adalet.az header logo
  • Bakı -°C

Dələduzların qurbanı olmayın...

99 | 2026-11-24 18:47
A- A+

Bu gün bir çox insanlar mənzil, avtomobil alanda ayrı- ayrı dələduzların toruna düşürlər.Təbii ki, sonradan bu tordan çıxmaq elə də asan məsələ olmur. Buna görə də mənzil, avtomobil və digər əmlak alarkən diqqətli olmalı, bütün hüquqi sənədlər dəqiq araşdırılmalıdır.

Çıxarışı olmayan, eləcə də müqavilə və bələdiyyə sənədləri ilə satılan mənzillər alarkən daha diqqətli və ehtiyatlı olmaq lazımdır. Bu proseslər " makler"lərin  iştirakı və vasitəçiliyi ilə " Asan xidmət" də və notarial ofislərində baş tutur. Üstəlik də " makler" lər həm mənzil satandan, həm də alandan1000- 1500 manat  civarında pul alırlar! Alqı-satqı zamanı " Forma-2" sənədinə xüsusi diqqət yetirilməlidir.

Çünki alqı-satqıdan sonra mənzildə qeydiyyatda olan şəxslərin bəziləri qeydiyyatdan çıxmır və sonradan mənzil sahibi üçün problem yaradır.Buna görə də yeni mənzili alan adam məhkəməyə müraciət edir  və nə qədər əziyyət çəkməli olur. Alqı-satqı prosesini isə nə qədər vaxt aparsa da " Asan xidmət" də həyata keçirmək lazımdır. Nə ev sahibinə, nə də " makler" ə inanın . Qanuna və  sənədlərə inanın. " Forma-2" i almamış alqı-satqı eləməyin. Qeydiyyatda olanların hamısı mənzildən qeydiyyatdan çıxsın və ondan sonra digər notariat hərəkətləri aparılsın. Bax , belə olarsa, mənzil alandan sonra başınız ağrımaz  və problemlər yaşamazsınız!

Emil FAİQOĞLU  

TƏQVİM / ARXİV