Baş prokuror Qobustanda vətəndaşları qəbul edəcək - FOTO

Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi, həmçinin bu sahədə səmərəliliyin artırılması məqsədilə Baş prokuror Kamran Əliyev mayın 13-də saat 10:00-da Qobustan rayon prokurorluğunun inzibati binasında Qobustan, Şamaxı və Ağsu rayon sakinlərinin qəbulunu keçirəcək.
Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qobustan rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.
Digər Xəbərlər

Belarusun Baş naziri və Əli Əsədov Füzulidə - FOTOLAR + YENİLƏNİB

“Şəhidlər ölməz, vətən bölünməz” - Hərbçilərimiz Moskva küçələrində - VİDEO

Bakıda tikiləcək 10 yeni metrostansiya ilə bağlı detallar - VİDEO

Hərbi təhsil sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə edildi

Belarusun Baş naziri Səbail Rayon Yanğından Mühafizə Hissəsində olub - VİDEO/FOTO

Leysan olacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
jpg-1746437920.jpg)
Ağasif Şakiroğlu:"Bütövləşmə, vahidləşmə və böyükləşmə və Laçın..."
