adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Ağacın göz yaşları – Hekayə

RÜFƏT SOLTAN
33790 | 2016-10-14 15:34

Çox qəribə tale yükü haqlıyıb məni…

Bir ağac vardı,qocaman bir budağa sahib qılınmışdı. Bir quş isə göylərdə şaxə vuran ağacdələnidi. Hər gün kənarlarda – təbiəti gəzər, sonda qayıdıb bu budağa sığınardı.Onunla söhbətlər yürüdür, arabir mübahisələri də tüğyana verirdilər. Bəzən odanışır ağacdələn isə sadəcə dinləyirdi, bəzən isə o danışır ağacdələn səbəbsizyerə onu dimdikləyib yaralıyırdı. Bəzən isə heç bir məntiqə sığmayan əsəbiniucuza satıb fərqinə varmadan onu daha çox yaraladığını görmürdü. Bir gün şahidioldu ki, üzərində yuva qurduğu, həmyoldaşı, həmsöhbəti olduğu budağdan yaşdamcıları axır. O ağlayırdı. Ağacdələn isə elə hey nədənsiz davranışlarıyla onadaha da böyük zərbə vurduğunu görməyəcək qədər kor olmuşdu. Özündən soruşur:Belə dostmu olar? Həmin budaqdan heç zaman yarpaq yerə düşməzdi, görünür nadirhadisə baş vermişdi. Bunu görüb dərhal aşağı qanad saldı ki, yerə düşən bir –iki yarpağı götürüb heç olmazsa yuvasına yığar, kiçik evimi daha dagözəlləşdirər.

Eləcə budağınaşağısına, yerə sarı enmişdi ki, qanadları, üzərilərinə düşən kiçik damcılarıhiss etməyə başladı. Bax o zaman uzun müddətdir, bir – birilərinə bağlıyaşadığı bir budağı yaraladığını anlamışdı ağacdələn. Bunu görüncə qanadlıyoldaşın gözləri biixtiyari parıltıya qərq oldu, çəmənliyin torpağı isə gözyaşına tuş gəlmişdi. Ən azından özünü haqlıyan acı peşmançılığın nə yaxşı ki,tədavi olunacağına inanmışdı. Əcaba yaralanmış budağın kədərinin qarşısını alabiləcəyəkdimi? Bax bu zavallı quşcığazı çox düşündürürdü. Sonda qərara gəldiki, üstünü örtən lələklərindən bir neçəsini qoparsa onları bir tənzif vasitəsiqismində istifadə edib səbəbkarı olduğu kiçik yaranı sağalda bilər. Belə dəetdi…. Ancaq lələklərini dimdiyinə aldıqdan sonra uça bilməyəcəyini anlamışdı oan…Göz yaşları Tez bir zamanda yuxarı qanad çalıb o budağı – dostunu, canımı,axan şırədən(onun göz yaşları) xilas edəcəkdi. Çox cəhd elədi, amma ki, biraddım belə yüksəyə qalxmağa nail ola bilmirdi ağacdələn. İndi isə bu balacaquşcığaz da göz yaşı tökürdü. Eyni anda yoldaşının göz büllurlarını üzərinədamcıladırdı, o yaşları – təbiətdə var olan möcüz ağac şirəsini torpağa beləqısqanırdı. Bədəni islaq vəziyyətə gəlmişdi. Artıq lələkləri yerində olsa beləuça bilməsi bir müddət mümkünsüz sayılırdı. Beləliklə onların hər ikisiağlayırdılar. Bir çarə olmalıydı bu dərdə. Yox! Mümkün deyil!..

Lakin, ümidlərintükənəcəyi bir vaxtda, inam atəşinin sönməyə yaxınlaşdığı ərəfədə yeni birhadisəyə şahid oldu ikisi də: Bir müddət ağlaşmaların ardından budağınyaralanmış hissəsi qərtməklə əvəz olunmuşdu. Onun göz yaşları dayandıqdan sonrabir zaman arası daha keçdi və ağacdələnin tamamilə yaşdan qurumuş zərif geyimidə yeniləndi artıq – qanadları yeni lələklərin çıxmasıyla bərpa olunmuşdular.Artıq hər ikisi də əvvəlki tək rəngarəng idilər. Bir müddət uçmağı yadırğasa dayenidən bu uçuşu, səmaya qalxma hərəkətini böyük sevgiylə cəhd etməyə çalışdıvə bacaracağı üzərə böyük sevinclə budağa sarı qanad qaldırdı. Görünür zamantarixi, təkrar şəkildə onlara yaşatmışdı…

"Bəzən bir yaxınınsəndən inciyərkən bu incikliyi bərpa etmək üçün tələsmək, əksinə hər şeyi korqoya bilər. Zaman isə böyük qüvvədir, o bizə öyrətdi ki, gözlədikcə hər şeydüşünlür, hər şey bərpa olunur, göz yaşları da beləliklə silinib yoxa qərqolunur. Nə xoşbəxtdir xoşbəxt olanlar”.


TƏQVİM / ARXİV