“Sabah”dan azarkeşləri sevindirən açıqlama
“Sabah” Futbol Klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki dörd ev oyunu üçün paket biletlərin satışının 1 oktyabr tarixində başa çatacağını elan edib.
Adalet.az xəbər verir ki, bu barədə klubun yaydığı məlumatda qeyd olunub.
"Paket biletlər azarkeşlərə “Sabah”ın “Slaviya” (Praqa), “Borussiya” (Dortmund), “Barselona” və “Napoli” ilə keçirəcəyi dörd ev oyununu stadionda izləmək və bütün qarşılaşmalarda eyni yeri təmin etmək imkanı verir.
Azarkeşlərimizin göstərdiyi böyük marağa və dəstəyə görə təşəkkür edirik. Paket biletlərin satışı gözləntilərimizi üstələyib və artıq bütün dörd ev oyunu üçün yüksək azarkeş marağının olduğunu göstərib.
Paket biletləri oktyabrın 1-i saat 12:00-dək əldə etmək mümkündür. Bu vaxtdan sonra dörd oyunu əhatə edən paketlərin satışı dayandırılacaq.
Paket satışları başa çatdıqdan sonra klub növbəti mərhələyə - hər oyun üçün fərdi biletlərin satışına keçəcək. Fərdi biletlərin satışının başlanma tarixi və digər məlumatlar klubun rəsmi informasiya resurslarında ayrıca elan ediləcək.
Çempionlar Liqasının bütün dörd ev oyununda eyni yeri təmin etmək istəyən azarkeşlərimizi paket biletlərini qeyd edilən tarixədək əldə etməyə dəvət edirik. Qarşıda bizi dörd böyük Avropa futbol gecəsi gözləyir", - məlumatda qeyd olunub.


Bakı -°C

