adalet.az header logo
  • Bakı -°C

İsrail ordusu: İrana zərbələrdə 5 mindən çox döyüş sursatından istifadə edilib

76 | 2026-03-04 20:55
A- A+

İsrail Hərbi Hava Qüvvələri (HHQ) İrandakı obyektlərə zərbələr zamanı 5 mindən çox döyüş sursatından istifadə edib.

Adalet.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

"İsrail HHQ əməliyyat başlayandan bəri (28 fevraldan - red.) İrandakı obyektlərə 5 000-dən çox döyüş sursatı ilə zərbə endirib", - məlumatda bildirilib.

Bəyanatda, həmçinin qeyd olunub ki, İsrail HHQ İran ərazisində, xüsusilə Tehranda İsrail ordusunun hava üstünlüyünü genişləndirməyə davam edir.

TƏQVİM / ARXİV