adalet.az header logo
  • Bakı -°C

ƏBÜLFƏT MƏDƏTOĞLU: Nastalji xatirə....

72 | 2026-03-18 12:40
A- A+

Bir tonqal  çatmışam, bax çevrəsində  
Oynayır  nəvələr,  bildikləri  tək.  
Qayıda   dünənim, kaş  övladlarım - 
Gülə , nəvələrimm güldükləri  tək!...,

Nalı  parıldayır  zaman atının           
Bir az  "ah"  qamçılı Aman atının...   
Gözünü  qaraldıb  saman atının  - 
Tay nə başın burax, nə cilovun çək!

Tonqal   çevrəsindən  boylan  dünənə  
Tüstü  gözə vursun, isti  sinənə... 
Fürsət  bir  kəhərdi , bilib  minənə -
Qaçırtdın  Əbülfət, sonda  qaldın tək!..
 

  • Mart:
  • 6

TƏQVİM / ARXİV