Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır
Azərbaycan Universiteti ilə Pakistanın Northern Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva və Northern Universitetinin prezidenti Taha Jamil Sawar imzalayıblar.
Memorandumun imzalanmasından əvvəl tərəflər arasında görüş keçirilib. Görüşdə ali təhsil müəssisələri arasında əməkdaşlığın mümkün istiqamətləri və inkişaf perspektivləri, akademik, elmi və institusional əlaqələrin qurulması və inkişaf etdirilməsi kimi məsələlər müzakirə olunub, birgə fəaliyyət istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Səadət Əliyeva qonağa rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, beynəlxalq reytinqlərdəki mövqeyi, beynəlxalq akkreditasiyadan keçmiş təhsil proqramları, prioritetləri haqqında məlumat verib. O, Azərbaycan Universitetinin xarici ali təhsil müəssisələri ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində görülən işlərə toxunub, universitetin stratejik hədəflərini diqqətə çatdırıb. Rektor qeyd edib ki, beynəlxalq əməkdaşlıqlar ali təhsil müəssisələrinin inkişafında mühüm rol oynayır və beynəlxalq əlaqələrin genişləndirilməsi Azərbaycan Universitetinin strateji hədəfləri arasında aktuallığını qoruyur.
Taha Jamil Sawar Northern Universitetinin fəaliyyəti, Pakistanın ali təhsil sistemi, ölkədə üstünlük verilən ixtisaslar və əmək bazarının tələbləri haqqında məlumat verib, informasiya texnologiyaları, süni intellekt, kibertəhlükəsizlik və tibb sahələrinə marağın yüksək olduğunu bildirib. O, Bakıda olmaqdan məmnunluğunu ifadə edib, əməkdaşlığın hər iki universitet üçün faydalı olacağını bildirib.
Görüşdə Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov, rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova da iştirak ediblər.
Qeyd edək ki, memorandumun məqsədi Azərbaycan Universiteti ilə Northern Universiteti arasında qarşılıqlı maraq doğuran istiqamətlərdə əməkdaşlıq münasibətlərinin qurulması, genişləndirilməsi və inkişaf etdirilməsidir. Memorandumda tərəflər arasında müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi, akademik mobillik imkanlarının artırılması, birgə layihə, elmi və akademik tədbirlərin təşkili, o cümlədən birgə elmi tədqiqatların aparılması kimi məsələlər öz əksini tapıb.
Digər Xəbərlər
29 Sentyabr 2026 11:09
“Məktəblilərin hicaba bürünməsi yolverilməzdir, amma...”
28 Sentyabr 2026 17:31
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olundu
28 Sentyabr 2026 10:22
Atatürk Universiteti Bakıda məzun sevinci yaşadı
25 Sentyabr 2026 16:55
Azərbaycan Universitetində Vətən müharibəsi qazisi ilə tələbələrin görüşü olub
25 Sentyabr 2026 10:39
DİM-dən 600 balı keçmiş tələbələrə ÇAĞIRIŞ
24 Sentyabr 2026 19:00
Mingəçevir Dövlət Universiteti mühüm nailiyyətə imza atıb
22 Sentyabr 2026 20:04
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - RƏSMİ
22 Sentyabr 2026 17:58


Bakı -°C

