General-leytenant Ceymi Speyser-Blanşet Kanada Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsini tutan ilk qadın olacaq.
Adalet.az xəbər verir ki, bu barədə Kanada Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Yeni baş komandan təyinat mərasimində Kanada Hərbi Hava Qüvvələrinin “böyük problemlərlə” üzləşdiyini vurğulayıb. “Hazırda bizdə kadr çatışmazlığı mövcuddur, bununla yanaşı döyüş hazırlığına yüksək tələb var. Fikrimcə, əsas problem budur”, - deyə o əlavə edib.
Qeyd edək ki, Speyser-Blanşet yeni vəzifəyə təyin olunmazdan əvvəl BMT və NATO missiyalarında xidmət edən Qriffon hücum helikopterinin pilotu olub və Kanada Hərbi Hava Qüvvələrində müxtəlif komanda vəzifələrində çalışıb.