adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Həyatımızı tənzimləyən gerçəklər

ELŞAD HACIZADƏ
27047 | 2012-12-14 23:27
İnsanlar üçün yalnız maraqlarmövcud olanda gücsüzləşirlər və özəsirinə çevrilirlər. Onlar üçün fiziki təlabat məqsədə çevrilir.Duyğuları bədənlərini hara istəsə dartır. Onların mədəsi yemək istəsə, o acdır.Sağlamlığında pozuntu olsa, xəstədir.Hesab etsə ki, bacarmır- ruh düşkünlüyünə qapılır. Bütün bunlar baş-beyinmərkəzində formalaşan ictimai çıxışlardır. İctimai davranışlar da buradan idarəolunur. İctimai münasibətlərdə normalar da burda tirajlanır, dəyərlər də burdaçeşidlənir. Məntiq də bunu təsdiqləyir ki, bütün bunlar insanın əxlaqifəaliyyətlərini istiqamətləndirir. Ancaq insan fəaliyyətləri heyvanlarda gördüyümüz davranış vəhərəkətlərdən çox fərqlidir. Heyvan davranışları və hərəkətləri təbii meyllərə,instinktlərə söykənir. Məsələn, quşların yuva tikməsi, müəyyən vaxtlarda uçubgetməsi, ov tutması, çoxalması kimi davranış və hərəkətlər, instinktlərləmüəyyən edilən, dəyişməyən, məcburi, mexaniki hərəkətlərdir. İnsanlar dainstinktlərinə bağlı olur. Ammaəxlaq bunu tənzimləyir. Peyğəmbərdənsoruşublar ki, Allah dərgahında ən sevimli qullar kimlərdir? O isə cavab verir:

- Əxlaqı gözəl olanlar!!!

Əxlaq məsələsi ətrafında həmişə müxtəlif fikirlər irəli sürülüb. Birsıra suallar yaranıb. Biz nə etməliyik? Biz necə yaşamalıyıq? Bu dünyanınmənası varmı və burada yaşamağa dəyərmi?

Əxlaqla tənzimlənən qaydalar

Əxlaq - ictimai münasibətlərdə insanlarıbir-birindən fərqləndirən başlıca əlamətdir. Həzrət Əli (ə) buyurur ki,insanların fərqli olması onların xeyrinədır. Əgər onlar bərabər, eyniolsaydılar, həlak olardılar. Bu fərqi yaradan və stimullaşdıran isəxarakterdir. Sosial təcrübələr əsasında yetişirik. Nəsillərin ideya vəbaxışları da burda öz rolunu oynayır. Zamanla ictimai faktor kimi formalaşırıq.Yəni tərbiyə olunuruq. Bu prosesdə sosial həyatın təsirləri, tərbiyə, təhsil vətəlim insanı ictimai münasibətlərin tərəfdaşına çevirir. Bu tərəfdaşlığınçərçivəsi insanın daxili aləmi ilə bağlıdır. Yaşlı insan həyatda topladığıtəcrübəni gənc nəslə öyrətməyə həvəslidir, çünki o, artıq bir müdrik kimihəyatını yaşayır. Gənc fərdlərin təlim-tərbiyə prosesində öyrəndiyi hələ azdır,onların müdrik və yaşlı insanın nəsihətinə hər zaman ehtiyacları var. Elə bunagörə yaşlı nəslin müdrik insanları gənclərin həyatına kliniki müdaxilə etməli,yaddaşlarına hopan təcrübəni gənc nəslə ötürməlidir.

