adalet.az header logo
  • Bakı -°C
04 Mart 2026 21:00
67
İDMAN
A- A+

"Bavariya" və Laymer arasında danışıqlar dayandırıldı

"Bavariya"nın müdafiəçisi Konrad Laymer ilə klub rəhbərliyi arasındakı müqavilə danışıqlarında fasilə yaranıb.

Adalet.az xəbər verir ki, "Sky" nəşrinin yaydığı məlumata görə, tərəflər maliyyə şərtlərində ortaq məxrəcə gələ bilmədikləri üçün danışıqlar dayandırılıb.

Avstriyalı futbolçu hazırkı 10 milyon avroluq illik məvacibinin vergilər daxil olmaqla 15 milyon avroya qədər artırılmasını tələb edib. Münhen klubunun rəhbərliyi isə hələlik bu şərtlərlə razılaşmağa hazır olmadığını bildirib.

Qeyd edək ki, 28 yaşlı Konrad Laymer "Bavariya" forması ilə çıxdığı 119 matçda 6 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.