"Yaxın gələcəkdə, TRIPP layihəsinin inkişafı ilə paralel olaraq, Ermənistan-Türkiyə sərhədinin, eləcə də Ermənistanla Azərbaycan və Ermənistanla Türkiyə arasında dəmir yolu əlaqələrinin açılmasını gözləyirik".
Adalet.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 6-da İrəvanda keçirilən Ermənistan-Britaniya Biznes Forumunda bildirib.
O, TRIPP layihəsinin həyata keçirilməsi nəticəsində Fars körfəzi ilə Qara dəniz arasında dəmir yolu əlaqəsinin də qurulmasının vacibliyini qeyd edib.
Onun sözlərinə görə, Şimal-Qərb avtomobil yolu layihəsi tam sürətlə həyata keçirilir və dəmir yolu ilə paralel olaraq, eyni istiqamətdə Şərq-Qərb istiqamətində də yolların açılması planlaşdırılır.


Bakı -°C