İnsan yaradılışından bir sıra xarakterik xüsusiyyətlər daşıyır. Bədəninforması, ağılın dərəcəsi, sənətə münasibəti insanın doğuşdan gələnxüsusiyyətləri onun formalaşmasına məsul deyil. İnsanın məsul olduğudavranışlarındakı istəklər əxlaqdan doğur. Fəlsəfədə insan yalnız bilən birvarlıq yox, eyni zamanda fəaliyyətdə olan bir varlıq kimi xarakterizə olunur.İnsan fəaliyyətinin məqsədi əxlaq normaları ilə çərçivələnir. Əxlaqifəaliyyətlər, gündəlik həyatda hər gün təkrar etdiyimiz düz olmaq, doğruhərəkət etmək, yalan danışmamaq, insanlara hörmət etmək, başqalarının haqqınıəlindən almamaq, insanlara kömək etmək və bu kimi həyat fəaliyyətlərdir.Fəlsəfədə bu kimi fəaliyyətlərdə olan insanlar isə əxlaqlı, namuslu, ləyaqətliinsanlar kimi səciyyələnirlər. Məşhur bir yunan filosofu, insan xarakterlərinintəzahürlərindən danışarkən tələbələrinə bildirir ki, insan sifətində almacıqsümüklərinin forması onun təhlükəli oğru xarakterini göstərir. Müəllim onunüzünə diqqətlə baxan bir tələbənin baxışlarını görür və bunun səbəbini soruşur.Tələbə deyir, danışdığınız insan tipinə siz daha çox bənzəyirsiniz. Sizdə oğru xarakterivar. Filosof özünü itirmədən cavab verir ki, bəli, doğrudur. Məndə oğurluqimpulsu var, amma mən əxlaqımla özümü qoruyuram. Çünki oğurluq əxlaqsızlığınbaşqa bir bir formasıdır. Bu hekayətdən göründüyü kimi insan varlığında olannormalar onun əxlaq qaydaları ilə tənzimlənir. Təsadüfi deyil ki, özündənəvvəlki bir çox sələfləri kimi, Marks Vebercəmiyyətin tarixinin başa düşülməsində dinə böyük əhəmiyyət verir.Məsələn, onun fikrincə kapitalizmin Qərb modelinin təzahüründə din(protestantizm) mühüm rol oynayıb. O hesab edir ki, ictimai münasibətlərindərinləşməsində dinin imkanlarından yararlanmaqla cəmiyyəti idarə etmək olar.Ancaq bu dünyəvilik prinsiplərinə əsaslanmalıdır. Real olaraq, M.Veber dünyaduyumu ilə (mövqe, fərdilik, təşəbbüskarlıq) iqtisadi fəaliyyət arasında ümumicəhətləri önə çəkir. İqtisadişəraitdə əxlaq sisteminin təzahürünüqeyd etməsinə baxmayaraq, M.Veber heç bir halda onlardan bu və ya digərinin rolvə əhəmiyyətini mütləqləşdirmir. Əxlaq insanların bir-birinə, dövlətə və cəmiyyətəolan münasibətlərini nizama salır, ictimai həyatın bütün sahələrində insanlarınhərəkətlərini tənzimləyir. Kant isə yazır ki, Tanrının nə olmasını, nə dəolmamasını, dünyanın başlanğıcını, ya sonsuzluğunu elmi yolla düşünə bilmərik.Çünki onları görüb-eşidə bilmərik, yəni onlar təcrübəmizin içinə girə bilmir,təcrübəmizin hədəfi olmur. Halbuki əsl elm duyulası, görüləsi şeylər dünyasındaiş görə bilir. Yanılan kimi təcrübəyə baxıb, özünü düzəldir. Ona görə də yalnıztəcrübəni elmi yolla düşünmək olar. Yalnız təcrübə ilə bağlı hamıya sübutolunan, deməli, hamının doğru kimi qəbul edəcəyi biliyi qazanmaq olar.

