"Hazırda Ağdam şəhərində 3 mindən çox, ümumilikdə Ağdam rayonunda isə 8 mindən çox adam yaşayır".
Adalet.az xəbər verir ki, bunu Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda keçirilən 100-cü Yubiley Aqrar Biznes Festivalı çərçivəsində təşkil olunmuş "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.
E.Hüseynov qeyd edib ki, bu ilin sonuna qədər Ağdam rayonunda ümumi əhalinin sayı 20 minə çatacaq.


Bakı -°C
