adalet.az header logo
  • Bakı -°C

Tramp: "İranın hələ təslim olub-olmayacağını bilmirəm"

74 | 2026-09-30 11:08
A- A+

ABŞ prezidenti Donald Tramp deyib ki, İranın hələ təslim olub-olmayacağını bilmirəm, amma sonda təslim olacaqlar. Onlar çox pis vəziyyətdədirlər.

Adalet.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə süni intellekt şirkətlərinin rəhbərləri ilə nahar görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb. O, İranın təslim olma ehtimalı ilə bağlı suala cavablandırarkən bunları deyib:  

"Son bir neçə gündə Hörmüz boğazından tarixin istənilən vaxtından daha çox neft keçirdik, o cümlədən müharibədən çox əvvəl nüvə silahlarının əldə edilməsini dayandırmağa başladıq. Etdiyimiz şey nüvə silahlarının əldə edilməsini dayandırmaqdır. İran bu texnologiyaya sahib olmayacaq."

Şimali Koreyanın nüvə silahına sahib ola biləcəyi, İranın isə edə bilmədiyi sualına Tramp cavab olaraq bunları deyib: "Onlar bunu vaxtında dayandıra bilərdilər. Amma o vaxt fərqli bir prezident var idi". 

Şimali Koreya lideri Kim Çen Inın dostu olduğunu da bildirən Tramp bildirib ki, Kim Çen Inın nüvə potensialı kifayət qədər böyükdür, baxmayaraq ki, bizimki qədər böyük deyil. Bilirsiniz niyə? Çünki əvvəlki prezidentlər mənim etdiyimi etməmişdilər. 

Vasif ƏLİHÜSEYN

TƏQVİM / ARXİV