adalet.az header logo
  • Bakı 25°C
  • USD 1.7

Dünyanın düzəni Qarabağda pozulub - İlqar Rəsul yazır

İLQAR RƏSUL
56006 | 2020-07-21 11:33
Dünyanın düzəni Qarabağda pozulub, Qarabağda da nizama düşməlidi. Gec-tez Moskva özünü dünyanın harasındasa zibilə salmalıdı onsuz da. Deyəsən o yer də elə Azərbaycandı. Artıq Rusiya özünü çox həssas duruma salıb. Rusiya yaxşı bilir ki, Azərbaycan nə Gürcüstan, nə də Ukraynadı. Bıçaq sümüyə dirənsə, Azərbaycana dəstək olan dövlətlər qərb dövlətləri kimi sadəcə silah-sursart yollamaqla, quru bəyanatlar verməklə kifayətlənməyəcək, bölgəyə quru qoşunları yollamaqdan da çəkinməyəcəklər.

Bunu yazmaqla əlbəttə ki, mən bizim əvəzimizdən kimlərinsə gəlib torpaqlarımızı azad edəcəyini demək istəmirəm. Bu ilk növbədə bizim öz işimizdi və özümüz də öhdəsindən gələcəyik.

Bizə sadəcə bu savaşda Rusiyanın şəriksiz hegemon olduğu düşüncəsini sıradan çıxardan , imperiyanı neytrallaşdıracaq və ya zərərsizləşdirəcək dəstək lazımdı.

Bu işdə Türkiyə başda olmaqla digər qardaş, dost ölkələrin qətiyyətli davranışı çox önəmlidir.

Türkiyə indi Turqut Özalın və ondan sonrakı digərlərinin vaxtında olan Türkiyə deyil. Bunu Ankaradan səslənən son bəyanatlar da aşkar təsdiqləyir.

Artıq indiki dünya poliqonunda üzbəüz döyüşlərdə kimin kim olduğunu da Suriya hadısələri yetərincə təsdiqlyib.

Əgər tərəfimizdən vəziyyət düzgün qiymətləndirilsə və şimal qonşumuzla olan "xətir-hörmətə" mədəni şəkildə tüpürülüb uyğun addımlar atılsa, kimin palanlamasından asılı olmayaraq sərhədimizin Tovuz hissəsində baş verənlər Ermənistandan və Azərbaycandan daha çox Rusiya üçün problemə çevrilə və Moskvaya ağır zərbə ola bilər...

ALLAH MİLLƏTİMİZİ, MƏMLƏKƏTİMİZİ, GERÇƏK DOSTLARIMIZI VƏ BİZƏ DÜŞMƏN OLMAYANLARI QORUSUN!

TƏQVİM / ARXİV