İsmayıllıda maşın körpüdən aşıb yandı - Yaralılar var+ VİDEO

71 | 2025-08-11 08:26

İsmayıllı rayonu, Qalacıq kəndində yol-nəqliyyat hadisəsi baş verib. 

Adalet.az “Unikal”a istinadən xəbər verir ki, avtomobil kənd ərazisindən keçən körpüdən aşıb daha sonra alışıb. 

Hadisə zamanı avtomobildə olan 3 nəfər - Bakı şəhər sakinləri; Səmra Həsənli, Gülsüm Həsənova və Rüfət Həsənov xəsarətlər alıb.

Əraziyə polis və FHN əməkdaşları cəlb olunub, yanğın söndürülüb.

TƏQVİM / ARXİV