşnak, xorvat, alban, türk olmaları idi. İnanclı və İslama könül vermiş makedon olmaları idi. Başqa bir suçları, xətaları yoxdu. Qoyun kəsən kimi kəsdilər onları. 7-10 yaşlarındakı qızlarımıza təcavüz etdilər. Cocuqları məktəblərindən tüfəngin qundaqları ilə arxalarına vuraraq çıxartdılar, əllərindəki qələmlərini qırdılar, dəftər-kitablarını yırtdılar, sonra öldürdülər onları. Birləşmiş Millətlərin Sülhməramlı Qüvvələrinə əmanət edilmiş, canları öncə Allaha, sonra o kürəsəl sülh əsgərlərinə təslim və əmanət edilmiş silahsız və sevgidən, barışdan başqa arayışları olmayan kimsələrdi.
   
   Xocalıda, Qarabağda, Azərbaycanda eyni hadisələr yaşandı. Türklərin, azəri türklərinin əlli-qolları kəsildi, təndirlərdə yandırıldı, gənc anaların döşləri kəsildi, kəsilmiş döşlərlə top oynandı, gənc erkəklər divarlarda çarmıxa çəkildi və onların qadınlarına, 7-10 yaşlarındakı qızlarına gözləri önündə təcavüz edildi. Bunları yapanlar da irqçi ermənilərdi.
   
   Bu gün də irqçi çinlilər Urumçidə müsəlman-uyğur türklərinə eyni qətliamları və soyqırımları uyğulayırlar. 60 ildi Çin işğalında, istilasında bulunan Doğu Türküstan zülm, vəhşət, qan və göz yaşı altında inləyir. Burada türkləri qətl edənlər də irqçi çinlilərdi.
   
   Məzlumlar, əzilənlər, vəhşətə və soyqırıma uğrayanlar tarix boyunca hər zaman eyni oldu. Müsəlmanlar, özəlliklə də türklər. Zalımlar isə bəzən irqçi serblərdi, bəzən irqçi ermənilərdi, bəzən irqçi ruslar, bəzən də irqçi çinlilər oldu. Bir ölkədəki milliyyətçilik sərhəddi ilə irqçilik sərhəddi bilməyən bəzi qrupların ram edilməsi zor deyil. Nəzarətə alına bilərlər, etkisiz hala gətirilə bilərlər. Amma bu soyqırmın, zülmün, vəhşətin, etnik qətliamların dövlət əli ilə, dövlətin siyasəti gərəyi yapılması, dövlətin əsgərinə və polisinə yapdırılması, dövlətin istihbarat qaynaqlarının bu işə alət edilməsi bir insanlıq suçudur. Birləşmiş Millətlərin və Sülhməramlıların o ölkənin irqçiləri ilə işbirliyi yapması isə ağıla, məntiqə sığan bir olay deyildir. Bunlar təəssüf ki, hər zaman yaşandı, dünyanın göz önündə yaşandı və hələ də yaşanmaqda davam edir. Bütün uyğur türkləri Çin hökuməti tərəfindən kürəsəl terrorçular olaraq alqılanır və dünyaya da elə təqdim olunur.
   
   Srebrenitsa qətliamı, soyqırımı, vəhşəti və zülmləri üzərindən 14 il keçdi. Amma Allahın qulları insanlıq yolunda 14 millimetr irəli getmədi.
   
   Bu necə dünyadı? Güclü olan nə desə o olacaqg Haqlı olan da, ədalətli olan da güclü olanın özü olacaq. Amma güclü olanın doğru, yanlış, pis, yaxşı olması heç bir fərq etməyəcək. Və dünya bütün bu yanlışlıqları, çirkinlikləri "mənə toxunmayan ilan min yaşasın! Atəş düşdüyü yeri yandırar, buralar sərin və kölgə, səsimizi çıxarmayaq, kefimizdə-damağımızda olaq!.." deyərək və ya içindən belə keçirərək seyr edəcək, hətta seyr etməyə belə kefi pozulmasın deyərək boş verəcək, arxasını döndərəcək, başqa tərəflərə baxacaq...
   
   Bu arada Fələstinə mənəvi dəstək vermək üçün Davosda İsrailin dövlət liderinə "one minut!" deyərək həddini bildirən başbakan Ərdoğan hamımızı duyğulandırdı və coşdurdu. Amma Fələstin lideri Abbas əfəndi bunun şükranını Cənubi Kipr Rum Yönətimini rəsmi ziyarətdə bulunaraq və onlara "siyasətinizi dəstəkləyirik" mesajını verərək göstərmiş oldu. Əslində fərq etməz. Çünki türk başbakanı Ərdoğan Davosdakı bu çıxışını Abbas əfəndi üçün yapmamışdı, əzilən fələstin xalqı üçün yapmışdı. Əgər indi fələstin xalqı adamsa və Birinci Dünya Savaşındakı kimi ingilislərlə bir olub bizi arxadan xəncərləmə, güllələmə dönəmlərindən bir utanc duyurlarsa və Abbasın bu tarixi utancverici olaylarına duz-bibər qatdığını düşünürlərsə küçələrə tökülüb Abbas əfəndiyə həddini bildirmələri gərəkir və onu liderlikdən rədd etmələri gərəkir.
   
   Bax ərəb müsəlman ilə türk müsəlman arasında fərq budu, əfəndilər. Türk Müsəlman və ya Türk Xristian və ya Türk Yəhudi, ya da Türk Şaman nankor deyildir, arxadan adam vurmaz. Mərhəmət və şəfqət duyğuları yüksək həddə çatıb. Sevgi, könül adamıdır. Mənəviyyatı qüvvətlidir, kimsəni satmaz. O üzdən bir daha söyləyirəm, təkrar ifadə edirəm, hər an ifadə edirəm; Srebrenitsada, Xocalıda, Şimali Kiprdə yaşanan və türklərə uyğulanan soyqırımların, vəhşətlərin, qətliamların, zülmlərin təkrarlanmaması üçün dünyanın bütün türklərinin əl-ələ, könül-könülə verməsi gərəkməkdədir. Başqa çarəmiz yoxdu. Türkün türkdən başqa dostu yoxdu. Yer üzündə milliyyətçilik ilə irqçilik arasındakı incə cizgini aşmamış olan tək millət Türk millətidi. Öz millətini haqlı olaraq sevməsinə, onun üzərinə titrəməsinə və naminə canını verməsinə rəğmən digər millətləri də özgələşdirməyən, onlarla səmimi dostluqlar qura bilən və bu dostluqları su istimal eləməyən, sevgi və barışı, hüzür və xeyiri daim ön planda tütan tək millət Türk millətidi. Tarix buna şahiddi. Srebrenitsa, Xocalı, Urumçi buna şahiddi. Kipr buna şahiddi. Daha minlərcə türk şəhəri, türk yurdu buna şahiddi. Kiprdə, Azərbaycanda, Makedoniyada, Doğu Türküstanda hələ bulunmamış kayıb cənazələrimiz, şəhid bədənlərimiz var. Hələ onları bulmadan yanlarına başqa qardaşlarımız gedirlər, öldürülürlər. Heç bir səbəbsiz qətl edilirlər. Həm də dünyanın gözləri önündə...

TƏQVİM / ARXİV