adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

FİLİPP KİRKOROV VƏ KİLSƏNİN ORTASINDAKI P..! Aqil ABBAS  yazır

AQİL ABBAS
761 | 2024-03-27 15:27

Bu Novruz bayram sevincimizə bir bayram sevinci də qatıldı. Xalqımızın sevimlisi, gözümüzün işığı, əzizimiz, əvvəllər Ağdərədə ermənilərin keçirdiyi eşşək yarışının qalibi olan  eşşəyin qurd dayısı Filipp Kirkorov bayram ərəfəsində ölkəmizə səfər etdi. 

O qədər  sevinmişəm, o qədər  sevinmişəm,  çoxdandı  araq da  içmirdim, sevincimdən bir yüz qram da araq süzüb eşşəyimizin  qurd dayısının şərəfinə vurdum. 

Sonra sevincim suya düşdü. Əvvəl-əvvəl elə bildim ki, Kirkorov gəlib gedəcək Xocalıya və qohum-əqrəbasının  törətdiyi  soyqırıma görə bütün Ermənistanın adından bizdən üzr istəyəcək. Tonqal qalayıb  üstündən hoppanacaq, yumurta döyüşdürəcək, sonra da şəstlə çıxarıb yandırdıqları  evlərin  birinin  pulunu  ödəyəcək və nəhayət, bir dəllək çağırtdırıb sünnət etdirəcək ki, mən erməni olmaq istəmirəm. 
Amma demə, toya  gəlmişmiş. 

Yadınıza düşürsə, bir ara Alla Puqaçova Filipp Kirkorovu almışdı. Bir az işlətdi, sonra gördü ki, zay məhsuldu qaytardı  aldığı  mağazaya. 

Nə isə… 

Görən, İrəvanda bir erməni bizim Sərxan Sərxanı öz toyuna  dəvət etməyə cəsarət edə bilərdimi?!

Bir azərbaycanlı erməni qızını sevir. Qızın atası deyir ki, bir şərtlə razılıq verərəm ki, bizim dinimizi  qəbul edəsən. 

Azərbaycanlı razılaşır və soruşur ki, nə etməliyəm? Ermənilərin müəyyən rituallarından keçir  və sonda deyirlər ki, bir gecə də  kilsədə  yatmalısan.

Oğlan kilsədə yatası olur. Gecənin bir aləmində qarın ağrısı  tutur, baxır  qapı bağlı, tualet də yox, məcbur olub düz  kilsənin  ortasına  oturur.

Səhər ermənilər gəlir, soruşurlar ki, gecə nə gördün, nə oldu?

Azərbaycanlı:

- Gecənin bir aləmində gördüm  divar yarıldı, bizim peyğəmbər girdi içəri, dedi, ə, utanmırsan bir qızdan  ötəri mənim  dinimi atırsan? Bu vaxt başqa bir divar yarıldı, ordan  İsa peyğəmbər çıxdı, o da dedi ki, yaxşı eləyib  mənim  dinimə gəlir, cumdu bizim  peyğəmbərin üstünə. Qurban olduğum Rəsulallah İsa peyğəmbərə  necə bir  yumruq  vurdusa o da  özünü  batırdı. Odur ey  batırdığı da orda.

Və kilsənin  ortasındakı p..u göstərir. 

Ermənilər ədə qoymayın, «tütyədi» deyib  hərəsi bir  barmaq  p..dan götürüb  yeyirlər. 

Filipp  Kirkorov həmin  «tütyə» ilə eyni bir şeydir. 

Və sonda. Təəssüf ki, anekdotu ürəyim  istədiyi kimi yaza bilmədim. 

TƏQVİM / ARXİV