Ermənilərin növbəti çevriliş cəhdi - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
484 | 2024-05-28 10:12

Arxiyepiskop üsyanı nəyi dəyişə bilər?

Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası rəsmi start götürdükdən sonra, aprelin ortalarından başlayaraq Ermənistanda kütləvi iğtişaşlar dalğası alovlanmağa bsşladı.  Yerli arxiyepiskop Baqrat Qalstyan deyilən birisi, Eçmiəzdin kilsəsinin dəstəyi ilə, etirazçılar Ermənistandan Gürcüstana gedən yolu bağladılar. Arxiyepiskopun başçılığı ilə "vətən naminə" hərəkatı adı altında Yerevana yürüş başladı. Artıq Yerevana çatan arxiyepiskopun tərfdarları, günlərdi baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Onların qarşısını kəsməyə çalışan polis qüvvələtiylə etrazçılar arasında toqquşmalar da baş verir. Yüzlərlə etirazçının həbs olunması xəbərləri yayılmaqdadır.

"Arxiyepiskop üsyanının" əsas məqsədi, guya ölkənin daxili və xarici kursunu dəyişməkdir. Etirazçılar, əsas iqtisadi tərəfdaşları saydıqları Rusiyanı itirmək istəmirlər. Onlar düşünürlər ki, Ermənistanın KTMT-dən çıxmaq ehtimalı suveren dövlət kimi mövcudluqlarını təhlükə altına sala bilər. 

 Ermənistan hazırda, münaqişədən qaçmaq üçün delimitasiya çərçivəsində daha əvvəl Azərbaycana qaytarmalı olduqları əraziləri rəsmi olaraq qaytarır. Paşinyan gələcəkdə nəqliyyat dəhlizlərinin açılmasına şərait yaradılması üçün kompromisə getmək məcburiyyətindədir. Çünki aydın şəkildə başa düşür ki, nə ABŞ, nə  dı Qərb onlara istədiklərini verə bilməyəcək. Onların diqtəsiylə Rusiya ilə münasibətlərinin soyuması da Paşinyanı çətin vəziyyətə salıb.

Əslində Ermənistanda  baş nazirə qarşı etirazlar ilk dəfə deyil ki, baş qaldırır. Bu dəfəki etirazlarda çətin ki, Paşinyanın istefası ilə nəticəlınsin. Hazırda Qanunvericiliyə görə, parlamentdə baş nazirin impiçmenti üçün səs çoxluğu əldə etmək mümkün deyil. Bunun üçün 107 səsdən ən azı 54-nü qazanmaq lazımdır. Lakin Paşinyanın rəhbərlik etdiyi hakim partiya parlamrntdə yerlərin çoxuna nəzarət edir. 

Bundan başqa, Ermənistan elitası da, hələ ki, gözləmə mövqeyi tuturlar. Elitanı öz tərəfinə çəkmək üçün keşiş Baqrat, Paşinyanın təqdim etdiyi variantdan fərqli, öz variantını təqdim etməlidir ki, ona inansınlar. Lakin adi bir əyalət keşişinin təqdim edə biləcəyi elə bir variantı yoxdur. 

Siyasi elita Paşinyanın əraziləri geri qaytarmasından heç də məmun deyilər. Bununla yanaşı, müxalufətin də, ölkənin gələcək inkişafıyla bağlı alternativ konsepsiyasını görmürlər, Ona görə də kənarda dayanmsğs üstünlük verirlər. Etirazçıların yalnlz narazılardan ibarət başına topladığı bir keşiş liderləri var. Onun da ətrafına toplaşan narazılar sürüsü, Ermənistan əhalisinin 3 faizdən bir az artığını təşkil edir, eyniylə seçicilərin də.

Görünən odur ki, rusların "keşiş Qapon" adlandırdıqları Baqrat Qalustyan üsyanı da, elə "Keşiş Qapon" üsyanının taleyini yaşamsğa məhkum olacaq...

 

  • Iyun:
  • 7

TƏQVİM / ARXİV