adalet.az header logo
  • Bakı -°C
04 Mart 2026 19:56
86
GÜNDƏM
A- A+

Azərbaycan və Britaniya süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan ilə Böyük Britaniya süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Müzakirələr Londonda R.Nəbiyev ilə Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü Lord Con Alderdays arasında görüşdə aparılıb.

Nazirin sözlərinə görə, görüş zamanı Azərbaycan və Birləşmiş Krallıq arasında Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində süni intellekt, kibertəhlükəsizlik və texnologiya istiqamətlərində əməkdaşlığın perspektivləri müzakirə edilib:

"Eyni zamanda fiziki və rəqəmsal bağlantıların genişləndirilməsi, süni intellekt əsaslı data mərkəzlərinə sərmayə imkanları, rəqabətədavamlı enerji resursları, nəqliyyat infrastrukturunun inkişafı, Böyük Britaniya universitetləri ilə birgə kadr hazırlığı proqramlarının həyata keçirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb".