adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

HƏKiMLƏR

VƏDAT KUŞAKLI
12735 | 2009-07-25 08:17
Həkimlər, təbiblər... bu dünyanın vazkeçilməz insanlarıdır. Hər zaman öncə sağlıq deyirik... Həkimlər, təbiblər sağlıq üçün çox önəmli görəvlər üstlənmiş həyat dəstəkçiləridi. Yaşam enerji mərkəzləridir.
   
   Həkimlər ixtisaslarında, bölümlərində, işlədikləri tibb sahələrində çox bacarıqlı ola bilərlər. Amma bu yetməz. İnsan ilişkilərində, xalqla ilişkilərdə, psixologiyada, sosiologiyada toplam keyfiyyət yönətimində çox, amma çox bacarıqlı, bilgili, yetənəkli olmaları gərəkməkdədi.
   
   Xəstə ilə əlaqə yaratmaq, xəstəni inandırmaq, ona mənəvi dəstək vermək işi sadəcə psixiatriya mütəxəssislərinə, ruh sağlığı həkimlərinə, psixoloqlara buraxılmamalıdır.
   
   Xəstənin analizləri, resepti, tomoqrafiyası baqqalın saqqız, kibrit verdiyi kimi yapılmaz, yazılmaz.
   
   Xəstə ilə onu inandıracaq, ona mənəvi dəstək və ümid verəcək əlaqə, dialoq şərtdi. Həkim, təbib bunu yerinə yetirməkdə mükəlləfdi. Bunu bacarmayan təbiblər əksikdi, zəifdi, yetənəksizdi.
   
   Topluma, dövlətə, hökumətə düşən də həkimləri, təbibləri hər hansı bir məmur, əsnaf, işçi kimi görməməkdir. Həkimlərin, təbiblərin ən kiçik bir maddi sorunu olmamalıdır. Onlara başbakanın, cumhurbaşkanının aldığı maaşlardan daha artığı verilməlidir. Onlara bu məqamlarda duyulan sayğıdan daha artığı duyulmalıdır. Yazdıqlarım bütün sağlıq personalı (həmşirə, sağlıq məmuru, laborant) üçün də keçərlidi. Onlar da təbiblərin yardımçı dəstək qollarıdı, əlləridi.
   
   Bir də Türk həkimləri, Türk təbibləri artıq Hippokrat andını içməyi unutmalıdırlar. Hippokrat kimdi? Bundan belə loğman-həkim İbn Sina andları içilməlidir.
   
   Türk prokurorları, hakimləri məhkəməyə başlayanda necə and içirlərsə, həkimlər də elə and içməlidirlər. Türk polisləri, Türk əsgərləri necə and içirlərsə xəstəni qorumaq üçün də elə and içmələri lazımdı.
   
   Bu günlərdə həkimlərə, təbiblərə, həmşirələrə, xəstə baxıcılarına çox işim düşdü və gözləmlədiklərimi sizlərlə paylaşmaq istədim. Hansımızın xəstəxanaya yolu, işi düşmür ki?..
   
   Allah hamımıza öncə sağlıq, huzur versin. Dilərim!
   
   

TƏQVİM / ARXİV