adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

ERMƏNiLƏRƏ MƏKTUB

VƏDAT KUŞAKLI
20337 | 2009-06-20 01:02
Bu məktubum erməni millətinin insanlarınadı.
   
   İrq, dil, din, məzhəb, rəng ayırımı yapmadan bütün insanları Allahın yaratdığı qullar olaraq görən və bilən ermənilərədi bu məktubum. Bu məktubum ermənilərin fəhlələrinə, kəndlilərinə, əsnafına, məmurlarınadı. Bu məktubum ermənilərin əsmər, sarışın, qumral, yaşıl gözlü, mavi gözlü, qara gözlü, şişman, uzun, qısa qadın, erkək, gənc, yaşlı, cocuq insanlarınadı. Yazılarımda ermənilərin türklərlə, azərilərlə dost olmayacağını yazıram hər zaman, amma mənim qəsd etdiklərim sizlər deyilsiniz. Mənim qəsd etdiyim dost ola bilməyəcəyim erməni insanları sizlərin siyasətçiləridi, qəzetəçiləridi, tarixi bilmədən özünə tarixçi deyənlərdi, sizləri və sizlərlə birlikdə bütün dünyanı aldatmağa çalışanlarınızdı.
   
   Biz türklər sizlərlə əlbəttə dost, arkadaş ola bilərik. Bundan da xoşbəxt olarıq. Amma uluslararası münasibətlərdə dəyişməyən bir həqiqət vardır və o da budur: insanlar arasında irqi, dili, dini, məzhəbi, rəngi, milləti hər nə olursa-olsun dostluq, sevgi, hörmət, güvən qurula bilər və bu davam etdirilə bilər. Amma təəssüf ki, uluslararası münasibətlərdə belə bir yaxşılıq, gözəllik, doğruluq yoxdur, heç olmamışdır, olmayacaq dag Çünki dövlətlərin başındakı siyasətçilər uluslararası gərginliklərdən, çatışmalardan bəslənirlər, güclənirlər və yönətdikləri xalqlarına onların haqq və mənfəətlərini qoruduqları görünümünü verirlər. Əslində sadəcə şəxsi güclərini, ehtiraslarını qoruyurlar və oturduqları kürsüləri qalıcı bir hala gətirirlər.
   
   Sizə sual edirəm. Siz başqasının malını, mülkünü oğurlayarmısınız? Siz qonşunuzun bağına, bağçasına, tarlasına zorla girib ordakı çobanları, bağbanları, fəhlələri öldürərmisiniz? Qonşunuzun qarısınıa, qızına, onların namusuna göz dikərmisiniz? Əlbəttə, sizlər yapmazsınız bunu, amma uzaq keçmişdə erməni çətələr Anadoluda, yaxın keçmişdə və günümüzdə isə erməni əsgərlər bunu Xocalıda, Qarabağda yapdılar. İndi sizdən soruşuram, erməni dövləti ilə Türk dövlətləri (Azərbaycan, Türkiyə) necə dost ola bilər? Sərhədlər alış-veriş üçün necə açıla bilər? Bu əsrimizə yaraşmayacaq şəkildə, mədəniyyətin qəbul edəməyəcəyi bir şəkildə hələ də davam edən işğal varkən bu necə olacaq? Şikayətim, ayıblamam, qınamam, lənətləməm ermənilərə rəhbərlik edən dövlət adamları üçündü. Bundan kənarda sizlər də bu söhbətdən kənar qalırsınız. Türkiyədə yaşayan, Türkiyə Cümhuriyyəti vətəndaşı erməni insanlarımız isə bizim göz bəbəyimizdir, qiymətli və önəmli insanlarımızdır. Sevgimizə, güvənimizə layiqdilər. Bəlkə Azərbaycanda da yaşayan erməni insanlar vardır. Onların da eyni şəkildə Azərbaycanın önəmli, dəyərli, sevgili vətəndaşı olmalarını da mən çox yaxşı bilirəm. Türk, Azəri toplumları arasında heç kimə "Sən başqasan! Sən bizdən deyilsən!" deyilməz, deyilməmişdir. Biz insanları sevərik, hər çeşid insanı sevərik biz. İrqinə, dininə, dilinə, məzhəbinə, millətinə, tarixinə baxmadan sevərik. Yaxşı, doğru, səmimi, dürüst olması bizim üçün yetərlidi.
   
   Məni lütfən anlayın və dövlət adamlarınıza, hökumətinizə, qəzetəçilərinizə söyləyin, anlatın - sizə aid olmayan torpaqlardan, məkanlardan geri çəkilmək gərəkir. Sizlər oralarda ancaq müsafir olaraq və istərsəniz Azərbaycan vətəndaşı olaraq yaşaya bilərsiniz. Bundan kənar şərtlərlə oralarda bulunmaq işğaldı, savaşdı, oğurluqdu, ayıbdı, günahdı, haqsızlıqdı. Bu səmimi məktubumu qəbul edin. Bu dünya hamımıza çatar. Yaşayacağımız ömrün ən uzunu 70-80 yaş olur. Bunu da qanla, savaşla, qorxu ilə, dəhşətlə, göz yaşları ilə, acılarla, yalanlarla tükətməyə heç bir lüzum yoxdur. Səadətlə, sevgiylə, şənliklə, dostluqla yaşayaq bu qısaca həyatımızı. Siyasətçilərin iyrənc əməllərinə alət olmayaq. Onlar öz kürsülərini möhkəmləndirib ciblərini doldurmaqla məşğuldurlar. Təhlükəli, riskli zamanlarda onlar Ermənistandan qaçacaqlar, Amerikaya, ya Avropaya sığınacaqlar. Bundan əmin olun. Doğrunun, yaxşının yanında olun, sizdən olmasa belə onların yanında olun. Lütfən!
   
   

TƏQVİM / ARXİV