Baş prokuror Rusiya Ali Məhkəməsinin sədri ilə görüşdü
Sentyabrın 29-da Moskva şəhərində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə Rusiya Federasiyası Ali Məhkəməsinin sədri İqor Krasnov arasında görüş keçirilib.
Adalet.az xəbər verir ki, görüşdə Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafında dövlət başçıları arasında formalaşmış dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin mühüm rolu qeyd olunub. Ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq və müttəfiqlik qarşılıqlı fəaliyyəti prinsipləri əsasında inkişaf etdiyi, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəminin mövcud olduğu vurğulanıb.
Baş prokuror iki ölkənin prokurorluq orqanları arasında uzun illər ərzində formalaşmış əlaqələrin yüksək səviyyədə olduğunu bildirərək, qarşılıqlı hüquqi yardım, cinayətkarlığa qarşı mübarizə, təcrübə və məlumat mübadiləsi istiqamətlərində səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edib.
Görüş zamanı Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin gələcək inkişaf perspektivləri, institusional əməkdaşlığın daha da möhkəmləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin hüquq təhsili və kadrların peşə hazırlığı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Bu xüsusda əlaqələrin genişləndirilməsi, birgə elmi-praktiki tədbirlərin, təlimlərin və təcrübə mübadiləsinin təşviqi ilə bağlı perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
İqor Krasnov azərbaycanlı həmkarları ilə konstruktiv münasibətlərin, möhkəm, etimada əsaslanan və uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirərək, keçirilən görüşün iki ölkənin müvafiq qurumları arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüş çərçivəsində Baş prokuror Kamran Əliyev tərəfindən İqor Krasnova “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı təqdim edilmişdir.
Digər Xəbərlər
29 Sentyabr 2026 14:27
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
29 Sentyabr 2026 12:33
"U-15 və U-20 dünya çempionatına hazırlıq yüksək səviyyədə aparılır" - İlham Əliyev
29 Sentyabr 2026 12:17
İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - FOTOLAR
29 Sentyabr 2026 10:50
“Azərbaycanın torpağı nədir ki, gürcü keşişi də göz dikib”
29 Sentyabr 2026 10:12
“SEPAH Hörmüzdə gəmilərə hücum etməklə danışıqlar prosesini pozur”
28 Sentyabr 2026 22:45
Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət
28 Sentyabr 2026 18:42
Gədəbəy rayonuna icra başçısı təyin olundu
28 Sentyabr 2026 18:41


Bakı -°C