Təsdiqini tapan həqiqətlər

İnsanlıq tarixində və dünya realtisində əxlaq normaları hər yerdə,müxtəlif şəraitlərdə təzahür edərək universal, bəşəri xarakter daşıyır. Onlarhəm cəmiyyətin, həm də ayrı-ayrı şəxslərin rəyinə əsaslanır. Əxlaq normalarıkifayət qədərdir, ətrafdakılarla nəzakətli rəftar tələb edən sadə normalardantutmuş, "öldürmə!", "oğurluq etmə!", "böyüklərə hörmətet!", "yalan danışma!" kimi mürəkkəb, insanın həyat prinsipinəçevrilən normalaradək. Lakin əxlaqı normalar məcmusu kimi təsəvvür etmək oqədər də düz deyil. Çünki, əvvəla, bu normaların özləri əsaslandırılmalıdır,məsələn, "nəyə görə oğurluq etmək olmaz?", "öldürmək olmaz?";ikincisi, konkret situasiyalarda bu normalar bir-birini inkar edir. Məsələn,bir cinayətkar qadının ardınca qaçır və yoldakılardan onun hansı tərəfəgetdiyini soruşur, məgər bu zaman adamlar cinayətkara sözün düzünümüdeməlidirlər? Və yaxud həkim öz xəstəsinə həmişəmi diaqnozu olduğu kimideməlidir? Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, yaranmış situasiyalarrəngarəngdir. İlk növbədə, ictimai maraqlara köklənən dəyərlərə bağlıolduğundan bəziləri nəyisə göstərməyə və sübut etməyə çalışır. Bu, özünütəsdiqdir.Digərləri isə bütün bunlara həvəssiz yanaşır. Çünki içində bir şübhə var. Buhəyati aksiom cəmiyyətdəki fərdlərin hərəkət prosesidir. Bu prosesdə daxili gücinsanın qərarlarında seçimlər aparmaqla həqiqəti axtarır. Hər kəsin başı özhəqiqətini axtarmağa qarışıb. Hegel ruh fəlsəfəsində qeyd edir ki, gerçəkliyinözü və gerçəklikdə baş verən proseslər dünyagörüşdə bir sıra qarşıdurmalarmeydana gətirir. Bu baxımdan fəlsəfə tarixində son böyük sistem qurucularındanbiri olan Hegelin yaratdığı dialektik metod hər zaman maraq doğurur. Hegelinnəzərindən belə fikir ortaya çıxır ki, insan əxlaqları arasındakı fərqlərsavadlanma nəticəsində ortadan qalxdığı halda xarakterlər arasında olan fərqlərdəyişməz qalır. Fərdlər arasında olan psixoloji fərqlərin əsasını da eləxarakterdəki dəyişikliklər təşkil edir. Xarakter insanın mahiyyətini, onunümumi məzmununu təşkil edir, xaraktersiz insan nə bir fərd kimi mövcud olur, nədə bir şəxsiyyət kimi formalaşa bilir. Tarixdə qeyri-ardıcıllığı ilə tanınanalman burjuaziyasının mühafizəkar qüvvələri ilə barışığa getmək meyllərindəndoğan mürtəce ideyalar Hegel fəlsəfəsinin xarakterik xüsusiyyətləri idi. O,bütün mövcudatın ilkin mənbəyi, ilkin səbəbi kimi "mütləq ideya"nıqəbul edir və bu fikri sübut etməyə çalışırdı. İnsandan asılı olmayan vəinsandan kənarda mövcud olan, bütün təbiət və cəmiyyət hadisələrini yaradan vəmüəyyənləşdirən əxlaqı mütləq ideyada birləşdirirdi.

Hər yerə sirayət edən sosial gerçəklər cəmiyyəti dəyişir. Münasibətlərdəolan hərc-mərclik kütləvi mənəviistehlak mədəniyyəti formalaşdırmaqa başlayıb. Yeni ünsiyyət və davranışformaları meydana çıxıb ki, bu stereotiplər insanların şüuruna köçür. Nəticədətəbii ənənələr öz dövrünü başa vurub. Məntiqi təfəkkür insanın nə haqdadüşündüyünü və insan ağlının predmetinin nədən ibarət olması məsələsinimüəyyənləşdirməyə başlayıb. İnsanla istəklər arasında yaxınlıq vahid bucaqaltında birləşib. Bu birləşmədə mərkəzi rolinsanın daxili gücü, onun potensial imkanları ilə bağlıdır. Deməli, beləçıxır ki, istəkləri reallığa çevirmək üçün daxili enerji qaz pedalı rolundaçıxış edir. Əgər insanın mərkəzi beyin laboratoriyasından gələn hər bir əmrəbədən itaət edir. Samurayların ictimai fikir tarixində bununla bağlı maraqlıfikirləri var. Onlar hesab edir ki, istəklər var və onu reallaşdırmaq üçündaxili güc buna səfərbər edilməlidir. Qəti olaraq, hədəfə doğru 1000 yol var.Onun biri mütləq arzuları realaşdıracaq. İlk öncə özünüzdən soruşun mən nəistəyirəm? Bu istəklərim mənə nə verəcək? Nəticəni görün. Fikrən reallığayaxınlaşın. Hadisələri tələsdirmədən yola çıxın...g

Adi adam səbəbini anlamadığı hadisələrin arasına düşəndə başını itirir,vahiməyə düşür. Ancaq bu bilinməzliklərə başqa cür baxmaq da olar. Belə baxmanıən çox dünyaya vurğunluqla tamaşa edənadamın əxlaqla tənzimlənən davranışlarında görmək olar. Bu zaman insan hansısahadisəni idarə edən qanunu bilmir, ancaq ona tamaşa edəndə bundan üzülmür,çünki belə bir inamı var: onları idarə edən, yönəldən nəsə qanunlar var. Oqanunun bir adı Əxlaqdır.

PS. İnsanlar uşaqlıq dövründə ilk çığırtı ilə ətraf aləmə öz tələblərinibəyan edirlər. İlk səsə məsuliyyətli bir şəkildə cavabveririk. Onun mənəvi və maddi tələbatlarını ödəməli olduğumuzu dərk edirik.Dərk etmək üçünsə, əxlaq...

Elşad HACIZADƏ

[email protected]

TƏQVİM / ARXİV