adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Kasıb uşağın arzuları

RÜFƏT SOLTAN
32949 | 2016-10-14 19:55

Nədir, nə baxırsınız?! Mənim ki, həm yaşıdlarım qədərarzularım yoxdur, onlar kimi nə polis, nə həkim, nə də məmur olmaq istəyirəm.Atam deyirdi ki, oğlum, oxu ancaq bu vəzifələrdən heç birində olmağa çalışma.Sonra atam rəhmətə getdi, qaldım anamla mən. Bir gün anama yaxınlaşıb dedim ki,mən oxumaq istəyirəm. O isə ağzımın üstündən vurdu və sonra evdəki qalanbir-iki kitabı da çırıb zibilliyə tulladı. Onlar mənə məktəbdən verilən dərslikləridi. Nəysə, rəhbərliklə davamız yenicə qurtarıb…

Hə, gördüyünüz kimi mən oxumadım, çünki anam demişdiki, onsuz da evin tək uşağıyam, oxumağımı gözləsək acından ölərik. Elə isə mənibir ustanın yanına şəyird verdi. Artıq oxumaqdan da əlimi üzmüşdüm. Ustanınsexinə gələndə, ilk gözümə dəyən kitab rəfi oldu. Düzü bir az təəccüblənmişdim:taxta sexində kitab rəfi… Maraqlıdır, ancaq anam məni buna görə geriqaytarmadı. Bizə dolanışıq üçün təcili pul lazım idi. Bir-iki qohum-əqrabamızvardı, onlar da qohum yox, qorxuma çevrilmişdilər. Dil-ağız eləməyə nə yadanam, nə də mənim gücüm yetirdi. İndi ana-bala təkcə yaşayırıq. Şəkildə balaca,cılız görsənməyimə baxmayın, yaşım böyükdür, artıq beşinci sinfə getməliyəm.Valideynlərimin boyu siz deyən balaca deyil, anam deyir ki, vitaminçatışmazlığından belə olub. Amma məni bu cürə görüb bacarıqsız bilməyinha.. Həryetənə gücüm də çatır, ağlım da. Çörəyimi də özün qazanıram. Atam öldükdənsonra onu heç zaman anlamayacağım bir vəsiyyət qoydu mənə: dedi ki, anamı işləməyəimkan verməyim. İndi anlayıram, yazıq anam, xəstədir. Məni dünyaya gətirəndənbir neçə ay sonra qəza nəticəsində dərin yara alıb və onu əməliyyat ediblər.Hətta darmacalın ortasında atamın onun üçün paltaryuyan maşını niyə aldığını daindi başa düşürəm. Əlindən gəldiyi qədər xanımını əziyyətə salmazdı. Çünki onuçox sevirdi. Elə isə mənim öhdəliyim böyükdür. Evin kişisi də özüməm… Bəlkəoxuya bilməyəcəm amma ailəmi təmin etməyi və unun üçün fiziki cəhətdənbacarıqlı bir işçi olduğumu bilirəm. Ustamın ən yaxşı şəyirdiyəm. O kitaboxumağı çox sevir, hərdən asudə vaxtımızı hər ikimiz birlikdə kitab oxumaqlakeçiririk. Bəzi kitablara qadağa qoysa da, psixologiyamın götürə biləcəyiağırlıqda kitabların çoxunu artıq vərəqləyib bitirmişəm. Qaraladığım kitablarıisə hərdən usta olmayanda oxuyuram(aramızda qalsın).

Əyin başımı deyirsiniz?!.. Yox bu iş paltarımdı, mənsəliqəli insanam, rəssamlıq bacarığım da buna sübutdur. Hərçənd böyüyəndəyazıçı olmaq istəyirəm. Bir dəfə dəzgahxananın yerləşdiyi küçədə oynayanuşaqları gördüm, orada bir qızdan xoşum gəlirdi. Hətta bir dəfəsində taxtalövhəyə onun adını yazıb hədiyyə eləmişdim. Usta bundan xəbər tutanda üzüməgülümsədi və dedi: Mən sənin yaşında olanda daha yaxşısını düzəltmişdim.

Gördüyüynüz kimi, ətrafım elə də geniş deyil: Ailədəanam, kənarda isə usta, sənət və kitablar…



TƏQVİM / ARXİV