adalet.az header logo
  • Bakı -°C

İNGİLİSLƏR «QARABAĞ»I ALQIŞLADILAR - Aqil ABBAS yazır

AQİL ABBAS
324 | 2026-02-25 13:03
A- A+

«Qarabağ»ın «Nyukasl»la səfər oyunu çox möhtəşəm keçdi. Uduzsaq da Qurbanovun ayğır atları sonadək ingilislərə master klass göstərdi.

Qəm eləməyə dəyməz. Uduza-uduza böyüyürük. Bir gürcü filmi var, təəssüf ki, adı yadımda deyil. İki nəfər bir qzı sevir,  biri pəhləvan cüssəlidi, o biri isə mənim kimi cılız. Pəhləvan cüssəli mənim kimi cılızı harda tutursa döyür. Axırda cılız o qədər məşq edir ki, pəhləvan cüssəlini eşşək sudan gəlincə döyür. Pəhləvan cüssəli qaçıb canını qurtarmaq istəyir.

İndi «Qarabağ» da gün gələcək dəyəri milyard dollarlıq olan  klubları o gürcü  filmindəki  mənim kimi cılız oğlan kimi çırpacaq.

Və «Nyukasl»la oyunda 3:2 məğlub olsa da  Avropaya, eləcə də dünyaya  göstərdi ki, Azərbaycanda da futbol var və «Qarabağ» kimi bir komanda var.

Uğurlar, «Qarabağ»!

 

 

  • Yanvar:
  • 30

TƏQVİM / ARXİV