DOĞRULAR... ƏYRİLƏR... - Seyfəddin Altaylı yazır

SEYFƏDDİN ALTAYLI
139500 | 2020-07-31 12:00

"Düz sözü hardan gəlirsə gəlsingötürün deyənə yox, deyilən sözə baxın”.

Hz. Əli

Yeni Zelandiyada bir faşit ikicameyə 2019-cu ilin mart ayının 15-ində avtomatla hücum çəkərək 49 müsəlmanı qətləyetirmiş bir çoxunu da yaralamışdı. Bu hadisədən sonra Türkiyədə Ayasofiyanınibadətə açılması məsələsi gündəmə gəlmişdi.Cümhurbaşqanı cənab Ərdoğan da 16 mart 2019-cu il seçkilərindən öncə təşkiletdiyi mitinqlərin birində Ayasofiyanın ibadətə açılması haqda edilən tələbqarşısında belə demişdi: "Bu işin bir siyasi yönü vardır. Yanındakı Sultanəhmədməscidini doldura bilməyəcəksən, sonra da Ayasofiyanı dolduraq deyəcəksən.Böyük Çamlıca camiəsini tikdik, 4-5 Ayasofiya böyüklüyündədi. Bu oyunlaraaldanmayaq, bunların tamamı tələdir, bu tələyə düşməyək".

Aradan bir il keçdi və"Daimi Vəqflər Tarixi əsərlərə və Çevrəyə Xidmət Dərnəyi" birinindürtməsiylə birlikdə Ali Məhkəmənin 10-cu dairəsinə müraciət edərək, 1934-cüildə buranın muzey kimi istifadəsini tələb edən nazirlər şurasının qərarının ləğvinitələb etdi. Ali Məhkəmə də Ayasofiyanın ibadətə açılması haqda qərara yetişdi və24 iyul 2020-ci il tarixində muzey olan Ayasofiya təkrar ibadətə açıldı.

Ancaq daxildə və xaricdəkimübahisələr də bununla başladı. Xristianların hərəsi bir tərəfdən bəyanatyaydılar. Bu yazımda sadəcə olaraq, onları dilə gətirməyə çalışacağam.

Katoliklərin Papası Francis,"Ayasofiyanın ibadətə açılması hədsiz iztirab yaradır"dı.

ABŞ Dövlət Katibliyinin sözcüsüMorgan Ortagus yaydığı yazılı bəyanatında "Ayasofiyanın statusunun dəyişdirilməsiqərarıyla mənəvi süquta uğradıq", Rus Ortodoks Kilsəsi isə "Qərarböyük parçalanmalara və ixtilaflara səbəb ola bilər" - dedi.

Yunan baş naziri KiryakosMiçotakis, "Bu qərar, tarixi tikilini dünya mirası gözündə görən hər bir şəxsinarahat etmişdir. Bu, sadəcə olaraq Türkiyə ilə Yunanıstan arasındaki əlaqələrideyil, Türkiyə ilə Avropa Birliyi arasındaki əlaqələrə də öz təsirinibağışlayacaqdı" - dedi.

Bəs Ayasofiya doğrudanmıxristiyanlar üçün, xüsusilə də Vatikan üçün həddən artıq önəmlidir, ya da onlarüçün müqəddəsdir?!

Ancaq tarixi hadisələr heç dəonların fikrini təsdiq etmir və onların dediyini demir.

Səlahaddin Əyyubi 1187-ci ildəüç din üçün müqəddəs olan Qüdsü Məbəd cəngavərlərinin anasını ağladaraq, geriqaytardıqda təşkil olunan III Səlib yürüşü uğursuzluqla nəticələndi. O dövrünpapası III İnnocəntius 1202-ci ildə bütün Avropa xalqlarını Səlib səfərinə səslədi.Təşkil olunan nəhəng Səlib ordusu Qüdsü almaq məqsədilə yola düşdü, ancaqBizans İmperiyasının paytaxtı İstanbula çatdıqda, Qüdsü unudaraq bu gözəl vəvarlı şəhəri mühasirə etdi. 1204-cü ildə İstanbula daxil olan Səlib ordusuBizans dövlətini süquta uğradaraq, Latın imperiyasını paytaxt elədi. Şəhərinüstünə qatı bir katolik kabusu çökdü və bu hal 57 il davam etdi. Bizansimperatoru VIII Mixayl Paleolog 1261-ci ildə İstanbulu qaytardığı zaman təpədən-dırnağa qarət edilmiş bir şəhərlə üzləşdi. Katolik səlibçilər Ortodoksların kilsəsiAyasofiyanı da, İstanbul şəhərini də qarət edib aparmış, İtaliyada və Fransadasatmışdı.

