adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Dəniz, Mikayıl Müşfiq və nida işarəsi... - Ulucay Akif yazır

ULUCAY AKİF
23058 | 2019-05-07 12:47

Şəhərlərin,dağların, meşələrin, dənizlərin, adaların, çayların, göllərin həmin ərazidəyaşayan insanların xarakterinə təsiri çox böyükdür. Bəlkə də yanılırıq, əksinə,o ərazidə yaşayan insanların xarakteri həmin coğrafi obyektlərə təsir edir.


İkinci fikir daha çox utopiyaya bənzəsə də, burda da bir həqiqət tapmaq olar.Zaman-zaman o ərazilərdə yaşayan fərdlərin məişəti, əmək qabiliyyəti, ya damədəni təxəyyülü, düşüncə tərzi, hətta inancı məlum məkanları dəyişə bilir.Əslində, məkan anlayışı o yerlərin sahiblərinin ədəbi düşüncəsi ilə birbaşaəlaqədədir. Bütün fizioloji və xarakterik dəyişikliklər, xüsusən də, poetikdüşüncədə öz əksini tapır. Keçək yazının məğzinə.

Xəzər dənizinə aidyazılan şeirlərdə qeyri-səmimilik hiss etdim və bunun səbəbi mənə maraqlıgəldi. Axı niyə Kür, ya da Araz çayı haqqında yazılan şeirlər Xəzər dənizihaqqında yazılan şeirlərdən daha güclü və daha səmimidir?

Məsələn, Xəzər dənizinəaid yazılan şeirlərdə "mavi Xəzər" ifadəsinə çox tez-tez rast gəlməkolar. Mavi Xəzər... Axı bu dənizin mavi olduğunu görən olubmu heç? Xəzərdənizinə mavi deyilməsini bir şərtlə qəbul edərəm ki, onun mavi olduğunu heçolmasa hiss edəsən.

Hərdən mənə elə gəlirki, bu ölkədə heç kim Xəzər dənizinin mavi olduğunu görməyib, nəinki görməyib,heç hiss etməyib, nəinki hiss etməyib, heç düşünməyib də. Bu dəniz qaradır, budəniz bozdur, bu dəniz ən yaxşı halda tünd yaşıldır, amma heç vaxt mavi deyil.Bu dəniz vahiməlidir, qorxuludur, kədərlidir, amma heç vaxt ümidverici deyil.

İndiyə kimi üç dənizinsahilində olmuşam: Xəzər dənizi, Ağ Dəniz və Qara Dəniz. Nə qəribədir ki,adlarından hiss olunmasa da, Ağ Dəniz və Qara Dəniz Xəzərdən daha mavidir.

Antalyada Ağ Dənizsahillərində olanda dənizin nə qədər canlı, nə qədər ümidli və xoşbəxt olduğunuilk dəfə hiss etmişdim. Ləpirlərin səsi körpə qığıltısına bənzəyirdi. Günəşşüaları bu körpənin süd dişlərini bizə gah göstərir, gah da gizlədirdi. Dənizəgirəndə isə elə bil üzmürdüm, həmin körpə ilə oynayırdım.

Xəzər də uşağa bənzəyir,amma aldadıldığının fərqinə varan uşağa. Biz Xəzəri aldatdıq, ona dənizolduğunu dedik, onu inandırmağa çalışdıq ki, dənizdir, amma özümüzü bunainandıra bilmədik. Xəzər göl olduğunu anlayandan belədir bəlkə. Bəlkə də ovaxtdan küsüb bizdən. Aldadıldığını öyrənən uşaqla da barışmaq asan olmur.

Bilirsiniz, bəlkə Xəzərdənizi də mavi rəngə bürünür, amma heç kim onun maviliyini hiss edə bilmir.Xəzər dənizi bizim üçün həmişə dərdimizi danışdığımız su olub. Elə bəlkəəsrlərdir bu sulara dərdimizi danışmışıq deyə maviliyini itirib. Xəzər dəniziindi qaradır, bozdur, ən yaxşı halda tünd yaşıldır. Bu dəniz "ən böyükgöl" adını "ən kiçik dəniz" olmağa dəyişdi deyə uduzdu.

İndi, o, bizə əsəbidir,küsüb. İndi, o, ən yaxşı halda Qız Qalası əfsanəsindəki şah qızının xilasyeridir.

Qız Qalası əfsanəsiniyada salmış ikən... Digər bir əfsanəyə görə bu dənizin sahilində yaşayan kaspivə maq tayfalarının kahinləri şairləri lənətləyirmiş və şairləri kahinlərinəmri ilə dənizə atırlarmış. Dənizə atılan şairlər sudan çıxdıqda şairlikvergilərini itirib adi insana çevrilirdi.

Həmin şairlərin bucəzadan sonra həyatlarını necə davam etdirdiyi ilə bağlı heç bir şey deyilmir.Bəlkə də bu əfsanəni həmin cəzalanan şairlərdən biri uydurub deyə davamıyoxdur, ya da əfsanə elə burada bitib...

Otağımın pəncərəsindənaçılan mənzərə mənə Xəzər dənizini göstərir. Düz qarşımda Nargin adası dayanıb.Nargin adası da çox qəribədir. Baxırsan, baxırsan, yaxında, ya uzaqda olduğunuanlaya bilmirsən. Bu ada Xəzərin ögey övladına bənzəyir. Dənizdən küsdüyü və dəməğrurluğu açıq-aşkar hiss olunur. Nargin bir az da dənizin üzərindəki nidaişarəsinə bənzəyir.

Hə, hə. Yəqin elə bu adaMikayıl Müşfiqin "Oxu tar!" şeirindəki nida işarəsidir, bu dənizinsularından silinməyən nida işarəsi. Mikayıl Müşfiq isə həmin əfsanədəkicəzalanan şairlərin növbətisi...


TƏQVİM / ARXİV