adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Hamımız “bozbaş” manısıq! - Ulucay Akif yazır

ULUCAY AKİF
48305 | 2019-07-30 08:26

Bəzi hadisələr var ki, insanı çox təzadlı bir şəkildə həm sevinməyə, həm də üzülməyəvadar edir. Günümüzdə belə hadisələrə aid çox nümunə göstərmək olar, amma mənsadəcə ötən gün başıma gələn hadisəni danışmaqla kifayətlənəcəm.

Hava isti idi. Hətta deyə bilərəm ki, hava çox isti idi. Tərslikdən dəhəmin gün kondisionersiz avtobusa minməli idim. Avtobus gəldi və mən arxasıradakı oturacaqlardan birində əyləşdim. Yenə təzə gələn "BakuBus”lara şükür, adam elə də sıxılmır istidən. Köhnəavtobuslarda az qalır adamın ürəyi partlaya.

Nəysə... Avtobusla 5-10 dəqiqə getmişdim ki, həmino danışmaq istədiyim hadisə baş verdi. Avtobusa ağ saçlı, ağ saqqallı bir kişi mindi.Məncə, o kişini hamınız çox yaxşıtanıyırsınız. Məncə, elə hamınız dasevirsiniz. O kişi sevimli aktyorumuz Şamil Süleymanov idi.

O, gəlib orta sıradakı iki nəfərlik yerdən birindəəyləşdi. İki yerin tam mərkəzində vəistidən sıxıldığı bəlli olacaq şəkildə qollarından birini qaldırıboturacağın çiyninə qoydu.

Avtobusdakı bəzi adamlar ona qəribə-qəribə baxıbtez üzlərini çevirirdi. Bunun səbəbini tam dəqiq deyə bilmərəm. Onu avtobusdagörmək xoşlarınamı gəlməmişdi, yoxsatəəssüf hissi ilə baxırdılar, bilmirəm. Bircə onu bilirəm ki, Şamilbəyin yerində hansısa bir bayağı müğənni, ya da hansısa cinsiyyəti naməlum şouadamı olsaydı hamı onunla şəkil çəkdirərdi, yanından əl çəkməzdi.

Mənim içimdə isə Şamil bəyi görən kimi böyükhəyəcan yarandı. Elə bil ən doğma adamımı gördüm. Sevindim. Şamil bəy əyləşəndənsonra bir müddət ona yaxınlaşıb-yaxınlaşmamaq barədə tərəddüddə qaldım. Bu cürhəyəcanı son dəfə məktəb illərində xoşuma gələn qıza yaxınlaşmaq istəyəndəyaşamışdım. Yəni həyəcanım o qədər güclü idi. Cəsarətimi toplayıb yaxınlaşdım:

- Salam,Şamil bəy! Sizi avtobusda görmək necə də gözəldir! –deyib salamlaşmaq üçünəlimi uzatdım.

Şamil bəy əsəbi şəkildə və yüksək səslə cavabverdi:

- Adə, yeri ged e! Məni dolamısan?! "Sizi avtobusdagörmək necə də gözəldir!” (məni yamsıladı).Buah! Nöş demirsən ki, sizi "Mercedes”də görmək istəyərdik?! Avtobusa minməyinnəyi yaxşıdı?!

Birinci bir az hürksəm də sonra üzümdə təbəssümyarandı. Çünki Şamil bəyin obraza girdiyini anladım. Onun mimikası, bütünhərəkətləri artıq rola girdiyini göstərirdi. Kiçik səhnəcikdən sonra əlimisıxdı, salamlaşdı və məni yanındaəyləşdirdi:

- Səhv başa düşmə ha! Zarafat elədim. Birdənxətrinə dəyər. Keçən gün KVN-in oğlanlarının çəkdiyi bir videonu görmüşdüm, oyadıma düşdü. Nazpəri deyib ki, sənətkarlar metroya, avtobusa minməməlidir.Bəhram Bağırzadə ilə Tahir İmanov davideo çəkmişdilər.



Videoya baxmayanlar üçün qısacadanışım. Hər kəs bir-bir metroya girir. Bəhram Bağırzadə də içəri keçməkistəyəndə metro mühafizəçisi "Sən hara gedirsən, alə?! Sənətkarlara metroyagirmək olmaz!” deyib Bəhramı dala qaytarır.

- Heç bir problem yoxdur, Şamil bəy! Hə, o videoyamən də baxmışdım.

Qısa bir sükut çökür. Şamil bəyin niyəsə narahatolduğunu hiss edirəm. Tez-tez ora-bura boylanır. Sükutu pozuram:

- Əslində sizi avtobusda gördüyümə üzüldüm.Sevincim sizi görməyimə görə idi. Sadəcə sizi avtobusda gördüm deyə cümlə dəağzımdan elə çıxdı.

- Narahat olma, oğul. Bilirəm.

Şamil bəylə bir neçə tədbirdə rastlaşmışam. Məniaz-maz da olsa tanıyır:

- Universiteti bitirdin? – soruşdu.

- Bəli, bitirdim.

- Haranı?

- Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsi.Bu il magistraturanı bitirdim.

- Hə, nə gözəl! İş tapmısan?

- Bəli. "Ədalət” qəzetində işləyirəm.

Şamil bəyin kefi birdən düzəldi:

- Oooooooo! Aqil Abbasın yanında işləyirsən? –güldü.

- Bəli! – mən də güldüm.

- Ta denən mənim dostumun yanında işləyirsən ki!Aqilə salamımı çatdırarsan! Denən ki səndən muğayat olsun!

- Salam göndərən sağ olsun! Baş üstə! Deyərəm!

Düşəcəyi dayanacağa çatdığını görüb tez yerindənqalxır. Sürücüyə gediş haqqını ödəyəndə mən tərəfə çönür:

- Sən də Aqil Abbasdan muğayat ol ha! Yaxşı?!

- Baş üstə!

- Düşərsən! Sağ ol!

- Sağ olun!

Avtobusdan düşən ağ saçlı, ağ saqqallı kişi birdənyoxa çıxır.

Sürücünün yanında dayanan adam sürücüyə deyir:

- Tanımadın o kişini?!

- Yox, tanımadım. Kim idi ki?

- Məşhur aktyordu e. Adı yadımdan çıxıb.

- Olsun da aktyor. Hamımız aktyoruq da.

Hə, Şamil bəyin yerində hansısa bir "bozbaş” manısolsa idi, nə onu "tanıyan” adam adını unutmazdı, nə də sürücü elə cavabverməzdi.

Çünki hamımız aktyor yox, "bozbaş” manısıq!

TƏQVİM / ARXİV