Həmin qarət hadisəsinin şahidiolan Villəhardouinli Gəoffrəy adlı tarixçi bunları qeyd edib:

"Səlib əsgərlərilibaslarının üstünə çəkilmiş xaçın mənasını unutmuşdular. Onlara ancaq qəssab vəqarətçi deyilə bilərdi. Evlərə od vurdular, sarayları, rəsmi binaları tamamiləqarət etdilər. Kişiləri qətlə yetirib, qadınları-qızları zorladılar. Nəinkibunlar ən dəyərsiz əşyaları, hətta kəndlilərin köynəklərini də əyinlərindənçıxarıb aldılar.

Növbə o çağın ən böyükAyasofiya kilsəsinə gəldi. Ora nəinki qarət edildi, tarixin ən alçaqrüsvayçılığına şahidlik elədi. Səlibçi katoliklər kilsəyə qatırla və yanlarıncagətirdikləri fransız bir fahişəylə daxil oldular. Qarət ediləcək və Xristianinamı üçün müqəddəs özəlliyə malik nə varsa, qarət edib qatırlara yüklədilər.Kilsənin içindəki əşyalar qurtardıqda bu dəfə divarlara üz tutdular. Hz. İsanınhəvvariləri və Hz. Məryəmə məxsus olduğuna inanılan nə varsa, Hz. İsanın çarmıxaçəkilməsində istifadə olunduğu iddia edilən müqəddəs mismarları, başınaqoyulmuş tikanlı məftildən tacı, qızıl və gümüşdən düzəldilmiş nə varsa,tamamını söküb qatırlara yüklədilər. Onların qorxusuyla qaçıb kilsənin özəlbölmələrində gizlənmiş keşişləri tapıb qətlə yetirdilər, rahibələri tutubzorladılar. Qarət hadisəsinə çata bilməyən səlib əsgərləri Avropada,"Ayasofiyanın sütunları və divarları böyrək xəstəliyini, sinə ağrılarınımüalicə edir" inamı yayıldığına görə, sütunları qırıb tökdükləri hissələrigötürdülər. Üstünə yüklənmiş əşyaların ağırlığını götürə bilməyərək yıxılanqatırları əsəbləşib qılınc ilə parça-parça etdilər. Qarət qurtardıqdan sonranövbə əylənmələrinə gəldi. Papanın əsgərləri özləriylə birlikdə gətirdiklərifransız fahişəni Ortodoks patriarxının bir neçə gün qabaq çıxıb vəz verdiyikürsüyə çıxartdılar. O da orasını-burasını göstərə-göstərə həm rəqs etdi, həm dəmahnılar oxudu. Katolik səlib əsgərləri də çəlləklər dolusu şərabları içib kefləndilər.Bunlar qurtardıqdan sonra da əmin-arxayın şəkildə gəldikləri yerə, Avropayaqayıtdılar və qarət etdikləri nə varsa, aparıb bazarlarda satdılar".

Katoliklərin papası Francis,"Ayasofiyanın ibadətə açılması hədsiz iztirab yaradır" deyəndədoğrudan da dediyinə inanırdı.

Ancaq Papaya və digərxristianlara ən gözəl cavabı Afinaya yaxın Rafina bölgəsindəki Analipseos kilsəsininkeşişi Evangelos Papaniolaou bu cür verib:

"Ayasofiya kimi nəhəng birtikilini kim qoruyacaqdı?! Türklər qorudular. Türklər 450 illik hakimiyyətlərimüddətində Girit adasında bir kilsəni belə bağlamadı, ancaq YunanıstandaOthonasın əmriylə çox sayda monastr və kilsə bağlandı. Türklərin hakim olduğuçağlarda insanlar öz dinlərində, inamlarında azaddı. Bu səbəblə insanlar Latınbörkündənsə, Türkün çalmasını görməyi tərcih edərəm demişdi. Mənə qalsa,ikisini də görmək istəmərəm, ancaq ikisindən birini seçmək məcburiyyətindəolsam Türkləri tərcih edərəm. Ayasofiya muzey olduğu zaman bir çox turistuyğunsuz libaslarla ora daxil olurdu, ancaq indən belə hər kəs ayaqqabısız,qadın və qızlar da mini ətəklə yox uzun libasla və başına örpəyi salıb daxilolacaqdı. Bu, dini məbədə hörmət əlaməti deyil?".

Bu yazımı xristian dünyasınınböyüyünə və kiçiyinə ithaf edirəm, bilmirəm, utanacaq üzləri var, ya yox?!

Ankara, altaylı[email protected]

TƏQVİM / ARXİV